Məhkəmə qərarları › İş №2(001)-211/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-211/2021

07.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-211/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı, onun vəkili X7, ilk iddia üzrə Cavabdeh2, onun, digər cavabdeh X9, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X12 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk, X9 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X12 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin sahibliyində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən onun mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, X16 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, 31.05.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan başqa, X10 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd olunması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, 31.05.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı konsol döşəmənin öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ünvan 2 onun şəxsi mülkiyyətindədir və bu barədə ona Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 2005-ci il tarixdə FM seriyalı, 035716 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. O, həmin evin yerləşdiyi torpaq sahəsini 2004-cü ildə almışdır. Azərbaycan Respublikası Əmlak Məslələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ona mülkiyyətində olan həmin ev barəsində 31 may 2020-ci il tarixdə texniki pasport və 02 iyun 2020-ci il tarixdə isə yeni çıxarış verilmiş, ev, evin həyətyanı torpaq sahəsi tam dəqiqliklə ölçülərək bu qeydlər çıxarışda öz əksini tapmışdır. O, mülkiyyətində olan həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlərin sahibliyində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 88-in 1-ci mərtəbəsinin 1 böyük və 1 balaca pəncərəsi onun həyətinə baxır, evdə danışılanlar onun həyətində eşidilir, həmin pəncərələrdən onun həyəti tam görünür, bu səbəbdən o və ailə üzvləri öz həyətində sərbəst hərəkət edə bilmir, cavabdehin balaca pəncərəyə vurduğu dəmir barmaqlıq həyətdə onların hərəkətinə mane olur. Cavabdehlərin öz həyətlərindən və küçə yolundan evlərinə pəncərə açmaq imkanları vardır, həmçinin, cavabdehin evinin navalçalarından su onun həyətinə axıdılır. Cavabdeh həyətin küçə tərəfindən ona aid hissəyə dəmir qutu içində su nasosu qoymuşdur ki, bu da onun həyət qapısının açılmasına mane olur. O, dəfələrlə cavabdehdən onun həyətinə baxan pəncərələrin bağlanmasını, pəncərəyə quraşdırdığı dəmir barmaqlığın, içində su nasosu olan dəmir qutunun sökülməsini, həmçinin navalçalardan həyətinə suyun axıdılmasının qarşısının alınmasını tələb etsə də, cavabdeh göstərilənlərin heç birini yerinə yetirməmişdir. Mənzil şəraiti yaxşı olmadığından o, 2019-cu ildə Binəqədi rayon İcra Hakimiyətinə müraciət edərək şəxsi mülkiyyətində olan, ünvan 2-nın həyətində ev tikdirməyinə icazə verilməsini xahiş etmiş, tikəcəyi evin layihə-smeta sənədlərini hazırladaraq təsdiq olunması üçün İcra Hakimiyyətinə təqdim etmişdir. İcra Hakimiyyətinin nümayəndələri tərəfindən fərdi yaşayış evinə və tikəcəyi evin yerinə baxış keçirilmiş, layihə-smeta təsdiq edilmiş və ona 26 dekabr 2019-cu il tarixdə məktub verilərək tikinti işlərinin razılaşdırılmış eskiz-layihəyə uyğun aparılmasına icazə verilmişdir. O, razılaşdırılmış eskiz-layihəyə uyğun olaraq tikinti işlərinə başlayarkən cavabdeh əsassız olaraq onun işinə müdaxilə etmiş, tikinti işlərinin aparılmasına maneçilik törətmişdir. Bütün bunlara görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddiasının təmin edilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X14 İddiaçı izahatında göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən yeni ev inşa edilərkən qonşuluqda yerləşən, cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin evi ilə ara məsafəsi qanunauyğun şəkildə saxlanılmış, şəhərsalma normalarına uyğun olaraq layihə-smetada göstərilən qaydada inşa edilmişdir. Məhkəmə iclasında X9 və Cavabdeh2 nümayəndəsi X13 qarşılıqlı iddianı müdafiə etdiyini, ilk iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təxminən 50 il əvvəl tikilmişdir, həmin vaxtdan etibarən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. 2020-ci ilin yanvar ayının əvvəllərindən etibarən həmin küçədə 78A ünvanında İddiaçı tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikili inşa edilməyə başlanmışdır. Həmin özbaşına tikili Cavabdeh1 məxsus evin pəncərələrinə günəş işığı düşməsinin qarşısını almışdır, həmçinin, İddiaçı tikdirdiyi evin pəncərələrini Cavabdeh1 məxsus evin pəncərələrinin qarşısına quraşdırmışdır ki, bu da milli-mədəni dəyərlər baxımından qəbuledilməzdir. Həmçinin, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıların razılığı olmadan evin divarına bitişik vəziyyətdə su borusu çəkdirmişdir. Həmin su borusundan su sızması nəticəsində Cavabdeh1 evinin divarı və bünövrəsi nəm çəkəcəkdir. Eyni zamanda, İddiaçı Cavabdeh1 evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Bundan başqa, İddiaçı hüququnun rəsmiləşdirilməsi barədə 02.06.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda və 31.05.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı texniki pasportdan aydın olur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,01497 ha., faktiki torpaq sahəsinin ölçüsü isə 0,02412 hektardır. Beləliklə, İddiaçı zəbt etdiyi torpaq sahəsinin ölçüsü 0,00915 ha. olduğu məlum olur. Odur ki, İddiaçı inşa etdirdiyi tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, icarəsində və ya istifadəsində deyil, zəbt edilmiş ərazidə olduğundan həmin tikili sökülməli, ərazi İddiaçı tərəfindən əvvəlki vəziyyətə gətirilməlidir. İddiaçı tərəfindən inşa edilmiş tikili zəbt olunmuş torpaq sahəsində olduğundan, Cavabdeh1 evinin pəncərələrinin həmin evə baxması İddiaçı hüquqlarını poza bilməz, pəncərəyə quraşdırılmış dəmir barmaqlıq İddiaçı evinə giriş-çıxışa heç bir məhdudiyyət yaratmır, navalçalar isə küçəyə axıdılmaq qaydasında quraşdırılmışdır. Sonda B.F.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında X2 nümayəndəsi X13 L.Xanlarovun da iddiasını müdafiə etdiyini bildirərək ona münasibətdə izahatında göstərdi ki, ünvan 2 ünvanında İddiaçı tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir, həmin özbaşına tikili L.Xanlarova məxsus Aydınbəyov küçəsi, 98A saylı evin otağının pəncərələrinə və bayır divarına günəş işığı düşməsinin qarşısını tam almışdır, həmçinin, İddiaçı L.Xanlarovun evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Bununla əlaqədar hətta L.Xanlarovun evinin qeyd edilən hissədə yerləşən otağının divarının içəri tərəfdən üz hissəsi nəm çəkərək qabarmağa, divarın boyası isə düşəməyə tökülməyə başlamış, həmin otaq yaşayış üçün yararsız hala gəlmiş və evin bünövrəsi zəifləməyə başlamışdır. L.Xanlarov 1995-ci ildən həmin ünvanda yaşayır, o, həmin evi alarkən İddiaçı indiki həyətinə baxan pəncərə mövcud olmuş, hazırda İddiaçı istifadəsində olan həyətin yerində yol olduğundan pəncərə ilə bağlı heç kimin hüquqları pozulmamışdır. Sonda B.F.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb bu iddianın da təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - FM seriyalı, 035716 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 otaqlı, 22,8 kv.metr yaşayış, 48,5 kv.metr ümumi sahəli 78a saylı fərdi yaşayış evi 04 mart 2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarda – AZ 1054, ünvan 4 ünvanında 0,01497 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 48,5 kv.metr olan fərdi yaşayış evi 02 iyun 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli arayışda göstərilmişdir ki, Aydınbəyov küçəsi, 88 ünvanında yerləşən yaşayış evi X12 məxsusdur. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,00713 ha. torpaq sahəsində yerləşən 56,5 kv.metr sahəli fərdi yaşayış evi X9 mülkiyyəti kimi 24 avqust 2015-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən İddiaçı Kərim oğluna ünvanlandırılmış 26 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında, eləcə də, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə tikinti işləri aparılmasına icazə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk, qarşılıqlı, eləcə də, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmənin 03 sentyabr 2020-ci il tarixli, 2(001)-1412/2020 saylı qərardadına əsasən təyin olunmuş kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasına dair 25 yanvar 2021-ci il tarixli, 10/2774 nömrəli rəyində göstərilmişdir ki: - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X4 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. - İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir. - Mülki iş materiallarının doqquzuncu səhifəsində yer alan “Eskiz layihəsi”ndə göstərilən məlumatlar ilə baxış zamanı əldə olunmuş məlumatlar arasında müqayisəli tədqiqat aparılan zaman aşağıda qeyd olunan nəticələr ortaya çıxmışdır: * İddiaçı tərəfindən inşa olunmuş tikilinin (fərdi yaşayış evi) çöl ölçüləri uyğunluq təşkil edir, lakin layihə üzrə fərdi yaşayış evinin xarici divarları 400 mm. (cüt daş) qalınlığında nəzərdə tutulsa da, faktiki vəziyyətdə divarlar 200 mm. (tək daş) qalınlığındadır. Bu da öz növbəsində otaqların daxili ölçülərində fərqlərin yaranmağına səbəb olmuşdur. * Fərdi yaşayış evinin hündürlüyü layihə üzrə 3,15 metr nəzərdə tutulsa da, faktiki olaraq bir tərəfdən küçə tərəfdən və cavabdehin evi istiqamətinə hündürlük 4,6 metrdir. * Fərdi yaşayış evinin yaşayış otağının layihədə nəzərdə tutulmuş bir pəncərəsi faktiki vəziyyətdə bağlanmışdır. * Fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi ilə ara məsafəsi layihədə 1,2 metr nəzərdə tutulsa da, faktiki 1,4 metrdir. * İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanmışdır. - ünvan 2 barəsində 31.05.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31- 10301 saylı yeni texniki pasportda və 02.06.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. olduğu müəyyən olundu. - Baxış zamanı İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır. - Pəncərə və nəfəsliyin mülki iş materiallarının 51-ci səhifəsində yer alan X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin texniki pasportunda nəzərdə tutulduğu müəyyən olundu. Həmçinin, qeyd olunur ki, pəncərənin bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın daxili hündürlüyü ilə xarici hündürlüyü arasında fərqlərin olduğunu, nəfəsliyin yerləşdiyi otağın bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın divarına bitişik 42 sm. qalınlığında mişar daşından inşa olunmuş hörgünün olduğunu nəzərə alaraq, X12 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X9 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən olundu. X12 məxsus evin mübahisəli pəncərəsinə vurulmuş dəmir barmaqlıqların İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan giriş-çıxış yoluna çıxıntısı yoxdur. Mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. - Tədqiqat obyektinə baxış zamanı X12 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olundu. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktini istifadəsində olan torpaq sahəsinə axdığı müəyyən olunmuşdur. - Sözügedən, içində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin, həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. - Baxış zamanı əldə olunmuş məlumatlardan (çəkilmiş fotoşəkillərdən və s.) görünür ki, iddiaçı və cavabdehə məxsus müvafiq olaraq 78A və 88 saylı evlərin arasından keçən, mübahisə predmeti olan qaz xətti mişardaşından inşa olunmuş hasarın içindən keçməklə fərdi yaşayış evləri arasındakı açıq sahədən keçir. Həmçinin, qeyd olunur ki, həmin hasarın aşağı hissəsində qapı boşluğu mövcuddur ki, bu qapı boşluğundan müvafiq qurum əməkdaşlarının həmin hissəyə daxil olması və qaz xəttinə baxış keçirməsi mümkündür. Göstərilənlərə əsasən, həmin qaz xəttinin çəkilməsi ilə əlaqədar hər-hansı texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Mübahisə predmeti olan su xəttində nasazlıq (o cümlədən qəza və s.) baş verəcəyi təqdirdə cavabdehin fərdi yaşayış evinin tikinti konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərinə susızma izləri yarana və fərdi yaşayış evinin təmirinə ziyan dəyə bilər. Qeyd olunan məsələlər təhlükəsizlik texnikası qaydalarının pozulmasına aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsində X4 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi ilə ara məsafəsi layihədə 1,2 metr nəzərdə tutulsa da, faktiki 1,4 metrdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 hektardır. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus 88 saylı evin və X5 məxsus 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır. Pəncərə və nəfəsliyin X12 məxsus 88 saylı evin texniki pasportunda nəzərdə tutulduğu müəyyən olunmuşdur. Pəncərənin bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın daxili hündürlüyü ilə xarici hündürlüyü arasında fərqlərin olduğunu, nəfəsliyin yerləşdiyi otağın bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın divarına bitişik 42 sm. qalınlığında mişar daşından inşa olunmuş hörgünün olduğunu nəzərə alaraq, X12 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X9 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən olunmuşdur. Mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. X12 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olunmuşdur. İçində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Məhkəmə ilk öncə İddiaçı iddia tələbinin cavabdehlərin yaşadığı evdən onun həyətinə baxan pəncərələrin bağlanması hissəsinə münasibətdə qeyd edir ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, X12 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X9 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən edilmişdir. Həmin pəncərə və nəfəsliyin X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin texniki pasportunda göstərildiyi nəzərə alınaraq, məhkəmə hesab edir ki, İddiaçı iddiası bu hissədə əsassız olmaqla təmin edilməməlidir. İddianın barmaqlığın sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində göstərilmişdir ki, mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İddiaçı iddiasını bu hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, sözügedən barmaqlığın 7 sm. çıxıntısı olması Mülki Məcəllənin 170.2-ci maddəsində göstərilən “hədsiz təsir” kimi qiymətləndirilə bilməz. Həmçinin, barmaqlığın 7 sm.-dən ibarət çıxıntısının İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, eləcə də yaranan maneənin konkret nədə ifadə olunması ilə bağlı İddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı iddiası həmin hissədə də təmin olunmamalıdır. İddianın İddiaçı həyətinə su axıdılan navalçaların sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, həqiqətən də X12 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olunmuşdur. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə axdığı müəyyən olunmuşdur. Gələcəkdə navalçadan su axacağı və suyun hərəkət trayektoriyasının müəyyən edilməsinin qeyri-mümkün olduğu nəzərə alınaraq məhkəmə hesab edir ki, suyun İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsinə axıb-axmaması hazırki halda əhəmiyyətli hal kimi nəzərə alınmadan Cavabdeh1 tərəfindən həmin navalça sökülməli, bununla da İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 məxsus evin navalçasından su axmasının qarşısı alınmalıdır. Beləliklə, iddia həmin hissədə təmin edilməlidir. İddianın su nasosunun və onun yerləşdiyi dəmir qutunun sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, keçirilmiş ekspertiza zamanı müəyyən olunmuşdur ki, sözügedən, içində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin, həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. Məhkəmə tərəfindən təyin edilmiş yerində müayinə zamanı həmin su nasosunun yerləşdiyi dəmir qutunun İddiaçı həyətindən küçəyə açılan giriş-çıxış yoluna maneə yaratmadığı, beləliklə onun hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. Buna görə də, iddia bu hissədə də təmin olunmamalıdır. Beləliklə, İddiaçı iddiası yalnız navalçanın sökülməsi ilə bağlı hissədə əsaslı olduğundan iddia tələbinin sonuncu, yəni İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən maneələrin nədən ibarət olması nə iddiaçı tərəfindən konkret göstərilmiş, nə də işin halları ilə müəyyən olunmadığından iddia bu hissədə də təmin olunmamalıdır. X9 və Cavabdeh2 qarşılıqlı iddiasına, habelə X2 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Keçirilmiş ekspertiza zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir və həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X4 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. ünvan 2 barəsində 31.05.2020ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı yeni texniki pasportda və 02.06.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, İddiaçı qanuni olaraq ona ayrılmış torpaq sahəsindən daha böyük sahəni istifadə etdiyi, yəni faktiki olaraq zəbt etdiyi müəyyən olunsa da, zəbt edilmiş torpaq sahəsi ilə X12 və X5 məxsus torpaq sahələrinin üst-üstə düşmə halı müəyyən edilmir ki, belə olan halda, sonuncuların İddiaçı tərəfindən zəbt edilmiş ərazinin boşaldılması ilə bağlı iddia tələbi üçün subyektiv hüquqları müəyyən edilmir. Buna görə də, həm qarşılıqlı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi yalnız iddiaçıların hüquqlarına toxunan, aşağıda qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsində X4 tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir və boşluğun küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X12 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X9 maraqlarına toxunan hissədə, yəni X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, həmin fərdi yaşayış evinin X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməli, həmin fərdi yaşayış evi X2 maraqlarına toxunan hissədə, yəni X2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X2 istifadəsində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmə İddiaçı tərəfindən öz hesabına sökülməlidir. İş üzrə kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizası təyin ilk iddia üzrə iddiaçının və ilk iddia üzrə cavabdehlərin vəsatətləri əsasında təyin edildiyindən və həm ilk, həm də qarşılıqlı iddia qismən təmin olunduğundan ekspertizanın keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi İddiaçı, 25 manat hissəsi isə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Dövlət rüsumunun tutulması məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həm ilk, həm qarşılıqlı iddia qismən təmin olunduğundan hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Digər tərəfdən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20 – ci maddəsinə əsasən məhkəmələrə verilən iddialar üzrə ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, X10 məcburi köçkündür. Belə olan halda müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin olunduğundan ödənilməli dövlət rüsumunun əvəzi kimi 5 manat məbləğində pul vəsaiti İddiaçı dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X12 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk iddiası qismən təmin edilsin. X9 mülkiyyətində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətinə su axıdılan novalçalar sökülsün. İddia qalan hissədə təmin edilməsin. X9 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X9 maraqlarına toxunan hissədə, yəni X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X2 maraqlarına toxunan hissədə, yəni X2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X2 istifadəsində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmə İddiaçı tərəfindən öz hesabına sökülsün. İddia qalan hissədə rədd edilsin. Kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə müştərək qaydada X8 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İlk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları hər iki iddia üzrə iddiaçılara aid edilsin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə isə 5 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar