Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-197/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı TBC Kredit BOKT MMC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı TBC Kredit BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, TBC Kredit BOKT MMC ilə Cavabdeh1 arasında illik 30 faizdən artıq olmamaqla, 180 ay müddətinə 202200 ABŞ dolları və ya ona müvafiq ekvivalentlə manat kredit verilməsini nəzərdə tutan xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsi (xx.xx.2015-ci il; xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli sazişlər daxil olmaqla) bağlanmış və xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma ilə illik 16 faiz hesablanmaqla, 60 ay müddətinə 54000 ABŞ dolları kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus olan Daşınmaz əmlakın dövlət reyestrində 380 nömrəli reyestr kitabının 35470 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B ünvanında yerləşən ümumi sahəsi 70,21 kv.m, yaşayış sahəsi 48,05 kv.m və yardımçı sahəsi 22,16 kv.m olan 4 otaqlı 78 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı ipoteka müqaviləsi imzalanmış və yüklülük xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Kredit müqaviləsi müddətinin uzadılması ilə bağlı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsinə dair saziş xx.xx.2016-cı il tarixdə bağlanılmış və yüklülük xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə AR ƏMDK yanında DƏDRX tərəfindən qeydə alınmışdır. Kredit müqaviləsinin müddətinin uzadılması ilə bağlı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsinə digər saziş xx.xx.2017-ci il tarixdə bağlanmış və yüklülük xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Cavabdeh1 xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma ilə verilmiş 54000 ABŞ dolları kreditin qaytarılma müddəti xx.xx.2015-ci il tarixdə bağlanmış sazişlə 26 ay uzadılaraq cəmi 74 ay, son ödəniş tarixi isə xx.xx.2021-ci il müəyyən edilmişdir. Daha sonra, Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə imzalanmış sazişlə həmin kreditin 42310,81 ABŞ dolları təşkil edən hissəsinin illik faiz dərəcəsi 15% endirilmiş və qaytarılma müddəti 58 ay uzadılmaqla ümumilikdə 149 ay, son ödəniş tarixi isə xx.xx.2026-cı il müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə imzalanmış sazişlə kreditin illik faiz dərəcəsi 14% endirilmiş, xx.xx.2017-ci il tarixli sazişlə isə illik faiz dərəcəsi 13% endirilmiş, kreditin qaytarılması müddəti isə daha bir il uzadılaraq son ödəniş tarixi xx.xx.2027-ci il müəyyən edilmişdir. Qeyd edilən sazişlərlə edilmiş dəyişikliklər ipoteka müqaviləsinə əlavə sazişlərin bağlanması vasitəsilə dövlət qeydiyyatına alınmışdır. Əsas öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2014; xx.xx.2016 və xx.xx.2017-ci il tarixlərində BAKU1-14631-9865+İFLQ1-21348 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma ilə verilmiş 54000 ABŞ dolları kreditin və faizlərinin qaytarılması ardıcıllığı dəfələrlə pozulmuş və sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 426,76 ABŞ dolları məbləğində edilmişdir. Həmin kredit üzrə xx.xx.2022-ci il tarixinə mövcud olan cari faiz borcu 13465,13 ABŞ dolları və 30256,52 ABŞ dolları ödənilməmiş əsas borc qalığı daxil olmaqla cəmi borc 43721,65 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 7.1.3-cü bəndinə əsasən kredit öhdəliyini vaxtında icra edilməməsi öhdəliyin pozulması hesab edilir. Müqavilənin 8.1-ci bəndinə görə kredit alan ona verilmiş kredit üzrə əsas məbləği və ya faizi ödəniş qrafikində göstərilən gün müddətində ödəmədikdə, annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən və ya 2 dəfədən çox gecikdirdikdə kredit verən birtərəfli qaydada müqaviləyə əvvəl xitam verə və verilmiş kreditin hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. Eyni zamanda müqavilənin 9.4-cü bəndinə görə kredit alan bu müqavilənin tərkib hissssi olan razılaşmalarda əks olunmuş ödəniş qrafikində göstərilən tarixdə ödəmədikdə kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1% miqdarında dəbbə pulu tətbiq edə bilər. Kredit verən ipoteka predmetini xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək yanğın və s. risklərdən sığortasını təmin etmək üçün 265,20 manat vəsaiti Atəşgah SŞ-ə ödəmişdir. Ona görə də Cavabdeh1 illik 30 faizdən artıq olmamaqla 180 ay müddətinə 202200 ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsi (xx.xx.2015-ci il; xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli sazişlər daxil olmaqla) və onun tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmanın ləğv edilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 birgə qaydada 40961,12 ABŞ dolları əsas borc və 14863,66 ABŞ dolları cari faiz borcu olmaqla cəmi 55824,78 ABŞ dolları kredit borcunun, işə baxılması üçün ödənilmiş 313,47 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınması, Cavabdeh1 265,20 manat ödənilmiş sığorta haqqının alınması, tutmanın Cavabdeh3 məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 380 nömrəli reyestr kitabının 35470 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B ünvanında yerləşən ümumi sahəsi 70,21 kv.m, yaşayış sahəsi 48,05 kv.m və yardımçı sahəsi 22,16 kv.m olan 4 otaqlı 78 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B ünvanında yerləşən ümumi sahəsi 70,21 kv.m, yaşayış sahəsi 48,05 kv.m və yardımçı sahəsi 22,16 kv.m olan 4 otaqlı 78 nömrəli mənzilindən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı TBC Kredit BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat vermişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər ilə 9/5550 nömrəli ekspert rəyi arasında uyğunsuzlar vardır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsinə sonuncu əlavə razılaşmalar və ödəniş qrafikləri ekspert tərəfindən nəzərə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında sonuncu əlavə razılaşma xx.xx.2020-ci il imzalanmışdır. Lakin, iddiaçı sazişin özünü yox, ancaq ödəniş qrafikini (qrafikin də bir hissəsini) məhkəməyə təqdim etmişdir. Həmin qrafikdən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə kredit üzrə əsas borcu 30141,32 ABŞ dolları təşkil edir. Bundan başqa, cavabdeh xx.xx.2021-ci il tarixli ödəniş də nəzərə alınmaqla, həmin tarixə kimi olan ödənişlərini qrafik üzrə həyata keçirmiş və gecikməyə düşməmişdir. Lakin, ekspert iş materiallarında olan bütün sənədləri diqqətə almamış və yekunda faktiki borca uyğun olmayan rəy vermişdir. Ekspert rəyinə xx.xx.2017-ci il tarixindən başlayaraq cavabdehlər tərəfindən edilmiş bütün ödənişləri ekspert ancaq faiz borcunun silinməsinə yönəltmişdir. Halbuki, 2020-ci ildə tərəflər arasında kredit müqaviləsinə bir neçə dəfə dəyişiklik edilmiş və müvafiq ödəniş qrafikləri imzalanmışdır. Bu səbəbdən də, ekspert rəyində əsas borc düzgün hesablanmamışdır. xx.xx.2020-ci il tarixli ödəniş qrafikinə əsasən cavabdehlərin xx.xx.2022-ci il tarixinə əsas borcu 30141,32 ABŞ dolları təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavə razılaşmalar və ödəniş qrafikləri bugünədək məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.5. Hərrac İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İpoteka haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddə 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kredit verən TBC Kredit BOKT MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kredit verən kredit alana 120 ay müddətinə qaytarmaq, illik 30%-dən artıq olmamaq şərti ilə verilən kreditin maksimal məbləği bu müqaviləyə məbləğ barədə müvafiq dəyişiklik edilməyənə qədər 200200 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti həddində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən bu müqavilə və ya gələcəkdə müvafiq razılaşmalarla verilən kreditin faizləri ilə bağlı hesablama annuitet qaydada, həmin faizin ilin günlərinə bölünməsi və həmin müvafiq faizlərin uyğun günlərə vurulması yolu ilə müəyyən edilir: Kredit məbləği x müvafiq faiz : 360 x müvafiq günlərin (30 gün) sayı. Hesablama əsas borcun yüksələn xətt və faizlərin azalan xətt üzrə inkişafı prinsipi əsasında qurulur. Kredit alanın müraciəti və kredit verənin razılığı ilə müəyyən müddət üçün yalnız əsas məbləğin və ya faizin ödənilməsini müəyyən edən ödəniş qrafikinin tərtib edilməsi yolu da mümkündür. Razılaşma və ödəniş qrafiki arasında ziddiyyət olduqda razılaşmalarda göstərilən rəqəm üstün götürülür. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kreditin faizləri əsas məbləğin kredit alanın hesabına köçürüldüyü gündən öhdəliyin tam icra olunduğu günədək hesablanır. Kredit alanın qəbul etdiyi kredit üzrə qaytardığı məbləğin silinmə ardıcıllığı ilkin olaraq dəbbə pulu, lazım gələrsə sığorta haqqı, sonra faizlər və daha sonra isə əsas məbləğ kimi müəyyən edilir. Öhdəliyin pozulması halında kredit alan səbəb olduğu bütün zərərlərin, o cümlədən real zərər, əldən çıxmış fayda, məhkəmə və hüquqi xidmət haqqının əvəzini ödəmək öhdəliyi daşıyır. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən kredit alan aldığı kredit üzrə aylıq ödənişləri hər hansı xidmət haqqı və ya komissiya haqqının ödənilməsinin tələb edilibedilməməsindən asılı olmayaraq ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə həyata keçirməlidir. Kredit müqaviləsinin 8.1,8.1.3-cü bəndlərinə əsasən kredit alan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək və verdiyi krediti əsas borc tam ödənilənədək hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin 9.4-cü bəndinə əsasən kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1 faizi miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. Kredit verən TBC Kredit BOKT MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmadan müəyyən olunur ki, Cavabdeh1 illik 16% hesablanmaqla, 60 ay müddətinə 54000 ABŞ dolları kredit Buzovna qəsəbəsində yerləşən 188 saylı bağın alınması, rəsmiləşdirilməsi və TBC Kredit BOKT MMC-də olan AZBA-007385-001 saylı, Unibank ASC-də və Bank of Baku ASC-də olan kredit borclarının tam bağlanmasının maliyyələşdirilməsi üçün verilmişdir. AZBA-007385 saylı köçürmə üçün ismarıcdan müəyyən olunur ki, TBC Kredit BOKT MMC tərəfindən Cavabdeh1 hesabına ayrılmış kreditə görə 54000 ABŞ dolları köçürülmüşdür. xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma üzrə ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 25015,46 ABŞ dolları olmaqla cəmi 79015,46 ABŞ dolları borcu TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan TBC Kredit BOKT MMC, ipoteka qoyan Cavabdeh3, borcalan Cavabdeh1 arasında bağlanmaqla 3 saylı Asan xidmət mərkəzinin notariat kontorunda təsdiq olunmuş xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B ünvanında yerləşən 70,21 kv.m ümumi sahədən 48,05 kv.m yaşayış sahəsindən 22,16 kv.m yardımçı sahəsindən ibarət olan 4 otaqlı 78 nömrəli mənzili borcalanın xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək üçün borcverən qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndindən müəyyən olunur ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 100100 ABŞ dolları məbləğində və ya bu müqavilənin imzalandığı tarix üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi valyta kursu üzrə müvafiq manat ekvivalentində müəyyən edilir. İpoteka ilə təmin edilmiş əsas öhdəliyin pozulması halında ipoteka predmeti satılarkən onun satışından əldə olunan gəlir qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bölüşdürülür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B mənzil 78 ünvanında yerləşən ümumi sahəsi 70,21 kv.m olan yaşayış sahəsinə dair hüquqların ipoteka ilə yüklülüyü xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq TBC Kredit BOKT MMC-nin xeyrinə dövlət reyestrində 380 nömrəli reyestr kitabının 35470 nömrəli vərəqində qeydə alınmışdır. Kredit verən TBC Kredit BOKT MMC və kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişdən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinin 3 saylı bölməsinin 3.1.4 və 3.2.5 bəndlərinə dəyişiklik edilmiş və aşağıdakı redaksiyada verilmişdir: Kredit verən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə və ya verməməklə, verdiyi krediti. Yəni, əsas borcu, kreditin qaytarılması müddəti ərzində və bu müddət bitdikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsas borc tam ödənilənədək kreditin qaytarılması müddəti ərzində və bu müddət bitdikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsas borc tam ödənilənədək hesablanmış faizi ilə birlikdə qaytarmalı və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunu ödəməlidir. Kredit verən TBC Kredit Bank MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış AZBA-007385-002 saylı razılaşmaya dəyişiklik edilməsinə dair xx.xx.2015-ci il tarixli sazişdən müəyyən olunur ki, kredit verən və kredit alan xx.xx.2014-cü il tarixli AZBA- 007385 saylı kredit müqaviləsinin əsasında kredit münasibətlərinə daxil olmuşlar və kredit alana AZBA-007385-002 saylı razılaşma əsasında xx.xx.2014-cü il tarixli illik 16% faizlə 60 ay müddətində 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan ABŞ dollarını məzənnəsinin qalxması ilə əlaqədar tərəflər arasında imzalanmış ödəniş cədvəlində göstərilən tarixlərdə və məbləğlərdə ödəyə bilmədiyi üçün yeni ödəniş cədvəlinin tərtib edilməsi və kredit müddətinin artırılmasına dair ərizə ilə kredit verənə müraciət etmişdir. Kredit alanın müvafiq müraciətini nəzərə alaraq kredit verən xx.xx.2014-cü il tarixli AZBA- 007385-002 saylı razılaşma ilə verilmiş kreditin müddətinin uzadılması və qaytarılması ardılıcığını əks etdirən ödəniş edilməsinə razılıq verilməsinə dair qərar vermişdir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmanın 2-ci bəndinə dəyişiklik edilmiş və aşağıdakı kimi oxunması razılaşdırılmışdır: Bu kredit müqaviləsinə əsasən kredit alana illik 16% faizlə 60 ay müddətində 54000 ABŞ dolları məbləğində verilmiş kreditlərin ödənilməmiş 45943,5 ABŞ dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 16% faizlə hesablanmaqla 26 ay uzadılsın, ümumilikdə ödənilməmiş ayların sayı 74 ay müəyyən edilsin. Kreditin qayarılmasının son tarixi xx.xx.2021-ci il hesab edilsin. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli AZBA- 007385-002 saylı razılaşma üzrə verilən kreditin kredit verənə qaytarılması bu kredit müqaviləsinə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş qrafiki üzrə aparılır. xx.xx.2015-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 AZBA- 007385-002 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 34996,75 ABŞ dolları olmaqla ümumilikdə 88996,75 ABŞ dolları borcu TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən TBC Kredit BOKT MMC və kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2016-cı il sazişdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinin xx.xx.2015-ci il tarixli saziş də daxil olmaqla 2 saylı bölməsinin 2.3-cü bəndlərinə dəyişiklik olunaraq borcalanın ödənişləri bu müqavilənin 2.4-cü bəndinə uyğun tərtib edilən və onun ayrılmaz hissəsi olaraq tərəflərin imzaladığı ödəniş cədvəlinin əsasında həyata keçirir kredit üzrə qaytarılan məbləğin silinmə ardıcılığını ilkin olaraq dəbbə pulu, lazım gələrsə sığorta haqqı faizlər və daha sonra isə əsas məbləğ kimi müəyyən edilir. Yuxarıda göstərilən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinin xx.xx.2015-ci il tarixli saziş də daxil olmaqla 7 saylı bölməsinin 7.1.3-cü bəndində dəyişiklik edilərək borcalan ona verilmiş kredit hissəsini və tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə müəyyən edilmiş tarixdə ödəməməklə gecikdirdikdə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 kredit müqaviləsinin xx.xx.2015-ci il saziş də daxil olmaqla 11 saylı bölməsinin 11.11 və 11.15-ci bəndinə dəyişiklik edilmişdir. Bu müqavilə qüvvəyə mindikdən sonra müddətin artırılması barədə müvafiq dəyişiklik edilməyənə qədər 144 ay müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş hüquq pozuntularına görə məsuliyyətdən azad etmir. Kredit verən TBC Kredit BOKT MMC və kredit alan Cavabdeh1 arasında bağlanmış AZBA-007385-002 saylı razılaşmaya dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il tarixli sazişdən müəyyən olunur ki, kredit verən və kredit alan xx.xx.2014-cü il tarixli AZBA- 007385 saylı kredit müqaviləsinin əsasında kredit münasibətlərinə daxil olmuşlar və kredit alana AZBA-007385-002 saylı razılaşma əsasında xx.xx.2014-cü il tarixdə illik 16%-lə 60 ay müddətinə 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan ABŞ dollarının məzənnəsinin qalxması ilə əlaqədar tərəflər arasında imzalanmış ödəniş cədvəlində göstərilən tarixlərdə və məbləğlərdə ödəyə bilmədiyi üçün yeni ödəniş cədvəlinin tərtib edilməsi və kredit müddətinin artırılmasına, faiz dərəcəsinin azadılmasına dair ərizə ilə kredit verənə müraciət etmişdir. Kredit alanın müvafiq müraciətini nəzərə alaraq kredit verən xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma (xx.xx.2015-ci il tarixli saziş də daxil olmaqla) ilə verilmiş kreditin müddətinin uzadılmasına, faiz dərəcəsinin azadılması və qaytarılması ardıcıllığını əks etdirən ödəniş və dəyişiklik edilməsinə razılıq verilməsinə dair qərar vermişdir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmanın 2-ci bəndinə dəyişiklik edilərək və bu kredit müqaviləsinə əsasən kredit alana illik 16%-lə 60 ay müddətinə 54000 ABŞ dolları məbləğində verilmiş kreditlərin ödənilməmiş 42310,81 ABŞ dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 15%-lə hesablanmaqla 58 ay uzadılmış, ümumilikdə ödənilməmiş ayların sayı 120 ay müəyyən edilmişdir. Kreditin qaytarılmasının son tarixi xx.xx.2026-ci il hesab edilmişdir. Kredit alan bu razılaşma ilə verilən kredit üzrə əsas borc və ya faiz borcunu ödəniş cədvəlində göstərilən konkret ödəniş tarixində ödəməməklə 30 təqvim günü ərzində gecikdirdikdə, qalıq əsas borc məbləği üzrə illik faiz dərəcəsi kredit verənin birtərəfli qərarına əsasən əvvəlki 16% faiz dərəcəsinə qaldırılacaqdır. Kredit verən bu sənədi imzalamaqla bu bənddə göstərilənlərin baş verəcəyi halda müvafiq öhdəlik qəbul etdiyini bildirir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli AZBA-007385- 002 saylı razılaşma (xx.xx.2015-ci il tarixli saziş də daxil olmaqla) üzrə verilən kreditin kredit verənə qaytarılması bu kredit müqaviləsinə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş qrafiki üzrə aparılır. xx.xx.2016-cı il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 AZBA- 007385-002 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2026-cı il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 55104,46 ABŞ dolları olmaqla ümumilikdə 109104,46 ABŞ dolları borcu TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İpotekasaxlayan TBC Kredit BOKT MMC, ipotekaqoyan Cavabdeh3 və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 3 saylı Asan xidmət mərkəzi notariat kontorunda təsdiq olunmuş sazişdən müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində 380 nömrəli reyestr kitabının 35470 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B ünvanında yerləşən 70,21 kv.m ümumi sahədən, 48,05 kv.m yaşayış sahəsindən, 22,16 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı 78 nömrəli mənzilin ipotekaya qoyulmasına dair bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı ipoteka müqaviləsinin bağlanma əsası kimi çıxış edən xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən ipotekaqoyana illik 30%-dən artıq olmamaq şərtilə 120 ay müddətinə 200200 ABŞ dolları məbləğində kredit verilməsinin mümkünlüyü müəyyən edilmiş, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanılmış sazişə əsasən kreditin müddəti dəyişdirilərək 144 ay müəyyən edilmiş, kredit müqaviləsinə bu dəyişikliklərin edilməsi ipoteka müqaviləsinə də dəyişikliklərin edilməsini zəruri etmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndi aşağıdakı qaydada redaksiya edilmişdir: İpoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası ipotekasaxlayan ilə borclu arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış və Cavabdeh1 illik 30%-dən artıq olmamaq şərti ilə 144 ay müddətinə 200200 ABŞ dolları məbləğində kredit verilməsinin mümükünlüyünü nəzərdə tutan xx.xx.2014-cü il tarixli Bakı şəhərində bağlanmış AZBA-007385 saylı kredit müqaviləsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B mənzil 78 ünvanında yerləşən ümumi sahəsi 70,21 kv.m olan yaşayış sahəsinə dair hüquqların ipoteka ilə yüklülüyü xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsindən və xx.xx.2016-cı il tarixli sazişdən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq TBC Kredit BOKT MMC-nin xeyrinə dövlət reyestrində 380 nömrəli reyestr kitabının 35470 nömrəli vərəqində qeydə alınmışdır. İpotekasaxlayan TBC Kredit BOKT MMC ilə ipotekaqoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixdə 3 saylı Asan xidmət mərkəzi notariat kontorunda təsdiq olunmuş ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən müəyyən olunur ki, tərəflər arasında daşınmaz əmlakın dövlət reysterində 380 nömrəli reystr kitabının 35470 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B ünvanında yerləşən 70,21 kv.m ümumi sahədən 48,05 kv.m. yaşayış sahəsindən 22,16 kv.m. yardımçı sahəsindən ibarət olan 4 oaqlı 78 nömrəli mənzil ipoteka qoyulmasında dair bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı ipoteka müqaviləsinin bağlanma əsası kimi çıxış edən xx.xx.2014-ci il tarixli AZBA-007385 saylı kredit müqaviləsinə əlavə və dəyişiklər edilməsini nəzərdə tutan xx.xx.2017-ci il tarixli sazişə əsasən müddət dəyişdilərək 180 ay müəyyən edilmişdir. Kredit müqaviləsinə bu dəyişikliklərin edilməsi ipoteka müqaviləsinə də dəyişikliklərin edilməsini zəruri etmiş və nəticədə tərəflər xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı ipoteka müqaviləsinin 3.1.-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən etmişlər: İpoeka ilə təmin olunmuş öhdəliyin yaranma əsası ipotekasaxlayan ilə borclu arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış və ikinciyə Cavabdeh1 illik 30 faizdən artıq olmamaqla 180 ay müddətinə 200200 ABŞ dolları məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutan və xx.xx.2014-cü il tarixli Bakı şəhərində bağlanmış AZBA-007385 saylı kredi müqaviləsidir. a) xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmaya xx.xx.2017-ci il tarixdə edilmiş və 40963,09 məbləğində təşkil edən ödənilməmiş hissəsini illik 13% faizlə hesablanmaqla ödənilməmiş ayların sayı 120 ay barədə saziş də daxil olmaqla kredit müqaviləsi adlanacaq. İpoteka ilə təmin edilmiş öhdəlik xx.xx.2017-ci il tarixdən hesablanmaqla 120 ay ərzində xx.xx.2018-ci il tarixədək 500 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən başlayaraq isə 636 ABŞ dolları məbləğindən az olmayaraq ödənilməklə icra ediləcəkdir. b) xx.xx.2014-cü il tarixli BAKU1-11097 saylı razılaşmaya xx.xx.2017-ci il tarixdə edilmiş və 5771,29 ABŞ dolları məbləğ təşkil edən ödənilməmiş hissəsinin illik 15% fazilə hesablanmaqla ödənilməmiş ayların sayı 120 ay barədə saziş də daxil olmaqla kredit müqaviləsi adlanacaq. İpoteka ilə təmin edilmiş öhdəlik xx.xx.2017-ci il tarixdən hesablanmaqla 120 ay ərzində 93 ABŞ dolları məbləğindən az olmayaraq ödənilməklə icra ediləcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi ev 1B mənzil 78 ünvanında yerləşən ümumi sahəsi 70,21 kv.m olan yaşayış sahəsinə dair hüquqların ipoteka ilə yüklülüyü xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsindən və xx.xx.2017-ci il tarixli sazişdən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq TBC Kredit BOKT MMC-nin xeyrinə dövlət reyestrində 380 nömrəli reyestr kitabının 35470 nömrəli vərəqində qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən AZBA-007385-002 müqavilə üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2026-cı il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 49819,04 ABŞ dolları olmaqla ümumilikdə 103819,04 ABŞ dollarını TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən TBC Kredit BOKT MMC və kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinin 3 saylı bölməsinin 3.1.4.1-ci, 3.2.12-ci, 3.2.13-cü bəndlərində əlavə edilmiş və aşağıdakı redaksiyada verilmişdir: Borcalan ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə müəyyən edilmiş tarixdə ödəməməklə gecikdirdikdə kredit verən borcalan haqqında fərdi məlumatları istənilən üçüncü şəxsə verə bilər, eyni zamanda bu məlumatların transsərhəd ötürülməsini həyata keçirə bilər. Kredit alan özü barədə fərdi və maliyyə məlumatlarının kredit verən tərəfində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hər hansı üçüncü şəxsə, o cümlədən Azərbaycan Respublikası MB nəzdində yaradılmış Mərkəzləşdirilmiş Kredit Reyestrinə və kredit büroları haqda Azərbaycan Respublikası Qanunu əsasında yaradılmış hüquqi şəxsə verilməsinə və transsərhəd ötürülməsinə razılığını bildirir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA- 007385 saylı kredit müqaviləsinin 11 saylı bölməsinin 11.11-ci bəndinə dəyişiklik edilərək aşağıdakı redaksiyada verilmişdir: Bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikərini tam yerinədək qüvvədə qalır. Bu müqavilə qüvvəyə mindikdən sonra müddətin artırılması barədə müvafiq dəyişiklik edilməyənə qədər 180 ay müddətinə qüvvədədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol vermiş hüquq pozuntularına görə məsuliyyətdən azad etmir. Kredit verən TBC Kredit BOKT MMC və kredit alan Cavabdeh1 arasında bağlanmış AZBA-007385-002 saylı razılaşmaya dəyişiklik edilməsinə dair xx.xx.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, kredit verən və kredit alan arasında xx.xx.2014-cü il tarixdə bağlanmış AZBA-007385 saylı kredit müqaviləsinin əsasında kredit münasibətlərinə daxil olmuş və kredit alana xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma əsasında (xx.xx.2017-ci il tarixli saziş daxil olmaqla) illik 13% olmaqla ümumilikdə 144 ay müddətinə 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan tərəflər arasında imzalanmış ödəniş cədvəlində göstərilən tarixlərdə və məbləğlərdə ödəyə bilmədiyi üçün yeni ödəniş cədvəlinin tərtib edilməsi, verilmiş kreditin müddətinin uzadılmasına dair kredit verənə müraciət etmişdir. Kredit alanın müvafiq müraciətini nəzərə alaraq kredit verən xx.xx.2014cü il tarixli AZBA-007385-002 saylı razılaşma əsasında verilmiş kreditin müddətinin uzadılması və qaytarılması ardıcıllığını əks etdirən ödəniş cədvəlinə dəyişiklik edilməsinə razılıq verilməsinə dair qərar vermişdir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmanın 2-ci bəndinə (xx.xx.2017-ci il tarixli saziş daxil olmaqla) dəyişiklik edilmiş və bu kredit müqaviləsinə əsasən kredit alana illik 13% faizlə ümumilikdə 144 ay müddətinə 54000 ABŞ dolları məbləğində verilmiş kreditin ödənilməmiş 40963,09 ABŞ dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 13% faizlə hesablanmış və ödənilməmiş ayların sayı 120 ay müəyyən edilmişdir. Kreditin qaytarılmasının son tarixi xx.xx.2027-ci il hesab edilmişdir. xx.xx.2017-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 AZBA- 007385-002 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2027-ci il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 54860,85 ABŞ dolları olmaqla ümumilikdə 108860,85 ABŞ dolları borcu TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 AZBA- 007385-002 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2027-ci il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 55700,11 ABŞ dolları olmaqla ümumilikdə 109700,11 ABŞ dolları borcu TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən TBC Kredit BOKT MMC və kredit alan Cavabdeh1 arasında bağlanmış AZBA-007385-002 saylı razılaşmaya dəyişiklik edilməsinə dair xx.xx.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, kredit verən və kredit alan xx.xx.2014-cü il tarixli AZBA- 007385 saylı kredit müqaviləsinin əsasında kredit münasibətlərinə daxil olmuşlar və kredit alana AZBA-007385-002 razılaşma əsasında xx.xx.2014-cü il tarixli illik 14%-lə 120 ay müddətinə 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan ABŞ dollarının məzənnəsinin qalxması ilə əlaqədar tərəflər arasında imzalanmış ödəniş cədvəlində göstərilən tarixlərdə və məbləğlərdə ödəyə bilmədiyi üçün yeni ödəniş cədvəlinin tərtib edilməsi və kreditin faiz dərəcəsinin uzadılmasına dair ərizə ilə kredit verənə müraciət etmişdir. Kredit alanın müvafiq müraciətini nəzərə alaraq kredit verən xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma (xx.xx.2016-cı il tarixli saziş də daxil olmaqla) ilə verilmiş kreditin faiz dərəcəsinin azaldılmasına və qaytarılması ardıcıllığını əks etdirən ödəniş cədvəlinə dəyişiklik edilməsinə razılıq verilməsinə dair qərar vermişdir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmanın (xx.xx.2016-cı il tarixli saziş də daxil olmaqla) 2-ci bəndinə dəyişiklik edilərək kredit müqaviləsinə əsasən kredit alana illik 14%-lə 120 ay müddətinə 54000 ABŞ dolları məbləğində verilmiş kreditlərin ödənilməmiş 41161,97 ABŞ dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 13%-lə hesablanmışdır. Kreditin qaytarılmasının son tarixi xx.xx.2026-cı il hesab edilmişdir. Kredit alan bu razılaşma ilə verilən kredit üzrə əsas borc və ya faiz borcunu ödəniş cədvəlində göstərilən konkret ödəniş tarixində ödəməməklə 30 təqvim günü ərzində gecikdirdikdə, qalıq əsas borc məbləği üzrə illik faiz dərəcəsi kreditin birtərəfli qərarına əsasən əvvəlki 16% dərəcəsinə qaldırılacaqdır. Kredit verən bu sənədi imzalamaqla bu bənddə göstərilənlərin baş verəcəyi halda müvafiq öhdəlik qəbul etdiyini bildirir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma (xx.xx.2016-cı il tarixli saziş də daxil olmaqla) üzrə verilən kreditin kredit verənə qaytarılması bu razılaşmaya əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş qrafiki üzrə aparılır. xx.xx.2020-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2027-ci il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 57070,46 ABŞ dolları olmaqla ümumilikdə 111070,46 ABŞ dolları ödənilməlidir. xx.xx.2020-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 AZBA- 007385-002 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2027-ci il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 58242,30 ABŞ dolları olmaqla ümumilikdə 112242,30 ABŞ dolları borcu TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 AZBA- 007385-002 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2027-ci il tarixədək əsas borca görə 54000 ABŞ dolları, faiz borcuna görə 59364,29 ABŞ dolları olmaqla ümumilikdə 113364,29 ABŞ dolları borcu TBC Kredit BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Kreditor TBC Kredit BOKT MMC, borcalan Cavabdeh1, zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Baku1-14631- 9865+Baku1-21348 zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər borcalanın xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsi (kredit müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılşamaya xx.xx.2017-ci il tarixdə edilmiş və 40963,09 ABŞ dolları təşkil edən ödənilməmiş hissəsinin 13% faizə hesablanmaqla, ödənilməmiş ayların sayı 120 ay barədə saziş daxil olmaqla kredit müqaviləsi adlandırılacaq) üzrə borcalanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunana qədər qüvvədədir. Zaminlik müqaviləsinin 3.2-ci bəndinə əsasən bumüqavilə üzrə zaminlik kredit müqaviləsinə dəyişiklik və əlavələrin edildiyi, kredit müqaviləsi üzrə öhdəlikdə borclunun dəyişdiyi hallarda daşamil olunur. Zamin bu müqaviləni imzalamaqla kredit müqaviləsi üzrə öhdəliyin tam hər hansı bir formada və məzmunda dəyişdirilməsinə, eləcə də kredit məbləğinin artırılmasına və müddətinin uzadılmasına dair öz razılığını qabaqcadan verir. TBC Kredit BOKT MMC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli 1284 saylı ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişdən müəyyən olunur ki, ipotekasaxlayan ipotekaqoyana ipoteka premeti olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1B saylı evin 78 saylı mənzilinə tutuma yönəldilməsinə başladığını bildirmişdir. TBC Kredit BOKT MMC tərəfindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 785 saylı birinci xəbərdarlıqdan müəyyən olunur ki, borcluya və zaminlərə xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə mövcud olan 1704,31 ABŞ dolları cari faiz borcu və 265,20 manat sığorta haqqının ödənilməsinin xx.xx.2022-ci il tarixinədək təmin edilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə borcverən tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1B saylı evin 78 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. TBC Kredit BOKT MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı müqavilə üzrə borcalanın xx.xx.2014-cü il tarixdən 09.062022-ci il tarixədək ödənilmiş əsas borc məbləği 23743,48 ABŞ dolları, ödənilmiş faiz borcu məbləği 32554,94 ABŞ dolları, ödənilmiş dəbbə borcu 94,44 ABŞ dolları olmaqla cəmi ödənilmiş məbləğ 56392,86 ABŞ dolları, əsas borcu 30256,52 ABŞ dolları, faiz borcu 13465,13 ABŞ dolları təşkil edir. Cavabdeh6 Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin TBC BOKT MMC-dən indi və gələcəkdə alınacaq kreditin məbləğindən asılı olmayaraq ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və ipoteka predmetinə tutma yönəldiləcəyi halda məhkəmə qətnaməsini gözləmədən mənzili tərk edəcəyini bildirmişdir. Cavabdeh6 Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin TBC BOKT MMC-də girov qoyulmasına etiraz etməmiş və tələb ipoteka qoyulmuş mənzilə yönəldikdə qeyd-şərtsiz həmin mənzildən pasport qeydiyyatından çıxaraq mənzili tərk edəcəyini bildirmişdir. Cavabdeh4 Bakı şəhəri 2 saylı Asan xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin TBC BOKT MMC-dən indi və gələcəkdə alınacaq kreditin məbləğindən asılı olmayaraq ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir və ipoteka predmetinə tutma yönəldiləcəyi halda məhkəmə qətnaməsini gözləmədən mənzili tərk edəcəyini bildirmişdir. Cavabdeh4 Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin TBC BOKT MMC-dən indi və gələcəkdə alınacaq kreditin məbləğindən asılı olmayaraq ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir və ipoteka predmetinə tutma yönəldiləcəyi halda məhkəmə qətnaməsini gözləmədən mənzili tərk edəcəyini bildirmişdir. Cavabdeh5 Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin konsulu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin TBC BOKT MMC-dən indi və gələcəkdə alınacaq kreditin məbləğindən asılı olmayaraq ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və ipoteka predmetinə tutma yönəldiləcəyi halda məhkəmə qətnaməsini gözləmədən mənzili tərk edəcəyini bildirmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2022-ci il tarixli 153 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 1B saylı evin 78 saylı mənzilinin bazar dəyəri 180000 manat, likvid dəyəri 160000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5550 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı kredit müqaviləsi üzrə son ödəniş tarixinə, yəni xx.xx.2022-ci il tarixədək TBC Kredit BOKT MMC-yə olan əsas borcu 40961,12 ABŞ dolları, faiz borcu 4242,94 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 ilə TBC Kredit BOKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AZBA- 007385-002 №-li kredit razılaşması üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin TBC Kredit BOKT MMC tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında TBC Kredit BOKT MMC cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/172 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixədək TBC Kredit BOKT MMC olan əsas borcu 40342,66 ABŞ dolları, faiz borcu 7399,62 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş materiallarından göründüyü kimi X1 ilə TBC Kredit BOKT MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli saziş üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin TBC Kredit BOKT MMC tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında TBC Kredit BOKT MMC cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı TBC Kredit BOKT MMC ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən əsas borca görə 40342,66 ABŞ dolları, faiz borcuna görə 7399,62 ABŞ dolları borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tərəflər arasında bağlanan xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsinin (xx.xx.2015-ci il; xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli sazişlər daxil olmaqla) və onun tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşmanın ləğv edilməsinə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 birgə qaydada əsas borca görə 40342,66 ABŞ dolları, faiz borcuna görə 7399,62 ABŞ dolları olmaqla cəmi 47742,28 ABŞ dolları kredit borcunun və məhkəmə xərclərinə görə 333,47 manatın tutulmasına, Cavabdeh1 265,20 manat ödənilmiş sığorta haqqının tutulmasına, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi 1B saylı evin 78 saylı mənzilinə yönəldilməsinə, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh4 ipoteka predmetindən çıxarılmaqla mənzilin boşaldılmasına dair iddia tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Kredit verən TBC Kredit BOKT MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AZBA-007385 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il; xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli sazişlər daxil olmaqla və onun tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli AZBA-007385-002 saylı razılaşma ləğv edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 40342,66 ABŞ dolları, faiz borcuna görə 7399,62 ABŞ dolları olmaqla cəmi 47742,28 ABŞ dolları kredit borcu ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 333,47 manat TBC Kredit BOKT MMC-nin xeyrinə tutulsun. Cavabdeh1 sığorta haqqına görə 265,20 manat TBC Kredit BOKT MMC-nin xeyrinə tutulsun. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulsun. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iş keçirilmiş ipoteka premetinin qiymətləndirilməsi ilə bağlı xərclərə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulsun. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi 1B saylı evin 78 saylı mənzili ilkin satış qiyməti 160000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. Bakı şəhəri Binəqədi rayonu X2 küçəsi 1B saylı evin 78 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaqla mənzil boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-197/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-197/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver