Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2107/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, X1 Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimənin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimənin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 490,46 manat əsas borcunun, 36,78 manat faiz borcunun, 153,81 manat cərimə borcunun, cəmi olaraq 681,05 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 151İM saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 18 ay müddətinə illik 28 % olmaqla 5.150 manat məbləğində kredit verilmişdir. xx xxxx 2017-ci il tarixdə kredit müddətinin 2 il uzadılması barədə razılaşma (müqaviləyə əlavə) imzalanmışdır. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyi icra etməmiş. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə həm şifahi, həm yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Qeyd olunan kredit müqaviləsinin tələblərinə əsasən kredit verilərkən tərtib olunmuş annuitet ödəniş qrafiki (cədvəli) üzrə borclalan öhdəliklərini vaxtında icra etməzsə, borc vaxtı keçmiş kreditə aid edilir və ona müqavilənin 3.5 bəndinə əsasən cərimə hesablanaraq borcalandan tələb edilir. Cavabdeh xx xxxx 2019-cu tarixə həmin kredit müqaviləsi üzrə BOKT “xxxx” MMC qarşısında 490,46 manat əsas borcu, 204,44 manat faiz borcu, 153,81 manat cərimə məbləği, cəmi 848,71 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işin onların istirakı olmadan aparılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: BOKT “xxxx” MMC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 151İM saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, borc verən borc alana 18 ay müddətinə illik 28% dərəcəsi ilə 5.150 manat məbləğində istehlak krediti verməyi, borcalan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən borcalan müəyyən edilmiş ödəmə şərtlərini yerinə yetirmədikdə bank ödəniş cədvəlinə uyğun olaraq hər gecikdirilən gün üçün illik annunitetin əsas borcun ödənilməmiş məbləğinin 0,3 % məbləğində cərimə ödəyir. Kreditin ödənilməli olduğu son tarix xx xxxx 2017-ci ildir; xx xxxxxx 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, BOKT “xxxx” MMC tərəfindən Cavabdeh 5.150 manat məbləğində kredit verilmişdir; BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 151İM saylı kredit müqaviləsinə əlavə (prolonqasiya) haqqında xx xxxx 2017-ci il tarixli razılaşmadan və ödəniş cədvəlindən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin son ödəniş müddəti uzadılaraq xx xxxx 2019-cu il tarixinə təyin edilmiş, kredit qalığı 3.262 manat məbləğində müəyyən edilmişdir. xx xxxxxx 2015-ci il tarixli, 151İM saylı kredit müqaviləsinin qalan bəndləri kredit üzrə bütün öhdəliklər yerinə yetirilməyənə qədər qüvvədə qalır; BOKT “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, Cavabdeh borcu barədə məlumat verilmiş və ona bildirilmişdir ki, əgər xx xxxxxxx 2020-ci il tarixə kimi BOKT-a gecikmə borcunu ödəməsə məhkəmə qaydasında kredit müqaviləsinin şərtlərinin pozulduğuna görə müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu və məhkəmə xərcləri tələb olunacaqdır; xx xxxxxx 2021-ci il tarixli, 51/220 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas borcu 490,46 manat, faiz borcu 36,78 manat, cərimə borcu 153,81 manat, ümumilikdə 681,05 manat borcu var; xx xxxxxx 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 151İM saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən cavabdehə 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 5.150 manat məbləğində kredit verilmişdir. Daha sonra xx xxxxxx 2015-ci il tarixli, 151İM saylı kredit müqaviləsinə əlavə (prolonqasiya) haqqında xx xxxx 2017-ci il tarixli razılaşmaya və ödəniş cədvəlinə əsasən tərəflər arasında bağlanmış müqavilənin son ödəniş müddəti uzadılaraq xx xxxx 2019-cu il tarixinə təyin edilmiş, kredit qalığı 3.262 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun iddiaçıya xx xxxxxx 2021-ci tarixli maliyyə arayışına əsasən 490,46 manat əsas borc, 36,78 manat faiz borcu və 153,81 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 681,05 manat borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi və həmin kredit müqaviləsinə razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə razılaşma ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə razılaşmanın şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə razılaşma üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 153,81 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 30 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2015-ci il tarixli, 151İM saylı kredit müqaviləsi və xx xxxx 2017-ci il tarixli razılaşma üzrə Cavabdeh 490,46 manat məbləğində əsas borc, 36,78 manat manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə borcu olmaqla, cəmi 557,24 manat məbləğində borc X1 Kredit Təşkilatı İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2015-ci il tarixli, 151İM saylı kredit müqaviləsi və xx xxxx 2017-ci il tarixli razılaşma üzrə Cavabdeh 490,46 (dörd yüz doxsan manat, qırx altı qəpik) manat məbləğində əsas borc, 36,78 (otuz altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 557,24 (beş yüz əlli yeddi manat, iyirmi dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manatı X1 Kredit Təşkilatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2107/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2107/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver