Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2135/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı “İddiaçı“ ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası və həbsin götürülməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “İddiaçı“ ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh x xxxxxxxx 2019-cu il tarixli, NSNPU-2419 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1223,16 manat, faiz borcuna görə 52,64 manat, dəbbə borcuna görə 0 manat, cəmi 1275,8 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli məktubu ilə cavabdehə Mülki-Prosessual Məcəllənin 284-5.1-ci maddəsinin tələbi baxımından bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Cavabdeh mülkiyyətində olan **-CE-*** qeydiyyat nişanlı, Hundai Sonata minik markalı (2007-ci il buraxılışlı, ban KMHEU41CP7A378878 olan, mirvari rəngli,) avtomobilin üzərinə həbs qoyulması və avtomobilin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Yekun məhkəmə aktı qəbul edilənədək, yəni xx.xx.2021-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2(001)-2135/2021 saylı mülki iş üzrə icraata xitam verilməsini və iddianın təmin etmə tədbiri barədə qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcunu tam ödədiyi üçün mülki iş üzrə icraata xitam verilməli və Cavabdeh məxsus **- CE-*** qeydiyyat nişanlı, Hundai Sonata minik markalı (2007-ci il buraxılışlı, ban KMHEU41CP7A378878 olan, mirvari rəngli,) avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddianı təmin etmə tədbiri ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -52.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. -52.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. -191-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -261.0.4-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. -262.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. -262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. -262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. -162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. -162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İşin hallarından göründüyü kimi mübahisəyə məhkəmə baxışı keçirilmədən sadələşdirilmiş icraat qaydasında baxılır və iddiaçı borcun ödənilməsinə istinad edərək iddiadan imtina etmiş və həbsin götürülməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə o qənəatə gəlir ki, sadələşdirilmiş icraat qaydasında ərizələr ümumi qaydada məhkəməyə verilməli olduğundan, iddiaçının iddiadan imtina etməsi və eyni zamanda seçilmiş təmin etmə tədbirinin ləğv edilməsini xahiş etməsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, iddiaçının borcun ödənilməsinə istinad edərək iddiadan imtina etməsi qanunvericiliyə uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda iş üzrə icraata xitam verildiyindən seçilmiş təmin etmə tədbiri də ləğv edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı“ ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair 2(001)-2135/2021 saylı mülki iş üzrə icraata xitam verilməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2135/2021 saylı, xx.xx.2021-cı il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbiri ləğv edilməli, Cavabdeh mülkiyyətində olan **- CE-*** qeydiyyat nişanlı, Hundai Sonata minik markalı (2007-ci il buraxılışlı, ban KMHEU41CP7A378878 olan, mirvari rəngli) avtomobilin üzərinə qoyulmuş həbs və məhdudlaşdırma götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı “İddiaçı“ ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair 2(001)-2135/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2135/2021 saylı, xx.xx.2021-cı il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbiri ləğv edilsin, Cavabdeh mülkiyyətində olan **-CE-*** qeydiyyat nişanlı, Hundai Sonata minik markalı (2007-ci il buraxılışlı, ban KMHEU41CP7A378878 olan, mirvari rəngli) avtomobilin üzərinə qoyulmuş həbs və məhdudlaşdırma götürülsün. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2135/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2135/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver