Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1931/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı müqaviləyə xitam verilməsi, müqavilə üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və qarşı müqavilə üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli MKOS№095-05 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli KKM305-05 saylı kredit kart müqaviləsi üzrə Cavabdeh1 Banka olan borcu 1.993,94 manat əsas, 407,45 manat faiz və 512,69 manat cərimə borcu olmaqla, ümumilikdə 2.914,08 manat pulun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MKOSM145-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan borcu 28.794,24 manat əsas, 4.767,49 manat faiz və 5.935,51 manat cərimə borcu olmaqla, ümumilikdə 39.497,24 manat pulun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli MKOSM095-05 saylı kredit müqaviləsi üzrə Banka olan 33.748,62 manat əsas, 5.933,20 manat faiz və 8.478,89 manat cərimə borcu olmaqla ümumilikdə 48.160,71 manat borcun tutulması, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsum və xidmət haqqı, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********52-05101-093022, qeydiyyat nömrəsi **********, Seriya RX№ ******* olan Çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti, 34 nömrəli evin 73 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən (borclular - Muradov Əİi Mürsəl oğlu, Cavabdeh3) İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. Lakin iddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı iki fərqli cavabdehlərə - Cavabdeh1 və Cavabdeh3 qarşı onlarla bağlanmış ayrı-ayrı kredit müqavilələrindən irəli gələn və bir-biri ilə bağlılığı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə zidd olduğuna görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan o, məhkəməyə müraciət edə bilər. Bundan əlavə, iddia ərizəsində iddiaçı tərəfindən irəli sürülmüş kredit müqavilələri üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbləri ilə bağlı isə qeyd etməyi zəruri hesab edirəm ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş): 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Bundan başqa, istinad olunan Qanunun 36.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə həmçinin ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq da əks etdirilməlidir. İddia ərizəsinə əlavə edilmiş sonrakı ipoteka müqavilələrindən görünür ki, həmin müqavilələr xx xxxxxx 2018-ci il tarixdən, yəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdən sonra bağlanmışlar. Həmin Qanunun yuxarıda istinad edilən imperativ normalarından göründüyü kimi, iddiaçı (ipoteka saxlayan) ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməli, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tərəfindən tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədiyi təqdirdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 149, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və qarşı müqavilə üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə riayət etməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. İddiaçıya həmçinin izah edilsin ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçı (ipoteka saxlayan) ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməli, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tərəfindən tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədiyi təqdirdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1931/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1931/2021
22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver