Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2097/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “İddiaçı” İstehsalat Birliyinə vurulmuş zərərə görə 2.416,5 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2.335,45 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İBnin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************4, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 27 iyun 2018-ci il tarixdə AKX-0007016/06-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın aqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmişdir. Sözügedən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 06 sentyabr 2018-ci il tarixli ******* saylı akt əsasında 9720 m3, yəni 1.944 manat (11/2018 tarixində gasrepə keçirilmişdir); 21 fevral 2017-ci il tarixli ******* saylı akt əsasında 1620 m3, 324 manat olmaqla, cəmi 2.268 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən cuzi ödəniş edildikdən sonra borc məbləği 2.305,45 manat olmuşdur. Cavabdeh tərəfindən 01/2013-cü il tarixindən 05/2019 tarixinədək hər ay müvafiq olaraq həyata keçirilmiş ödənişlər borca görə tutulduqdan və sərfiyyata uyğun olaraq karta yükləndikdən sonra cavabdehin iddiaçıya 2.416,5 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq və debitor borclarla birlikdə ümumi olaraq 2.416,5 manat təşkil etməkdədir. Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında 27 iyun 2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AKX-0007016/06-2018 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 fevral 2017-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni xətt ləğv edilmişdir. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” ******* saylı, 13 fevral 2017-ci il tarixli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar qaz xəttindən istifadə halı aşkar edilmişdir; “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 21 fevral 2017-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda qaz işlədicilərindən PQ-2-ün maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış cəmi 1.620 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 11 iyun 2018-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, mexaniki hissə sərfiyyatı hesablamadığına görə sayğac yenisi ilə əvəz edilmişdir; “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” ******* saylı, 27 iyul 2018-ci il tarixli aktdan görünür ki, baxış zamanı 1502AZ**********23 saylı sayğacın mexaniki hissəsində sərfiyyatın hesablanmaması aşkar edilmişdir; “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 06 avqust 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 9.720 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; MSK-29/1710-00709-1 saylı aktdan görünür ki, 1502AZ**********23 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Gövdənin daxilində yad əşya qırıntısı mövcuddur. Baxış məqsədi ilə hesablama mexanizminin qoruyucu örtüyü açıldı və məlum oldu ki, hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşilib. Çap vərəqinin üzərində qısa qapanma izi aşkar olundu. **********00539 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh aktlar üzrə borcu 2017-ci il üçün 324 manat, 2018-ci il üçün 1.944 manat təşkil edir; “Gasrep” adlı sənəddən müəyyən olunur ki, qazdan istifadəyə görə Cavabdeh oğlunun cari borcu 2.416,5 manat təşkil edir; “İddiaçı” İB tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh itirilmiş təbii qaza görə “İddiaçı” İB-yə dəymiş 2.416,5 manatın zərərin 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Dövlət Nef Şirkəti (müştəri) ilə “X3” MMC arasında bağlanmış 01 iyul 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, PSQ və müştəri arasında yazılı razılaşmalar ilə vaxtaşırı dəyişdirildiyi şəkildə bu müqavilə şərtləri PSQ-in müştəriyə göstərdiyi bütün xidmətlərə şamil edilir. PSQ belə xidmətləri müştərinin tapşırığı ilə vaxtaşırı həyata keçirir. PSQ-nin məqsədi müştəriyə yüksək keyfiyyətli xidmətlər göstərmək, müştərinin göstərişlərini peşəkarlıqla və diqqətlə yerinə yetirməkdən ibarətdir; “X3” MMC və “Mirzayev and X6” MMC arasında Alyansı yaradılmasına dair 01 may 2019-cu il tarixli müqavilənin surətindən və müraciət – təklifdən görünür ki, Azərbaycan Respublikası Dövlət Nef Şirkəti tərəfindən “Hüquqi xidmətlərin göstərilməsi haqqında” PSQ ilə bağlanmış 01 iyul 2018-ci il tarixli, Hİ-163a nömrəli müqaviləyə uyğun olaraq hüquqi xidmətlərin göstərilməsində birgə iştirak etmək məqsədi ilə PSQ və partnyor alyansın yaradılması haqqında razılığa gəlmişlər. Müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilə üzrə təklif edilən qiymətlə aşağıdakı tariflər nəzərə alınmaqla qiymətlərin razılaşma protokolununa əsasən hesablanacaqdır, partnyor 130 manat/saat, böyük hüquqşünas 100 manat/saat, hüquqşünas 80 manat/saat, hüquqşünas köməkçisi 40 manat/saat. Müraciət-təklifdən görünür ki, hər bir iş üzrə xidmət haqqı 300 manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2021-ci il tarixli, 10/983 saylı ekspert rəyindən görünür ki, baxış zamanı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, korpus 9, ev 53 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən “İddiaçı” İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. 76 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə, “İddiaçı” İB-yə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir; 30 iyun 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii X2nın pozulması haqqında 13 fevral 2017-ci il və 27 iyul 2018-ci il tarixli aktlar tərtib edilmişdir. 13 fevral 2017-ci il tarixli aktda cavabdehin qaz sayğacında nöqsanların olduğu, 27 iyul 2018-ci il tarixli aktda isə sayğacdan kənar qaz xəttindən istifadə halının aşkar olunduğu göstərilmişdir. Həmin aktlara əsasən cavabdehə ümumilikdə 2.268 manat (324+1.944) məbləğində borc hesablanmışdır. Cavabdehə ümumilikdə iddiaçı tərəfindən 2.416,5 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2021-ci il tarixli rəyindən görünür ki, ekspert mübahisəli ünvanına baxış keçirmiş, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən “İddiaçı” İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində cavabdehin təqsirini sübuta yetirmədən ons əsassız olaraq qaz sərfiyyatına görə 324 manat məbləğində borc hesablamışdır. Bundan başqa, cavabdehin sayğacdan kənar qaz xəttindən istifadə etməsi halı da iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmamış, həmin akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, cavabdehə buna görə də 1.944 manat məbləğində borc hesablanmışdır. Ekspert rəyindən isə müəyyən olunur ki, cavabdehə məxsus yaşayış evini təbii qaz ilə təmin edən iddiaçıya məxsus qaz borusunun üzərində hər hansı qeyri-qanuni müdaxilə halları aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehə hesablanmış ümumi borcdan aktlara görə hesablanmış məbləğlər çıxılmalı (2.416,5 - 1.944 - 324), qalan 148,5 manat məbləğində təbii qazdan istifadəyə görə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar ekspertlərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə çəkilmiş 300 manat məbləğində xərcin 18 manatı, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun isə 2 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 manat məbləğində vəsaitin 6 manatı cavabdehdən, 96 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 148,5 (bir yüz qırx səkkiz manat, əlli qəpik) manat məbləğində borc, hüquqi yardıma görə çəkilmiş xərcin 18 (on səkkiz) manatı və ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulsun (Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************4, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************). İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsaitin 6 (altı) manatı Cavabdeh, 96 (doxsan altı) manatı isə iddiaçı “İddiaçı” İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2097/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2097/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver