Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-21/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia cavabdeh) İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X9, İlkin iddia üzrə Cavabdeh1 hüquq varisi X5 və onun vəkili X10, İlkin iddia üzrə cavabdeh Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ASC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 hüquq varisi X8 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hüquq varisi X5 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə razılıqların etibarsız hesab edilməsi barədə» qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İlk olaraq ilkin iddia üzrə İddiaçı ASC ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx xxxx 2015-ci il tarixli, 1** LN ***5.280715.000015.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 20 faizlə 36 ay müddətinə 104 500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli, 106 LN.2105.280715.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün «xxxxxxx» ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında xx.xx.2012-ci il tarixli, 106.CL.131212.00001/b saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə ipoteka hüquqi verilmiş və onun qeydiyyatı xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün xx xxxx 2015-ci il tarixdə «xxxxxxx» ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 106.CL 280715.00001/c saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra, xx.xx.2012-ci il tarixli, 106.CL.131212.00001/b saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıq bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə «xxxxxxx» ASC-yə xx.xx.2016-cı il tarixə olan 102 429.06 ABŞ dolları əsas, 19 087 ABŞ dolları ABŞ dolları faiz, 1088.90 ABŞ dolları cərimə olmaqla, cəmi borcu 122 604.96 ABŞ dolları təşkil edir. Bü günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddəti pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə 24 ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüquqi verilmişdir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 449.4, 472.1, 472.3-cü maddələrini, «İpoteka haqqında» Azərbaycan Rspublikası Qanunun 1.0.1, 34, 41.1 və Mülki Prosessual Məcəlləsinin 216-218-ci maddələrinin tələblərini rəhbər tutaraq xx xxxx 2015-ci il tarixli, 1** LN ***5.280715.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxxxxx» ASC-nin xeyrinə 102 429.06 ABŞ dolları əsas, 19 087 ABŞ dolları faiz, 1 088.90 ABŞ dolları cərimə olmaqla, cəmi 122 604.96 ABŞ dolları məbləğində borc (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, həmin şəxsin evə istifadə hüquqlarının itirilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə razılıqların etibarsız hesab edilməsi barədə» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin iddia ərizəsi əsassızdır.Belə ki, iddia ərizəsində iddiaçı tələbinin əsası kimi xx.xx.2012-ci il tarixli, 06.CL. 131212.000 01/h saylı ipoteka müqaviləsinə, xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqlara istinad etmişdir.Lakin, iddiaçı ipoteka predmeti ilə bağlı irəli sürdüyü tələbini konkret göstərməmişdir, tutmanın yönəldilməsini xahiş etdiyi daşınmaz əmlakın ən mühüm göstəricisi olan - onun sahəsini qeyd etməmişdir.İddia tələbini bu cür qeyri-müəyyən formada iddiaçı bilərəkdən göstərmişdir, bunun səbəbi aşağıdakılardan ibarətdir. Belə ki, ilkin iddia üzrə Cavabdeh1 Əlınıəd oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ünvan 1 ünvanında iki fərdi yaşayış evi qeydiyyata alınmışdır.Həmin evlərdən birinin sahəsi 578 kv.m., digərinin sahəsi 100.2 kv.m. təşkil edir.İddiaçının istinad etdiyi ipoteka müqaviləsinə əsasən sahəsi 100.2 kv.m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur.İddiaçı tələbini qeyri-müəyyən formada göstərməklə, yalnız ünvanı qeyd etməklə, tələbinin qanunsuz və əsassız olaraq yuxarıda qeyd edilən hər iki əmlaka (ipoteka ilə yüklü olmayan əmlak da daxil olaraq) yönəldilməsini istəyir. Bundan başqa, ilkin iddia üzrə Cavabdeh1 xx xxxx 1990-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 Bakı şəhəri, keçmiş Vorovski (indiki Rəsulzadə) qəsəbəsi, Koroğlu küçəsi, 6-cı döngə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 578 kv.m olan Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 30/928 reyestr nömrəsi ilə 13.6.1990-ci il tarixdə qeydiyyata alınmış fərdi yaşayış evini almışdır.Kirov rayon Xalq deputatları Soveti İcraiyyə Komitəsinin 6/130 saylı, xx.xx.1990-cı il tarixli qərarına əsasən X3 ünvan 3 ünvanında 680 kv.m. torpaq sahəsində inşa etdiyi tikililərin inventarlaşmasının aparılması və qeydiyyata alınması qərara alınmışdır. İpoteka müqaviləsində qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi MA seriyalı, ******* saylı çıxarışla ilkin iddia üzrə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.0124 ha torpaq sahəsində yerləşən 100.2 kv.m. sahəsi olan fərdi yaşayış evi ipoteka müqaviləsi bağlanarkən mövcud olmamışdır.İlkin iddia üzrə Cavabdeh1 buna əhəmiyyət verməmişdir, çünki ilkin iddia üzrə iddiaçının nümayəndələri və ilkin iddia üzrə digər Cavabdeh2 onu inandırmışdırlar ki, onun adından tərtib edilən kredit müqaviləsi və ipoteka müqaviləsi formal olaraq tərtib edilir, əslində kredit ona deyil, Cavabdeh2 veriləcək və kreditin qaytarılması üçün bank qarşısında məsuliyyəti yalnız Cavabdeh2 daşıyacaq.Bunun təsdiqi kimi o faktı qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən "Borcalan kreditdən yalnız təmir- tikinti işləri üçün istifadə edəcəkdir.Kredit müqaviləsi imzalandıqdan 3 gün sonra icraçıya, eyni vaxtda xx.xx.2015-ci il tarixdə həm onun adına ayrılmış 103 835.00 ABŞ dollarının 1,044 məzənnəsi ilə 108 403.74 manata konvertasiya edilməsi barədə çıxarışı və həmin vəsaitin 105 221.60 manat hissəsinin Cavabdeh2 “İddiaçı" ASC-nin Sumqayıt filialındakı AZ63AZEG**********0218900 001 saylı hesabına köçürülməsi barədə "MƏDAXİL ÜZRƏ KASSA ORDERİ"ni və cavabdehin" həyatının sığortalanması üçün "xxxxxxxxxxxxxxxxxx" ASC-yə 1645.10 manatın ödənilməsi barədə qəbzləri imzalatdırmışdırlar.Həmin sənədlərin tərtib edilməsi vaxtı haqqında məlumatlara diqqət yetirdikdə bu həqiqətən cavabdehə verilmədiyini və ayrılan kreditin əvvəlcədən iddiaçının razılığı ilə Cavabdeh2 ünvanlandığını müəyyən etmək olar.Belə ki, iddiaçı tərəfindən xarici valyutanın alışı barəsində çıxarışda bu əməliyyatın xx.xx.2015-ci il tarixdə saat 17:19 da aparıldığı göstərilmişdir.Halbuki, konvertasiya olunmuş vəsaitin əksər hissəsinin – 105 221.60 manatın Cavabdeh2 hesabına köçürülməsi barədə mədaxil üzrə kassa orderlərində əməliyyatın aparıldığı vaxt kimi xx.xx.2015-ci il saat 17:13 göstərilmişdir. Sonradan görünür ki, kredit vəsaitinin guya Cavabdeh1 verilməsi formal olaraq rəsmiləşdirilmişdir.Həmin pulun kağız üzərində ona verilməsindən əvvəl artıq bankda həmin pulların tamamilə Cavabdeh2 verilməsi haqqında rəsmi sənəd tərtib edilmişdir.Beləliklə, əslində bankdan krediti alan X12 deyil, Cavabdeh2 olmuşdur. İddiaçı ilə cavabdeh arasında imzalanmış 106.CL.131212.00001/b saylı ipoteka müqaviləsinə 1 saylı xx.xx.2013-cü il tarixli əlavə razılıqdan görünür ki, Cavabdeh2 iddiaçı ilə xx.xx.2012-ci il tarixdə 106.LN.2105.131212.0001 saylı, xx.xx.2013-cü il tarixli, 106. LN.2105.050713.00001saylı kredit müqavilələri bağlanmışdır.Kreditin məbləği 49 000 manat təşkil edirdi. İddiaçının Cavabdeh2 ilə imzaladığı 106.CL. 140912.0001/e saylı İpoteka Müqaviləsinə xx.xx.2013-cü il tarixli, 1 saylı əlavə razılıqdan görünür ki, Cavabdeh2 iddiaçı ilə xx.xx.2012-ci il tarixdə 106.LN.2105.140912.00001 saylı və xx.xx.2013-cü il tarixdə 106.LN.2105.050713.00001 saylı kredit müqavilələrini imzalamışdır.Həmin kreditin məbləği də 49 000 manat təşkil etmişdir. Cavabdeh X12 ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kreditin məbləği Cavabdeh2 adına iddiaçı tərəfindən daha əvvəl verilən kreditlərin ödənilməsi üçün rəsmiləşdirilmişdir.Əslində, kredit Cavabdeh1 deyil, Cavabdeh2 verilmişdir.Müqavilənin bu formada rəsmiləşdirilməsinin səbəbi ondan ibarətdir idi ki, Cavabdeh2 gecikdirilmiş krediti olduğundan onun adına yeni kredit müqaviləsini iddiaçı imzalaya bilmirdi.Bu səbəbdən iddiaçı görüntü üçün yalandan kredit müqaviləsini Cavabdeh1 ilə bağlamış, lakin əslində krediti Cavabdeh2 vermişdir.Buradan görünür ki, iddiaçının Cavabdeh1 ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi yalan müqavilədir və başqa müqaviləni pərdələmək üçün bağlanmış müqavilədir.Cavabdeh1 580 kv.m. torpaq sahəsində yerləşən, Bakı şəhəri, keçmiş Vorovski (hazırki Rəsulzadə qəsəbəsi), Koroğlu küçəsi, döngə 6, ev 3 üzərindəki mülkiyyət hüququ Texniki inventarlaşma Bürosu tərəfindən verilmiş 30/4479 nömrəli, xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsi ilə təsdiq olunur.Həmin evə xx.xx.1991-ci il tarixdə Texniki inventarlaşma bürosu tərəfindən texniki pasport verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı göstərmişdir ki, Azərbaycan Respublikasının "İpoteka haqqında" qanunun 6.1-ci (İpoteka predmeti) 1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. Həmin qanunun 48.1.4-ci il (İpotekaya xitam verilməsi) maddəsinə əsasən, ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən mübahisə edilən və əhəmiyyətsiz əqdlər) maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci (Uydurma və yalan əqdlərin etibarsızlığı) maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əmiyyətsizdir.Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 149.2-ci (Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması) maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürməsi istisna edilmir.Bu zaman vicdanlı üçüncü şəxsərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qarşılıqlı iddia üzrə iddiaçı yuxarıda göstərilənləri və MPM-nin 149-155-ci maddələrinin tələblərini rəhbər tutaraq iddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli 106.CL 131212.00001/b saylı ipoteka müqaviləsi, xx.xx.2013-cü il tarixli 1 saylı və xx.xx.2015-ci il tarixli 2 saylı əlavə razılıqların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə razılıqların etibarsız hesab edilməsi barədə» qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbini dəqiqləşdirdiyini bildirmiş və məhkəmədən iddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqların etibarsız hesab edilməsi və 0, 0124 ha torpaq sahəsində yerləşən 100.2 kv/m sahəsi olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, ******* saylı çıxarışla Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia cavabdeh) İddiaçı ASCnin etibarnamə üzrə nümayəndəsi X16 iddia ərizəsində göstərilənləri nəzərə alaraq ilkin iddianın tam təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin isə əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 hüquq varisi X13 və onun vəkili X17 qarşılıqlı iddia ərizəsində göstərilənləri nəzərə alaraq qarşılıqlı iddianın tam təmin olunması, ilkin iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X18 ilkin iddianın qismən təmin olunması, kredit borcunun digər Cavabdeh1 hüquq varisindən tutulması barədə qətnamə çıxarılması, ilkin iddianın ona aid hissədə və qarşılıqlı iddianın isə tam rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri və onların nümayəndə və vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 1** LN ***5.280715.000015.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 20 faizlə 36 ay müddətinə 104 500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli, 106 CL.131212.00001/b saylı ipoteka müqaviləsinə əsasən məlum olur ki, kredit üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün «xxxxxxx» ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında xx.xx.2012-ci il tarixli, 106.CL.131212.00001/b saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə ipoteka hüquqi verilmiş və onun qeydiyyatı xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla təsdiqlənmişdir. İş materiallarında olan zamnlik müqaviləsinə əsasən məlum olur ki, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün xx xxxx 2015-ci il tarixdə «xxxxxxx» ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 106.CL 280715.00001/c saylı zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, iş materiallarında olan xx.xx.2012-ci il tarixli, 106.CL.131212.00001/b saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıq bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışa əsasən məlum olur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə «xxxxxxx» ASC-yə xx.xx.2016-cı il tarixə olan 102 429.06 ABŞ dolları əsas, 19 087 ABŞ dolları ABŞ dolları faiz, 1 088.90 ABŞ dolları cərimə olmaqla, cəmi borcu 122 604.96 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mühəndis-inventarlaşdırıcısı X14 tərəfindən verilmiş rəyə əsasən məlum olur ki, faktiki sözügedən ünvanın ərazisində S tik.altı = 280 ,0 m2, S üm -578,0 m2 olan 2 mərtəbəli yaşayış evi mövcuddur.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, ******* saylı çıxarışla mülkiyyət hüquqi qeydiyyata alınmış 100.2 M2 sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 124.0 m2 torpaq sahəsini təyin etmək mümkün olmamışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 21/2020 saylı qərardadına əsasən Cavabdeh1 vəfat etdiyinə və bu fakt ölüm haqqında şəhadətnaməyə əsasən təsdiq olunduğuna görə onun hüquq varisi X13 ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı kimi mərhum Cavabdeh1 əvəzinə işə cəlb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuluyyət daşıyırlar. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü madddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmçinin, "İpoteka haqqında" Azərbaycan Respublikası qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməlidir. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir.Belə ki, iş materiallarında olan sənədlərə əsasən məlum olur ki, əslində Bank tərəfindən kredit məbləği faktiki olaraq Cavabdeh1 deyil, digər Cavabdeh2 verilmişdir.Belə ki, xx.xx.2015-ci d tarixli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən müəyyən olunmuşdur ki, "Borcalan kreditdən yalnız təmirtikinti işləri üçün istifadə edəcəkdir.Kredit müqaviləsi imzalandıqdan 3 gün sonra icraçıya, eyni vaxtda xx.xx.2015-ci il tarixdə həm onun adına ayrılmış 103835.00 ABŞ dollarının 1,044 məzənnəsi ilə 108 403.74 manata konvertasiya edilməsi barədə çıxarışı və həmin vəsaitin 105221.60 manat hissəsinin Cavabdeh2 “İddiaçı" ASC-nin Sumqayıt filialındakı AZ63AZEG******************** saylı hesabına köçürülməsi barədə "MƏDAXİL ÜZRƏ KASSA ORDERİ"ni və cavabdehin " həyatının sığortalanması üçün "xxxxxxxxxxxxxxxxxx" ASC-yə 1645.10 manatın ödənilməsi barədə qəbzləri imzalatdırmışdırlar.Həmin sənədlərin tərtib edilməsi vaxtı haqqında məlumatlara diqqət yetirdikdə bu həmin vəsaitin Cavabdeh1 verilmədiyini və ayrılan kreditin əvvəlcədən iddiaçının razılığı ilə Cavabdeh2 ünvanlandığını müəyyən etmək olar.Belə ki, iddiaçı tərəfindən xarici valyutanın alışı barəsində çıxarışda bu əməliyyatın xx.xx.2015-ci il tarixdə saat 17:19 da aparıldığı göstərilmişdir.Halbuki, konvertasiya olunmuş vəsaitin əksər hissəsinin – 105 221.60 manatın Cavabdeh2 hesabına köçürülməsi barədə mədaxil üzrə kassa orderlərində əməliyyatın aparıldığı vaxt kimi xx.xx.2015-ci il saat 17:13 göstərilmişdir.Beləliklə də, məlum olur ki, kredit vəsaitinin güya Cavabdeh1 verilməsi formal olaraq rəsmiləşdirilmişdir.Həmin pulun kağız üzərində ona verilməsindən əvvəl artıq bankda həmin pulların tamamilə Cavabdeh2 verilməsi haqqında rəsmi sənəd tərtib edilmişdir.Beləliklə də, məlum olur ki, əslində bankdan krediti alan X12 deyil, Cavabdeh2 olmuşdur.Bundan başqa,iddiaçı ilə cavabdeh arasında imzalanmış 106.CL.131212.00001/b saylı ipoteka müqaviləsinə 1 saylı xx.xx.2013-cü il tarixli əlavə razılıqdan görünür ki, Cavabdeh2 iddiaçı ilə xx.xx.2012-ci il tarixdə 106.LN.2105.131212.0001 saylı,xx.xx.2013-cü il tarixli 106. LN.2105.**********1saylı kredit müqavilələri bağlanmışdır.Kreditin məbləği 49000 manat təşkil edirdi.Həmçinin, iddiaçının Cavabdeh2 ilə imzaladığı 106.CL. 140912.0001/e saylı İpoteka Müqaviləsinə xx.xx.2013-cü il tarixli, 1 saylı əlavə razılıqdan görünür ki, Cavabdeh2 iddiaçı ilə xx.xx.2012-ci il tarixdə 106.LN.2105.140912.00001 saylı və xx.xx.2013-cü il tarixdə 106.LN.2105.050713.00001 saylı kredit müqavilələrini imzalamışdır.Həmin kreditin məbləği də 49 000 manat təşkil etmişdir.Beləliklə də, cavabdeh X12 ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kreditin məbləği Cavabdeh2 adına iddiaçı tərəfindən daha əvvəl verilən kreditlərin ödənilməsi üçün rəsmiləşdirilmişdir.Əslində isə kredit Cavabdeh1 deyil, Cavabdeh2 verilmişdir.Müqavilənin bu formada rəsmiləşdirilməsinin səbəbi ondan barət idi ki, Cavabdeh2 gecikdirilmiş krediti olduğundan onun adına yeni kredit müqaviləsini iddiaçı imzalaya bilməməsi olmuşdur.Bu səbəbdən iddiaçı görüntü üçün kredit müqaviləsini Cavabdeh1 ilə bağlamış, lakin əslində krediti Cavabdeh2 vermişdir. Buradan görünür ki, iddiaçının Cavabdeh1 ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi yalan əqdir və başqa müqaviləni pərdələmək üçün bağlanmış müqavilədir.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X15 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materiallarında olan müqavilə və digər sənədlərə əsasən təsdiqini tapdığından, iddia qismən təmin edilməli, əsas borc, faiz borcu və cərimə məbləği cavabdeh X6 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə iddia rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsi etibarsız hesab edilərək ləğv edilməlidir.Belə ki, məhkəmə bir daha qeyd edir ki, öz-özlüyündə ipoteka müqaviləsi əqd olduğuna görə ipotekanın etibarsızlığına, əqdin etibarsızlığı ilə bağlı qaydalar tətbiq olunmalıdır.Belə ki,iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mühəndisinventarlaşdırıcısı X14 tərəfindən verilmiş rəyə əsasən məlum olur ki, faktiki sözügedən ünvanın ərazisində S tik.altı = 280 ,0 m2, S üm -578,0 m2 olan 2 mərtəbəli yaşayış evi mövcuddur.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, ******* saylı çıxarışla mülkiyyət hüquqi qeydiyyata alınmış 100.2 M2 sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 124.0 m2 torpaq sahəsini təyin etmək mümkün olmamışdır.Halbuki, mübahisələndirilən ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməli, adı, yeri dəqiq göstərilməli idi.Müqavilədə torpaq üzərində olan daşınmaz əmlakın sahəsi və təsviri göstərilməmişdir.Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli ipoteka müqaviləsi istinad olunan normanın tələblərinə zidd olaraq tərtib edilmişdir.Beləliklə də, mütəxəssis rəyinə əsasən ipoteka qoyulmuş əmlakın məhkəmə tərəfindən yerli baxış və mütəxəsis rəyi ilə müəyyən edilmiş yer olduğunu müəyyən etmək mümkün deyildir.Buna görə də, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsi və iddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqlar etibarsız hesab edilərək ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qalan hissədə 0, 0124 ha torpaq sahəsində yerləşən 100.2 kv/m sahəsi olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, ******* saylı çıxarışla Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının ləğv edilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t di: İlkin iddia üzrə İddiaçı ASC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 hüquq varisi X8 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» iddia ərizəsi qismən təmin olunsun. xx xxxx 2015-ci il tarixli, 1** LN ***5.280715.00001 saylı Kredit müqaviləsi üzrə Cavabdeh2 «xxxxxxx» ASC-nin xeyrinə 102 429.06 ABŞ dolları əsas, 19 087 ABŞ dolları faiz, 1 088.90 ABŞ dolları cərimə olmaqla, cəmi 122 604.96 ABŞ dolları məbləğində borc (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İlkin iddia qalan hissədə, - yəni Cavabdeh1 hüquq varisi X1 tutulması hissəsində, və tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 hüquq varisi X5 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, həmin şəxsin evə istifadə hüquqlarının itirilməsinə dair iddiası rədd edilsin. İlkin iddia qismən təmin edildiyindən, ilkin iddia üzrə İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, ilkin iddia üzrə cavabdeh Cavabdeh2 tutularaq ilkin iddia üzrə İddiaçı ASC-yə ödənilsin, qalan 50%-i, yəni 15 (on beş) manatı iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hüquq varisi X5 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə razılıqların etibarsız hesab edilməsi barədə» qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1** CL ***212.00001/b saylı ipoteka müqaviləsi etibarsız hesab edilərək ləğv edilsin. İddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1 saylı və xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə razılıqların etibarsız hesab edilsin. Qarşılıqlı iddia qalan hissədə, yəni 0, 0124 ha torpaq sahəsində yerləşən 100.2 kv/m sahəsi olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin xx.xx.2011-ci il tarixdə verdiyi MA seriyalı, ******* saylı çıxarışla Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının ləğv edilməsi hissəsində rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 50%-i, yəni 10 (on) manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilsin, qalan 50%-i, isə qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №2(001)-21/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-21/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver