Məhkəmə qərarları › İş №2(001)-219/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-219/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-219/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 198981,09 manat əsas borcun, 22059,99 manat faiz borcu olmaqla, ümumilikdə 221041,08 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “ABB Premyer” müştəri xidməti departemanti ilə Cavabdeh1 arasında bağlanmış 2-24-02-2015-QQMTK CA nömrəli 24.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona ünvan 1 ünvanında inşa olunan yaşayış kompleksində giriş 2, mərtəbə 19, ümumi sahəsi 255 kv.m olan otaqdan ibarət 143 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, illik 10 faiz dərəcəsi olmaqla 330000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Bankla "xxxx" MTK və Cavabdeh2 arasında 24.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2-24-02-2015-QQMTK CA nömrəli 24.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 16.04.2021-ci il tarixinə 198981,09 manat əsas borc, 22059,99 manat faiz borcu olmaqla, ümumilikdə 221041.08 manat borc məbləği mövcuddur. 25.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən 198981,09 manat əsas borcun, 38973,39 manat faiz borcu olmaqla, ümumilikdə 237954,48 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Məmmədov iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, faiz borcunun məbləği ilə isə razılaşmadığını bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 2-24-02-2015-QQMTK CA nömrəli 24.02.2015-ci il tarixli kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən, Cavabdeh1 120 ay müddətinə, illik 10 faiz dərəcəsi olmaqla 330000 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 24.02.2015-ci il tarixdən 24.02.2025-ci il tarixədək hər ay 4361 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 2-254-02-2015-QQ MTK CA saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borcunun təminatı olaraq Cavabdeh2 və "xxxx" MTK ilə 24.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. - 16.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 198981.09 manat əsas borc, 22059,99 manat faiz borcu olmaqla, ümumilikdə 221041,08 manat borcu vardır. - 22.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 198981,09 manat əsas borcu, 38973,39 manat faiz borcu olmaqla, ümumilikdə 237954,48 manat borcu vardır. - iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 10.01.2022-ci il tarixli, 9/9326 nömrəli ekspert rəyindən görünür ki, 2-24-02-2015-QQMTK CA nömrəli 24.02.2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 02.12.2021-ci il tarixə əsas borcu 198981,09 manat, faiz borcu 34551,08 manat təşkil edir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi cavabdehə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər də (zaminlər) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) Cavabdeh2 və "xxxx" MTK iddiaçı-kreditor "xxxx" ASC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin faiz borcuna münasibətdə qeyd edir ki, ekspert rəyinə əsasən 02.12.2021-ci il tarixə olan faiz borcu 34551,08 manat və bir gün üçün faizin minimum məbləğinin 55,27 manat olduğu müəyyən edilmişdir. Həmçinin 02.12.2021-ci il tarixdən (ekspert tərəfindən faizlərin hesablandığı son gün) 22.02.2022-ci il tarixədək (25.02.2022-ci il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əlavə edilmiş maliyyə arayışının tarixi) yaranmış faiz borcu da bir gün üçün faizin minimum məbləği əsas götürülməklə hesablanaraq ekspert rəyində göstərilən faiz borcu məbləğinə əlavə edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 02.12.2021-ci il tarixdən 22.02.2022-ci il tarixədək olan faiz borcunun məbləği 4422,31 manat müəyyən edilməli və ekspert rəyində müəyyən edilmiş faiz borcu olan 34551,08 manata əlavə edilməklə, cavabdehlərdən tutulacaq cəmi faiz borcu iddia tələbində göstərilən məbləğlə, yəni 38973,39 manat pul məbləği ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-dan müştərək qaydada 198981,09 manat əsas borc, 38973,39 manat faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-dan müştərək qaydada 198981,09 manat (bir yüz doxsan səkkiz min doqquz yüz səksən bir manat doqquz qəpik) əsas borc və 38973,39 manat (otuz səkkiz min doqquz yüz yetmiş üç manat otuz doqquz qəpik) faiz borcu olmaqla, cəmi 237954,48 manat (iki yüz otuz yeddi min doqquz yüz əlli dörd manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli manat) manat ekspertiza xərci müştərək qaydada olmaqla, "xxxx" ASC-dən 25 manat (iyirmi beş), cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-dən 25 manat (iyirmi beş) tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar