Məhkəmə qərarları › İş №2(001)-2047/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2047/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2047/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72358 və **********48396 olan 2 ədəd Xiaomi Mİ A2 Lite markalı telefon üçün 263 manat ödənilməmiş hissə, 79 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********69740 olan iPhone 6s markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 165 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Electrolux Paltaryuyan üçün 448 manat ödənilməmiş hissə, 134 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG Musiqi mərkəzi üçün 741,6 manat ödənilməmiş hissə, 81,4 manat dəbbə, ümumilikdə 2424 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2454 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il il tarixli müqaviləyə əsasən, cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 1392 manat olan İMEİ kodu **********72358 və **********48396 olan 2 ədəd Xiaomi Mİ A2 Lite markalı telefonu 6 manat ilkin ödəniş etməklə, 21 ay müddətinə, ayda 66 manat ödəmək şərti ilə almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1193 manat olan İMEİ kodu **********69740 olan iPhone 6s markalı telefonu 89 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 92 manat ödəmək şərti ilə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 680 manat olan Electrolux Paltaryuyanı 8 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 56 manat ödəmək şərti ilə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 741,6 manat olan LG musiqi mərkəzini ilkin ödənişsiz, 24 ay müddətinə, ayda 30,9 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1129 manat ödədikdən sonra 263 manat əsas, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 681 manat ödədikdən sonra 512 manat əsas, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 232 manat ödədikdən sonra 448 manat əsas və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 741,6 manat əsas borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2042 manat təşkil edir. Müqavilələrin şərtlərinə əsasən, cavabdehə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 79 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 165 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 134 manat dəbbə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 81,4 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 00318458 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 1392 manat olan İMEİ kodu **********72358 və **********48396 olan 2 ədəd Xiaomi Mİ A2 Lite telefonu Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin ilkin 6 manat, 21 ay ərzində, hər ay 66 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00318458 saylı müqaviləyə əsasən İMEİ kodu **********72358 və **********48396 olan 2 ədəd Xiaomi Mİ A2 Lite telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00880200 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 1193 manat olan İMEİ kodu **********69740 olan iPhone 6s markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun 89 manat ilkin ödəniş edilməklə, 12 ay ərzində, hər ay 92 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00880200 saylı müqaviləyə əsasən İMEİ kodu **********69740 olan iPhone 6s markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01049641 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 680 manat olan Elektrolux Paltaryuyan Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin ilkin 8 manat, 12 ay ərzində, hər ay 56 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 01049641 saylı müqaviləyə əsasən Elektrolux Paltaryuyanı tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, 20143491 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 741,6 manat olan LG Musiqi mərkəzi Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 24 ay ərzində, hər ay 30,9 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 20143491 saylı müqaviləyə əsasən LG Musiqi mərkəzini tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 263 manat əsas borcu, 79 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 512 manat əsas borcu, 165 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 448 manat əsas borcu, 134 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 741,6 manat əsas borcu, 81,4 manat cərimə borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icrə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 1392 manat İMEİ kodu **********72358 və **********48396 olan 2 ədəd Xiaomi Mİ A2 Lite telefon, dəyəri 1193 manat İMEİ kodu **********69740 olan iPhone 6s markalı telefon, dəyəri 680 manat olan Electrolux Paltaryuyan və dəyəri 741,6 manat olan LG Musiqi Mərkəzi almış, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən 79 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 165 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 134 manat, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən 81,4 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 263 manat əsas borc üzrə 79 manat, 512 manat əsas borc üzrə 165 manat, 448 manat əsas borc üzrə 134 manat və 741,6 manat əsas borc üzrə 81,4 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 79 manat məbləğində hesablanmış cərimə məbləğinin 10 (on) manat, 165 manat məbləğində hesablanmış cərimə məbləğinin 20 (iyirmi) manat, 134 manat məbləğində hesablanmış cərimə məbləğinin 15 (on beş) manat və 81,4 manat məbləğində hesablanmış cərimə məbləğinin 30 (otuz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 263 manat əsas borc, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 512 manat əsas borc, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 448 manat əsas borc, 15 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 741,6 manat əsas borc, 30 manat dəbbə pulu alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 05 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 263 manat əsas borc, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 512 manat əsas borc, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 448 manat əsas borc, 15 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 741,6 manat əsas borc, 30 manat dəbbə pulu, cəmi 2039,6 (iki min otuz doqquz manat 60 qəpik) manat borc və 25 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar