Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1999/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Bakı şəhəri 11 saylı Dövlət Notariat Ofisinə və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə aralarında Bakı şəhəri 11 saylı Notariat Ofisində xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 7000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmənin məsləhətçiləri tərəfindən tərtib olunmuş və iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli aktda göstərilmişdir ki, iddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbz göstərilsə də, həmin qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Bakı şəhəri 11 saylı Dövlət Notariat Ofisinə və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1999/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1999/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver