Məhkəmə qərarları › İş №2(001)-203/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-203/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-203/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1355.90 ABŞ dolları əsas, 1149.89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2505.79 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 29% olmaqla, 2611 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Musayev iddia tələbini qəbul etməyərək bildirdi ki, həm bank həm də ekspert tərəfindən borc məbləği düzgün hesablanmayıb. Cavabdehə olan borc ödənildiyndən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli 07-xx-xx-020708 saylı kredit müqaviləsinə və 1 saylı əlavəyə əsasən, Cavabdeh 48 ay müddətinə illik 29% olmaqla, 2611 ABŞ dolları məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 92.50 ABŞ dolları ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu ildə əsas məbləğdən 929.90 USD (kompensassiya), xx.xx.2019-cu ildə faizdən 166.92 USD ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş kompensassiya məbləğləridir. xx.xx.2015-ci il tarixli 07-xx-xx- 020708 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə banka borcu 1355.90 ABŞ dolları əsas, 1149.89 ABŞ dolları faiz borcu təşkil edir. - Problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixinə 3885.86 manat məbləğində əsas kredit borcu qalmışdır. Həmin borcun azaldılmasına 1580.83 manat yönəldilmiş və Cavabdeh banka 2305.03 manat borcu qalmışdır. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh müraciətinə Azərbaycan Respublikasının Mərkəzi Bankının Apellyasiya Komissiyasında baxılmış və barəsində aparılmış hesablamalar zamanı hər hansı uyğunsuzluğun aşkar olunmadığı bildirilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 9/4938 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli 07-xx-xx-020708 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2021-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 1004.27 ABŞ dolları əsas, 792.38 ABŞ dolları faiz borcu olmaqla 1797,11 ABŞ dolları təşkil edir. - Məhkəmə Ekspertiza Mərkəzinin 9/7963 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli 07-xx-xx-020708 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu 2330.59 ABŞ dolları əsas, 396.91 ABŞ dolları faiz borcu olmaqla 2727.50 ABŞ dolları; xx.xx.2021-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 1400.69 ABŞ dolları əsas, 501.74 ABŞ dolları faiz borcu olmaqla 1902.43 ABŞ dolları təşkil edir. - Məhkəmə Ekspertiza Mərkəzinin 9/1364 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli 07-xx-xx-020708 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu 2330.59 ABŞ dolları əsas, 396.91 ABŞ dolları faiz borcu olmaqla 2727.50 ABŞ dolları; xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə olan borcu 1400.69 ABŞ dolları əsas, 342.42 ABŞ dolları faiz borcu olmaqla 1744.11 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə cavabdehdən 998,44 ABŞ dolları (xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: xx.xx.2019-cu il tarixə əsas borc 2095,26 ABŞ dolları təşkil edir, xx.xx.2019-cu il tarixdə 929,90 ABŞ dolları məbləğində cari hesaba kompensasiya mədaxil olunmuş və əsas borcdan silinmişdir, daha sonra cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 166,92 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin iddiaçı Bank həmin məbləği əsas borcdan deyil mövcud olmayan faiz borcundan silmişdir. Halbuki, həmin vaxt cavabdehin yalnız əsas borcu olmuşdur və həmin məbləğ də əsas borcdan silinməli idi) əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh 998,44 ABŞ dolları əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 998,44 ABŞ dolları (doqquz yüz doxsan səkkiz dollar qırx dörd sent) əsas borc (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar