Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2150/2021 24.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikaha girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X3 onun yanında saxlanması müəyyən edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1417/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən 120 manat aliment uşağın maddi tələbatını ödəmir. Uşaq qüsurlu uşaqdır və daima müalicəyə ehtiyac vardır. Belə ki, xx.xx.2010-cu il təvəllüdlü X4 uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuş və onun mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacı vardır. Uşağa dövlət tərəfindən 150 manat müavinət, ona uşağa baxdığı üçün 50 manat vəsait ödənilsə də, uşağa görə işləyə bilmədiyindən ödənilən vəsait uşağın tələbatını ödəyə bilmir. Müayinə, müalicə və dərman preparatlarının alınmasına hər ay 100 manata yaxın vəsait sərf olunur və cavabdeh uşağın əlavə xərclərinin ödənilməsində iştirak etmir və uşağın sağlamlığının qayğısına qalmır. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1417/2019 saylı qətnaməsinə əsasən uşağın saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsinə, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və hər ay əlavə xərcə görə 100 manat məbləğində vəsaitin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X6 iddiaçının yanında saxlanılmışdır. O, Azərbaycan Dəmir Yolları QSC-nin Şimal vaqon deposunda vaqon baxıcısı təmirçisi peşəsində çalışır və orta aylıq əmək haqqı tutmalar aparılmadan 512,83 manat təşkil edir. Nikahı pozulduqdan sonra o, iddiaçı ilə birgə yaşadığı mənzildən çıxaraq kirayədə yaşayır. Aldığı əmək haqqının bir hissəsini kirayə haqqı olaraq ödəyir. Ona görə də iddia ərizəsini qismən qəbul edərək xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat aliment və müalicə puluna görə 50 manat ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 587671 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4504 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq X9 Şəxsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X4 uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. Binəqədi ƏSMM tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 179471 saylı vəsiqənin surətindən müəyyən olunur ki, X6 uşaqlıqdan əlildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-4217/2016 saylı qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilərək, X5 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 1734 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X3 anası X2 yanında saxlanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1417/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il tarixli 08 saylı arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən hazırki dövrədək Şimal vaqon deposunda vaqon baxıcısı təmirçisi peşəsində işləyir, orta aylıq əmək haqqı 512,83 manat təşkil edir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından iddiaçının tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün təyin olunan alimentin miqdarının dəyişdirilərək artırılıb cavabdehdən hər ay sabit pul məbləğində 175 manat alimentin tutulmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.) Məhkəmə araşdırması zamanı tərəflərin birgə nikahlarından olan uşağın müalicəyə ehtiyacının olması öz təsdiqini tapdığından məhkəmə tərəflərin hər birinin ailə və maddi vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 müalicəsi ilə bağlı çəkilən əlavə xərclərə görə cavabdehdən hər ay 50 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1417/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X3 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 50 manat İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə müalicə xərclərinin tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2150/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2150/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver