Məhkəmə qərarları › İş №2(001)-2080/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2080/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2080/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" BOKT MMC məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə ərizə göndərərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" BOKT MMC-yə olan borcunu tam ödədiyini bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2080/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehə məxsus “Hyundai Grandeur” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş və hazırda həmin ərizənin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə müvafiq olaraq, …iddiadan imtina etmə … bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə … məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmənin qənaətinə görə, iddiaçının ərizədən imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinin tələbinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə müvafiq olaraq, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən, iddianın təmin edilməsi üçün görülmüş tədbirlər qətnamənin icrasının məqsədi ilə tətbiq edildiyi üçün məhkəmə aktının icrasına qədər qüvvəsini saxlayır. Beləliklə, məhkəmə ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina edilməsinə dair ərizəsi təmin edilməli, iddianın təmini tədbiri barədə qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 261, 262, 263,264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq olunsun və iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2080/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus “Hyundai Grandeur” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X1 həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar