Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2113/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 17.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün illik 1% ödəmək və 60 ay müddətinə qaytarmaq şərti ilə 5191,44 manat kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 17.02.2022-ci il tarixinə banka əsas borc üzrə 5025,42 manat, faiz borcu üzrə 16,95 manat olmaqla cəmi 5042,37 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Ona görə də Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 17.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 5025,42 manat, faiz borcu üzrə 16,95 manat olmaqla cəmi 5042,37 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 70,43 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddia ərizəsi üzrə Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, X2 ASC-yə olan 5042,37 manat borcunu imkanı olduğu qədər hissə-hissə banka ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17.09.2019cu il tarixli 2494rstBANK\19 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 5191,44 manat kredit verməyi öhdəsinə götürmüşdür. Unibank KB ASC-nin 17.09.2019-cu il tarixli 2494rstBANK\19 saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 17.10.2019-cu il tarixdən 17.09.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 5191,44 manat, faiz borcuna görə 158 manat olmaqla cəmi 5349,44 manat borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Unibank KB ASC-nin 17.02.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh 17.09.2019-cu il tarixli 2494rstBANK\19 saylı kredit müqaviləsi üzrə 17.02.2022-ci il tarixinə əsas borca görə 5025,42 manat, faiz borcuna görə 16,95 manat olmaqla cəmi 5042,37 manat borcu vardır. Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 28.12.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı 17.09.2019-cu il tarixli 2494rstBANK\19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 5025,42 manat, faiz borcu üzrə 16,95 manat olmaqla cəmi 5042,37 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tələbini əsaslı hesab edib tam həcmdə təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 17.09.2019-cu il tarixli 2494rstBANK\19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5025,42 manat, faiz borcuna görə 16,95 manat, dövlət rüsumuna görə 70,43 manat olmaqla cəmi 5112,8 manat Unibank KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2113/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2113/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver