Məhkəmə qərarları › İş №2(001)-2129/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2129/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2129/2025 11.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə Cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ACER kompüter, HP kompüter çantası, MOUSE HP, WİNDOWS 11, məhsul qaytarılmasından sonra qalan borc , SAMSUNG TV, APPLE MACKBOOK AİR 13 kompüter almış və nəticədə 6134.33 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3536.1 manat (yəni 18 ay x 196.45 manat + 0 manat ilkin ödəniş) olan ACER kompüter, HP kompüter çantası, MOUSE HP, WİNDOWS 11 üçün ümumilikdə, 571.9 manat olmaqla, ondan, 439.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 131.98 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 manat (yəni 6 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan məhsul qaytarılmasından sonra qalan borc ümumilikdə 600 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1381.26 manat (yəni 18 ay x 62.07 manat + 264 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün ümumilikdə 1452.44 manat olmaqla, ondan 1117.26 manat ödənilməmiş hissə, güzəşt olunaraq 335.18 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2700 manat (yəni 12 ay x 225 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACKBOOK AİR 13 kompüter üçün ümumilikdə 3510 manat olmaqla, 2700 manat ödənilməmiş hissə , güzəşt olunaraq 810 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində ACER kompüter, HP kompüter çantası, MOUSE HP-dən imtina etmiş və məhsul 3096,18 manat qiymətİəndirilib borcundan siİinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsuİ qaytarıldıqdan sonra qoyulan qiymət 3096.18 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 264 manat təşkil edir. Ödəniş cədvəİinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilmiş xx.xx.2024-cu il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqaviİə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin izahatında bildirdi ki, müqavilə üzrə geri qaytarılmış əşyalar qiymətləndirilmiş və cvabdeh də buna dair razılaşma aktına imza etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi, cərimələrin həddən artıq böyük məbləğdə olmasını, həmçinin qaytarılan malın da şişirdilmiş qiymətlə qeyd olunduğunu və bununla razı olmadığını bildirdi. məhkəmədən atasının insult keçirməsini, xəstə olmasını, özünün də işləməməsini nəzərə alıb ədalətli qərar çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh 3536.1 manat dəyərində ACER kompüter, HP kompüter çantası, MOUSE HP, WİNDOWS 11-i 18 ay müddətinə hər ay 196.45 manat ödəmək şərti ilə nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli razılaşmaya görə Cavabdeh məhsul qaytarılmasından sonra qalıq 600 manat məbləğin qaytarılması barədə ndan sonra qalan borc 6 ay müddətinə hər ay 100 manat ödəmək şərtilə nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli, müqavilədən görünür ki, Cavabdeh 1381.26 manat dəyərində SAMSUNG TV 18 ay müddətinə hər ay 62.07 ödəmək şərtilə nisyə satılmışdır. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh 2700 manat dəyərində APPLE MACKBOOK AİR 13 kompüter 12 ay müddətinə hər ay 225 manat ödəmək şərtilə nisyə satılmışdır. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdehnın mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. xx.xx.20024-cü il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, ACER kompüter istehsal tarixi 2024 olan, cihaz aktiv olunmuş, arxa şruplardan 3 əddədində kənar müdaxilə, cihaz üzərində cızıq olmaqla 2400 manata qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən məhsul qaytarılmasından 600 manat qalan borc kimi müəyyən edilmiş və Cavabdeh tərəfindən imzalanmışdır. Tədbiq edlən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklər məhkəmə əsas borca münasibətdə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 439.92 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə məhsul qaytarılmasından sonra qalan borc 600 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1117.26 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2700 (iki min yeddi yüz) manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 21 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 55 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 135 manat dəbbə pulunun tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 81.35 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri də təmin olunan hissəyə mütənasib cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 439.92 (dörd yüz otuz doqquz manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə məhsul qaytarılmasından sonra qalan borc 600 (altı yüz) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1117.26 (min yüz on yeddi manat,iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2700 (iki min yeddi yüz) manat ödənilməmiş hissə, 135 (qırx) manat cərimə borcu, ümumilikdə 5068.18 (beş min altmış səkkiz manat,on səkkiz qəpik) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 70,68 (səksən bir manat, otuz beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qalan hissədə (cərimə hissəsində) təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar