Məhkəmə qərarları › İş №2(001)-1983/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1983/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1983/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Finca Azerbaijan MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Finca Azerbaijan MM QBKT Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Finca Azerbaijan MM QBKT-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Finca Azerbaijan MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0313 saylı xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər barədə haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1599,30 manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 1,38 manat, 4 il müddətində isə hər ay 34,01 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1599,30 manat, faiz borcu üzrə 49,60 manat olmaqla cəmi 1648,90 manat təşkil edir. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı tələbi əsassızdır. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli **********0313 saylı kredit müqaviləsi bağlanmışdır. Ona görə də Cavabdeh əsas borc üzrə 1599,30 manat, faiz borcuna görə 49,60 manat olmaqla cəmi 1648,90 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın Finca Azerbaijan MM QBKT-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlamasını səhhətində olan problemlərə görə dəqiq xatırlamır. 2015-ci ildə iddiaçı ilə bağladığı kredit müqaviləsindən artıq 6 il keçmişdir. O, sonuncu ödənişi xx.xx.2017-ci ildə etmişdir. İddiaçı ona qarşı 2021-ci ildə heç bir əsası olmayan, qərəzli olaraq borc tələbinə dair iddia qaldırmış və iddia müddətini ötürmüşdür. Bundan başqa səhətində olan problemlərlə bağlı işləyə bilmədiyindən borcu qaytara bilməyəcəkdir. Ona görə də iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini, iddia müddətinin keçməsi səbəbindən iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X1 MM QBKT ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0313 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1599,30 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 1599,30 manat məbləğində güzəştli krediti verməyi, borcalan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə borcverənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Finca Azerbaijan MM QBKT-nin xx.xx.2019-cu il tarixli **********0313 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 1599,30 manat, faiz borcuna görə 49,60 manat olmaqla cəmi 1648,90 manat borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Finca Azerbaijan MM QBKT-nin xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1599,30 manat, faiz borcuna görə 49,60 manat cəmi 1648,90 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli **********0313 saylı müqaviləyə əsasən borcverən borcalana vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 1599,30 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 1599,30 manat məbləğində güzəştli kredit vermiş, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli **********0313 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 1599,30 manat, faiz borcuna görə 49,60 manat olmaqla cəmi 1648,90 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazı ilə bağlı qeyd edir ki, etirazda qeyd olunanlar cavabdehin öhdəliklərinin icrasından azad edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərfindən iddia müdətinin ötürülmədiyi müəyyən olunmuş, 2015-ci ildə bağladığı müqavilə ilə bağlı bütün halları xatırlayan, 2019-cu il tarixdə daha əlverişli şərtlərlə yeni müqavilə bağlayan cavabdehin isə sonuncu müqaviləni xatırlamaması barədə etirazında qeyd etdikləri inandırıcı deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********0313 saylı müqaviləyə əsasən əsas borca görə 1599,30 manat, faiz borcuna görə 49,60 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1678,90 manat Finca Azerbaijan MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar