Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1966/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, avtomobilin ölkədən çıxışına, habelə Cavabdeh1 ölkə ərazisində yaşamağına məhdudiyyət qoyulması” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 6700 (altı min yeddi yüz) ABŞ dolları, 1300 (min üç yüz) manat borc pul, 2101(iki min yüz bir) manat malın pulunun və 30 manat (otuz) manat dövlət rüsumunun tutulması, “Xunday Sonata” markalı CA-222 MP qeydiyyat nişanlı avtomobilin Gürcüstan Respublikasına keçirilməsinə məhdudiyyətin qoyulması və X6 Azərbaycan Respublikası ərazisində yaşamasına məhdudiyyətin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Əliyeva Aida Həmzə qızı ilə məhəllədə görüşərkən sonuncu ona oğlu ilə özünün maddi vəziyyətlərinin çox ağır olduğunu bildirərək oğlu Samir üçün iş tapması xahiş etmişdir. Təxminən 2018-ci ilin oktyabr ayında o Aidaya oğlu Samir üçün “Rafların qarajı” adlanan 7-ci mikrorayonda yerləşən qarajda mağaza təklif etmiş, sərbəst sahibkarlıqla məşğul olmasını bildirmişdir. Əvvələr tanıdığı X2 Samirə mühərrik yağları və avtomobil filterləri verməsini xahiş etmiş, N.Ağayev də razılaşaraq Samirə 4300 manatlıq nisyə mal vermişdir. 2019-cu ilin iyun ayında Nazim ona Samirin onu aldatddığını bildirmiş, oktyabr ayında onun, Nazimin və X1 iştirakı ilə Samir mağazada hesabat apararkən 1600 manat pul kəsirinin əmələ gəlməsi aşkarlanmışdır. Samir pulu hara xərclənməsinə dair cavab verə bilməmişdir. Bundan sonra o, bilmişdir ki, 200 litirlik çəndə olan yağı Samir sataraq yerinə işlənmiş yağ tökmüş, nəticədə 2101 manat məbləğində ziyanı Nazim Ağayev ondan tələb edir. Bundan əlavə, Samir başqa vətəndaşlardan birinə 1340 manat və bir neçə başqa adamlara da borcu vardır, hətta yeməkxanaya da pul borcu var. Samirin anası X13 2018-ci ilin dekabr ayında ona özünün Gürcüstan vətəndaşı olduğunu, oradan satış məqsədi ilə avtomobil gətirməsi üçün pula ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra o, xx xxxxxx 2018-ci il tərixdə “Kapital Bank”dan 10200 manat nağd pul və “Bir kart”la 1000 manat pul götürüb ABŞ dollarına çevirmiş, xx xxxxxx 2018-ci il tarixdə Aida ilə Gəncə şəhərinə dostu Ceyhungilə gəlmişlər. Ceyhunun yanında 6000 ABŞ dolları sonra isə dostu Ceyhundan götürdüyü 500 ABŞ dollarını Aidaya vermişdir. xx xxxxxx 2018-ci il tarixdə Gürcüstan Respublikasından 6200 ABŞ dollarına “Xunday Sonata” markalı maşını alaraq Bakı şəhərinə qayıtmışlar. Həmin gündən artıq bir il keçməsinə baxmayaraq Aida müxtəlif bəhanələr gətirərək maşını satmağa imkan verməmiş və üstəlik 2019-cu ilin yanvar ayında sürücülük vəsiqəsi almaq adı ilə ondan 1300 manat pul almışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iş üzrə digər Cavabdeh2 onun oğludur. İddiaçı ilə isə təxminən 3 il faktiki ailə münasibətlərində yaşamışlar. Samir iddia ərizəsində göstərilən “Rafların qarajı” adlanan yerdə iddiaçının işlətdiyi mağazada satıcı işləmiş, iddiaçı heç oğlunun aylıq əmək haqqını belə verməmişdir. Maşınla bağlı isə, o, iddiaçıdan heç bir pul almamış, oğlunun bu məsələdən heç xəbəri də yoxdur. O, özünə avtomobil almaq üçün iddiaçının dostu Ceyhun gildə qalmış, sonradan Gürcüstan Respublikasından avtomobili gətirmişdir. Avtomobilin alınması zamanı nə Ceyhun, nə də iddiaçı ona pul verməmişlər. Həmin avtomobili də o, təxminən 2 ildir ki satmışdır. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, iddiaçı ilə tələbə vaxtlarından tanışdır. xx xxxxxx 2019-cu il tarixdə Sədrəddin Aidə ilə birlikdə onun Gəncə şəhərində yerləşən evlərinə qonaq gəlmiş, səhəri gün avtomobil almaq üçün Gürcüstan Respublikasına getmişlər. Həmin vaxt iddiaçıda 6000 ABŞ dolları məbləğində pul olmuş, o, həmin pul kifayət etməz deyə özündən 500 ABŞ dolları məbləğində pulu da iddiaçıya vermişdir. X9 Respublikasından 2 maşınla qayıtmış, həmin maşınlardan biri yeni aldıqları maşın olmuşdur. Təxminən 3 ay sonra iddiaçı Naxçıvan Muxtar Respublikasında olan zaman ona zəng vuraraq avtomobilin sərhəddən keçirib qaytarması üçün 200 manat pul göndərməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Ailə Əliyevanın rəfiqəsidir. İddiaçını da məhz Aidənin “Elit” Ticarət Mərkəzində işlətdiyi dükanda görüb tanımış, onlar birlikdə bizneslə məşğul olmuşlar. Avtomobil alınması ilə bağlı Aidə ondan Gürcüstan Respublikasına getməyini xahiş etmiş, onun işi olduğundan getməkdən imtina etmiş və sonradan bilmişdir ki, Aidə iddiaçı ilə birlikdə maşın almağa getmiş, 6000 ABŞ dolları məbləğində pulları olmuş, həmin məbləğ kifayət etmədiyindən tanışlarından əlavə borca pul almışlar. Sonradan Aidə iddiaçıya avtomobilin pulunu qaytarmadığına görə onun sonuncu ilə münasibətləri pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 isə iddiaçını qardaşı vasitəsilə tanıdığını, məlum hadisələri yalnız iddiaçıdan eşitdiyini, əlavə məlumatının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasəniradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəlləyə xx xxxx 2016-cı ildə əlavə edilmiş 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddiaçının dəlillərini aşağıdakılara görə əsaslı saymır: Belə ki, iddiaçının izahatlarından və iddia ərizəsindən belə müəyyən olunur ki, iddiaçı cavabdehlərə 2018-ci ilin oktyabr ayından etibarən müxtəlif dövrlərdə pul və nisyə mal verməsini (vasitəçi vasitəsilə) bildirsə də, lakin sonuncuların ona borclarının yarandığı halda iddiaçı 2019-cu ilin yanvar ayında yenidən Cavabdeh1 1300 ( min üç yüz) manat pulun verməsi ilə bağlı arqumentləri inandırıcı sayıla bilməz. Tərəflər arasında pul öhdəliyinin yaranması ilə bağlı hər hansı bir borc müqaviləsinın mövcudluğu, nə də onlar arasında işgüzar münasibətlərin olması işin məhkəmə araşdırılması ilə müəyyən olunmur. Məhkəmə iclasında iştirak edən şahidlərin izahatlarına münasibətdə qeyd edir ki, faktiki olaraq nə avtomobilin, nə sürücülük vəsiqəsinin alınması üçün Cavabdeh1 İddiaçı borca pul alması halı şahid ifadələri ilə təsdiq olunmur. Belə ki, şahid qismində dindirilmiş Ceyhun Muradov iddiaçı ilə Cavabdeh1 onların evində 1 gecə qonaqladıqlarını, həmin vaxt onların 6000 ABŞ dolları məbləğində pullarının olduğunu, 500 ABŞ dollarını isə öz xoşu ilə borc kimi iddiaçıya verdiyini bildirmiş, şahid qismində dindirilmiş Şəhla Məmmədova ümumiyyətlə 6000 ABŞ dolları pulun olmasını iddiaçı ilə cavabdehin dediklərinə əsasən bildiyini, digər şahid Sahib Heybətov da məsələləri sadəcə iddiaçıdan eşitdiyini bildirmişdir. Göründüyü kimi həmin şəxslərin işin halları barədə bildirdikləri özlərinin güman etmə və mülahizələrinə əsaslanmışdır. Ümumiyyətlə şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan şəxsdir. Ümumi qaydaya görə, iş üçün əhəmiyyət kəsb edən hər hansı hallar barəsində bilavasitə məlumatı olan şəxslər şahid kimi çağırılırlar. Bu hallar barəsində məlumatı digər şəxslərdən və ya başqa mənbələrdən əldə edən şəxslər də zərurət olduqda şahid kimi dindirilə bilərlər. Şahidin törəmə sübut hesab olunan belə ifadələri ilkin sübutları aşkar etməyə imkan verir. Lakin mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar isə sübut hesab olunmur. Qanun şahidə dindirmə zamanı ona məlum olan hallar barəsində öz fikrini söyləməyi qadağan etməsə də, Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi qənaətə görə iddianın pul tələbi hissəsi əsassız olduğundan həmin pulun tutulması ilə bağlı avtomobilin ölkədən çıxışının məhdudlaşdırılması, habelə Cavabdeh1 Azərbaycan Respublikasında yaşamasına məhdudiyyət qoyulması hissəsində də iddia təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, avtomobilin ölkədən çıxışına, habelə Cavabdeh1 ölkə ərazisində yaşamağına məhdudiyyət qoyulması” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu X3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bak ışəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1966/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1966/2020
12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver