Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2052/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Flora – Genc – Çarpayı, DOSHEK URETAN üçün 1.722 manat ödənilməmiş hissə, 272 manat dəbbə, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********60845 olan İphone XS Max markalı telefon üçün 2.625 manat ödənilməmiş hissə, 482 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81993 olan Xiaomi Redmi 8 markalı telefon üçün 331 manat ödənilməmiş hissə, 99 manat dəbbə, xx xxxxxx 2020-ci il tarixli müqaviləsinə əsasən, Philips tozsoran üçün 297 manat ödənilməmiş hissə, 51 manat dəbbə, xx xxxxxx 2020-ci il tarixli müqaviləsinə əsasən JBL səsucaldıcı üçün 258,40 manat ödənilməmiş hissə, 67,60 manat dəbbə, ümumilikdə 6.205 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6.235 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx xxxxxxx 2019-cu il, xx xxxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli müqavilələrinə əsasən, 2 ədəd Flora – Genc – Çarpayı, DOSHEK URETAN, İMEİ kodu **********60845 olan İphone XS Max markalı telefon, İMEİ kodu **********81993 olan Xiaomi Redmi 8 markalı telefon, Philips tozsoran, JBL səsucaldıcı almış və nəticədə 6.205 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.020 manat (20 ay x 101 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Flora – Genc – Çarpayı, DOSHEK URETAN üçün ümumilikdə, 1.994 manat olmaqla ondan 1.722 manat ödənilməmiş hissə, 272 manat dəbbə, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3.618 manat (18 ay x 201 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********60845 olan İphone XS Max markalı telefon üçün ümumilikdə 3.107 manat olmaqla ondan, 2.625 manat ödənilməmiş hissə, 482 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********81993 olan Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 430 manat olmaqla ondan, 331 manat ödənilməmiş hissə, 99 manat dəbbə, xx xxxxxx 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 manat (18 ay x 17,50 manat + 0 manat ilkin ödəniş) Philips tozsoran üçün ümumilikdə 348 manat olmaqla ondan, 297 manat ödənilməmiş hissə, 51 manat dəbbə, xx xxxxxx 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 308,40 (12 ay x 25,70 manat + 0 manat ilkin ödəniş) JBL səsucaldıcı üçün ümumilikdə 326 manat olmaqla ondan 258,40 manat ödənilməmiş hissə, 67,60 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.472 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 00952385 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.020 manat olan 2 ədəd Flora – Genc – Çarpayı – 90x200 - Bazali - GL - 1/2, DOSHEK URETAN (90X200SM) modelli məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 20 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00952385 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 01014675 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3.618 manat olan iPhone Xs Max 64GB Dual markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01014675 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01070048 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 444 manat olan Xiaomi Redmi 8 4/64GB markalı məhsul, yeni qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01070048 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 20065588 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 315 manat olan tozsoran Philips FC8294/01 markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20065588 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 20065628 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 308.4 manat olan JBL Flip 4 Blue markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20065628 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 1.722 manat, cərimə borcu 272 manat olmaqla, cəmi 1.994 manat, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 2.625 manat, cərimə borcu 482 manat olmaqla, cəmi 3.107 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 331 manat, cərimə borcu 99 manat olmaqla, cəmi 430 manat, xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 297 manat, cərimə borcu 51 manat olmaqla, cəmi 348 manat, xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 258.4 manat, cərimə borcu 67.6 manat olmaqla, cəmi 326 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 6.205 manat məbləğində borcu vardır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 00952385 saylı, xx xxxxxxx 2019-cu il tarixli, 01014675 saylı, xx xxxxxx 2019-cu il tarixli, 01070048 saylı, xx xxxxxx 2020-ci il tarixli, 20065588 saylı və xx xxxxxx 2020-ci il tarixli, 20065628 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 6.205 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, xx xxxxxxx 2019-cu il tarixli, 00952385 saylı, xx xxxxxxx 2019-cu il tarixli, 01014675 saylı, xx xxxxxx 2019-cu il tarixli, 01070048 saylı, xx xxxxxx 2020-ci il tarixli, 20065588 saylı və xx xxxxxx 2020-ci il tarixli, 20065628 saylı müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxxxxx 2019-cu il tarixli, 00952385 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat, xx xxxxxxx 2019-cu il tarixli, 01014675 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat, xx xxxxxx 2019-cu il tarixli, 01070048 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat, xx xxxxxx 2020ci il tarixli, 20065588 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat və xx xxxxxx 2020-ci il tarixli, 20065628 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2019-cu il tarixli, 00952385 saylı müqavilə üzrə əsas borc 1.722 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 1.752 manat, xx xxxxxxx 2019-cu il tarixli, 01014675 saylı müqavilə üzrə əsas borc 2.625 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 2.655 manat, xx xxxxxx 2019-cu il tarixli, 01070048 saylı müqavilə üzrə əsas borc 331 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 351 manat, xx xxxxxx 2020-ci il tarixli, 20065588 saylı müqavilə üzrə əsas borc 297 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 317 manat, xx xxxxxx 2020-ci il tarixli, 20065628 saylı müqavilə üzrə əsas borc 258,40 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 278,40 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2019-cu il tarixli, 00952385 saylı müqavilə üzrə Cavabdeh 1.722 (bir min yeddi yüz iyirmi iki) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 1.752 (bir min yeddi yüz əlli iki) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxxx 2019-cu il tarixli, 01014675 saylı müqavilə üzrə Cavabdeh 2.625 (iki min altı yüz iyirmi beş) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 2.655 (iki min altı yüz əlli beş) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli, 01070048 saylı müqavilə üzrə Cavabdeh 331 (üç yüz otuz bir) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 351 (üç yüz əlli bir) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2020-ci il tarixli, 20065588 saylı müqavilə üzrə Cavabdeh 297 (iki yüz doxsan yeddi) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 317 (üç yüz on yeddi) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2020-ci il tarixli, 20065628 saylı müqavilə üzrə Cavabdeh 258,4 (iki yüz əlli səkkiz manat, qırx qəpik) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 278,4 (iki yüz yetmiş səkkiz manat, qırx qəpik) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2052/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2052/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver