Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2000/2024 01.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X8 hər ay saxlanılması üçün alimentin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 oktyabr 2017-ci ildə Gəncə "Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 2097 nömrəli aktı qeydi ilə qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7547/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı, Cavabdeh 16 oktyabr 2017-ci tarixində Gəncə "Asan Xidmət" Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 2097 nömrə ilə qeyd edilmiş nikahlarının pozulması, xx.xx.2017-ci il təvəllüdlü X8 İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutuluraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilib. Alimentin artırılamsı üçün Bakı 3 saylı mediasiya Təşkilatına müraciət etdim. Cavabdeh Mirbala oğlu mediasiya sessiyasında alimentin artırılmasına razılıq vermədi. Bu səbəbdən Məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşaq hazırda birinci sinifdə oxuyur. Yaşı ilə əlaqədar olaraq saxlanılması üçün xərclər də, artmışdır. Nəzərə alınmalıdır ki, 2021-ci il tarixindən sonra yaşayış minimumu 3 dəfə artırılmışdır. Həmin vaxtlarda artırılma ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırda isə bu vəziyyət dəyişmişdir. Uşağın xəstələnəndə müalicəsini, yol xərclərini, paltarlarına çəkilən xərclərin hamısını özü qarşılayır. Əslində uşağa 175 manat aliment ödənilməli idi, lakin cavabdeh ona alimenti aylarla 150 manat kimi ödəyib. İcra şöbəsində olarkən ödənilməli olan alimentdən, yığılan borcdan məlumatı olmuşdur. Borcunu ödəmədiyindən, pulun tutulması maaşına yönəldilib. Özü kirayə qalır, sağlam qida ilə əlaqədar şirkətdə işləyir və aylıq əmək haqqı 500 manatdır. Əlavə gəliri və adına əmlakı yoxdur. Yüksək gəlirli işi olsaydı cavabdehdən aliment tələb etməzdi. Onsuz ki, uşaq onun himayəsindədir. Ata kimi uşaqla ünsiyyəti yoxdur. Ad günlərində belə təbrik etməyib. Cavabdeh ümumiyyətlə uşağın saxlanılmasında iştirak etmir. Ata ilə uşağının ünsiyyətinə mane olmur. Cavabdeh ona etdiyi telefon zənglərində sözlərini seçmədən danışır. Ona görə özü ilə ünsiyyət qurmaq istəmir. Cavabdehə təklif etmişdir ki, uşağına sadə telefon alıb versin, istədiyi vaxt onunla danışsın. Ama bunu da, etməmişdir. Hətta uşaq yay aylarında Şəmkirdə nənə və babasıgildə olur. Ata kimi rayonda xidmət etsə də, yenə gedib oğlunu görməmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, Fəridlə evləndikləri ilk vaxtlarda işləmədiyi üçün Fəridin birinci nikahdan olan uşağının aliment pulunu, uşaq ac qalmaması üçün özü ödəmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin ikinci nikahdan arvadı olmuşdur. Nikahları 2017-ci ildə pozulub. Cavabdeh hazırda üçüncü dəfə nikaha daxil olub və evləndiyi xanımın uşağını himayəsinə götürmüşdür. Oğlu artıq böyüyüb və məktəbə gedir. Hətta oğlunu hazırlığa qoymuşdur. Özü işlədiyindən uşağa dayə tutmuşdur. Hal-hazırda uşağın bütün xərclərini özü təkbaşına çəkir. Cavabdehin isə mülkiyyətində həm avtomobili, həm də ki, evi vardır. Cavabdeh uşaqla əlaqə saxlamır, maraqlanmır, uşağın xərclərində iştirak etmir. Cavabdeh artıq neçə ildir ki, uşağın ad gününü belə təbrik etmir. Bundan başqa oğlu nəfəs almaqda çətinlik çəkdiyi üçün burun əməliyyatı olmuşdur. Bu barədə cavabdehə desə də, cavabdeh bir dəfə də olsun uşaqla maraqlanmadı. Bundan sonra uşağın burnunu ikinci dəfə təkrar əməliyyat etdirməlidir. Əlavə olaraq bildirir ki, cavabdeh etirazında İkinci Qarabağ müharibəsində iştirak etdiyini bildirmişdir. Lakin cavabdeh İkinci Qarabağ müharibəsində iştirak etməmişdir. Bu barədə məlumatı cavabdehlə eyni hərbi hissədə xidmət edən qohumu ona demişdir. Cavabdehlə birgə nikah dövründə olan zaman cavabdehin əmək haqqısı 1000 manat təşkil edirdi, ehtimal edir ki, hazırda cavabdehin əmək haqqısı daha da artıb.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Fəridin adına torpaq sahəsi yoxdur. Xırdalanda olan evi isə anası oğluna bağışlamışdır. Fəridin oğlu ilə ünsiyyətinə iddiaçı mane olur. Telefon zənglərinə cavab vermir. Aliment məbləği 190 manat müəyyən edilərsə, ödəniş edə bilərlər. Lakin 235 manat məbləğində artırılmasına razı deyildir.
6. Cavabdeh məhkəməyə ünvanladığı etirazında göstərir: İddiaçı ilə 16 oktyabr 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu birgə nikahlarından xx.xx.2017-ci il təvəlüdlü X14 doğulmuşdur. Bu onun ikinci nikahı olmuşdur. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-7547/2021 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikahlarının ləğv olunması, birgə nikahdan doğulmuş övladı xx.xx.2017-ci il təvəlüdlü X8 anasının himayəsində saxlanması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan sabit pul məbləğində hər ay 175 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qeyd etmək istəyir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində hərbiçi kimi xidmət edir. Bundan sonra alimentin tutulması onun əmək haqqına yönəldilmişdir. Belə ki, iddiaçı ilə bidgə nikahdan doğulmuş övladı üçün aylıq 175 manat aliment tutulduqdan sonra əmək haqqı 716,47 manat qalır ki, həmin məbləğdən birinci nikahdan doğulmuş oğlu 15 sentyabr 2008-ci il təvəlüdlü X4 aliment ödəyir, qalıq əmək haqqı ilə hazırki ailəsini saxlayır. Hərbiçi olduğundan xidmətdən əlavə digər işdə çalışa bilmir, digər qazanc yeri yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, ilkin olaraq iddiaçıdan əvvəl vətəndaş X2 ilə rəsmi nikahda olaraq ailə qurmuşdu. X3 ilə birgə nikahdan X12 adlı soyadlı övladı vardır. Qeyd etdiyi kimi X3 ilə nikahı ləğv olunmuşdur. X3 ilə birgə nikahdan doğulmuş övladları X6 yetkinlik vaşına çatana kimi saxlanması üçün də aliment ödəyir. Eyni zamanda qeyd etmək istəyir ki, hazırda ailəlidir, vətəndaş X7 ilə rəsmi nikahdır, ailənin yeganə qazanc gətirənidir və gələcəkdə övladlarının sayı artacaqdır. Hərbiçi olduğundan digər işdə çalışa bilmir. Bundan əlavə əmək haqqından iki uşağa görə aliment tutulur, özü yenidən ailə qurmuş, yeni ailənin tam xərclərini özü qarşılayır. Aldığı əmək haqqından hazırda müəyyən olunmuş alimentləri ödədikdən sonra ona minumum yaşayış həddindən də aşağı miqdarda əmək haqqı qalır ki, həmin qalıq əmək haqqı hazırki ailəsi ilə birgə yaşayışı üçün yetərli deyil, yaşayış minumumdan da aşağıdır, hazırki ailəsinin minumum yaşayışını ödəmir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı isə hazırda əmək fəaliyyəti ilə məşğuldur, yüksək əmək haqqı alır, maddi vəziyyətində müsbət dəyişiklik vardır, yaşayış minumumdan yüksək səviyyədə yaşayır.
7. Bundan başqa xx.xx.2024-cü il tarixində məhkəmənin elektron ünvanında göndərdiyi etirazında göstərir: Onun barəsində yazılanlar yalan və iftiradır. Çünki evlilik zamanı iddiaçı şəraitsizliklə yaşamaq istəmədiyi və hərbiçi maaşı azdı deyə ayrılmaq istədiyini bildirmişdir. Ayrılmalarına səbəb isə ona və valideynlərinə qarşı olan hörmətsizliyi olmuşdur. Məhkəmə prosesindən sonra o, iddiaçı ilə əlaqə saxlayaraq, aliment məbləğini soruşmuş, iddiaçı aliment məbləğinin 150 manat olduğunu bildirmişdir. Hər ay 150 manat məbləğini gecikdirmədən ona verdiyi kart hesabına yükləmişdir. Lakin əmək haqqından 2 ay 475 manat tutulanda bilindi ki, o planlı şəkildə məbləği az deyərək, yenidən ailə qurduğu üçün ona problem yaratmaq istəmişdir. 2-ci Qarabağ müharibəsində aldığı kontuziyayla əlaqədar olaraq, müalicəsi üçün götürdüyü kreditin aylıq ödənişi 185 manat təşkil edir. Bundan başqa həyat yoldaşının hamiləlik dövrünün kritik keçməsi səbəbilə (hər iki böyrəyinin iltihabı) o da, ciddi müayinə almaq məcburiyyətindədir. (200-230 manat). Xidmətinin Şəmkir rayonunda olması səbəbindən kirayədə qalmaq məcburiyyətindədir və hər ay 300 manat kirayə pulu verir(kommunal ödənişlər xaric olmaqla). Onu da, bildirir ki, iki uşağa aliment ödəmklə yanaşı, öhdəliyində övladlığa götürdüyü bir azyaşlı uşağıda var. Aylıqpul təminatı gəlir vergisi 14%, DSMF-na ayırmalar 3 %, icbari tibbi sığorta haqqı 2 % və 22 nömrəli aliment məbləği tutulduqdan sonra əmək haqqı 592,67 manat təşkil edir. Yoldaşının və özünün əmək haqqları bütün məsrəfləri qarşılamağa çətinliklə çatır və valideynlərinin köməkliyi ilə ödəyirlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 7547/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 oktyabr 2017-ci il tarixində Gəncə “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2097 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir.
9. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 455750 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7547/2021 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 123 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra “qadına” “Məmmədova” soyadı verilmişdir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 418 №-li Hərbi Hissəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, Cavabdeh Mirbala oğlunun aylıq pul təminatı gəlir vergisi, 3 % DSMF-nə ayırmalar və 2 % icbari tibbi sığorta haqqı və aliment borcu 175 manat tutulduqdan sonra 716,47 manat təşkil edir.
11. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 236950 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X1r.
12. 2 saylı Gəncə regional “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 554259 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2023-cü il tarixində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 384 № ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Qafarova” soyadı verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 7547/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilir.
14. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7547/2021 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə uşağın tələbatının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.
15. Cavabdeh isə üçüncü dəfə nikaha daxil olduğunu, həmin nikahdan himayəsinə azyaşlı uşağı götürdüyünü, həmin nikahdan yoldaşının hamilə olmasını, birinci nikahdan oğluna isə 150 manat aliment ödədiyini, iddiaçının X14 ilə ünsiyyətinə mane olmasını ilə əsas gətirməklə iddia tələbini qəbul etmir.
16. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə alimentə görə 190 manat ödəniş edə biləcəklərini bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
19. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
25. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
26. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2021-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 235 manat məbləğində müəyyən edilməlidir.
27. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üzrə yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh isə əmək qabiliyyətli bir valideyn kimi harada işləməsindən, hansı məbləğdə əmək haqqı almasından asılı olmayaraq övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir. Hazırki iş üzrə isə cavabdehin bu vəzifələrini icra etməkdən yayınması üçün hər hansı üzrlü səbəb yoxdur. Bununla yanaşı cavabdehin himayəsində digər nikahdan yetkinlik yaşına çatmayan uşağın olması, birinci nikahından olan uşağa aliment ödəməsi tələbin əsaslılığını istisna etmir.
28. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
29. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
30. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
31. Həmin Qanunun 8.1.1-ci maddəsinə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
35. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddiaların qiyməti—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir;
36. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-7547/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
39. Məhkəmə xərclərinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə alınmalıdır.
40. Odur ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30((235-170)X12=780) manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7547/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev