Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-220/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “uşaqla ünsiyyətin həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və s” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla, Cavabdeh birgə nikahından olan 03 aprel 2010-cu il təvəllüdlü X12, 20 may 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixili 2(001)-2918/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq saxlanılmaları üçün hər ay 2 uşağa görə qazançın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər uşağa görə 91.5 olmaqla 183 manat sabit pul məbləğində aliment miqdarı dəyişdirilib, artırılaraq hər ay hər uşaq üçün 235 manat cəmi 470 manat sabit pul məbləğində aliment və mediasiyaya ödənilmiş 60 manat rüsumun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda İddiaçı və onun ailəsi tərəfindən bilərəkdən, əvvəlcədən düşünülmüş və təhrik edici planlan əsasında qızı Babazadə Nərgiz qızı və oğlu Babazadə Fərid oğlunun onun və onunla yaxın qohumluq əlaqəsində olan insanlarla, habelə bilərəkdən övladlarının votsap nömrələrinin gizlədilərək görüntülü ünsiyyətinə, onlarla görüşməyə bilərəkdən icazə verilmədiyi üçün və gələckdə İddiaçı və onun ailə üzvləri ilə onlar tərəfindən qəsdən törədilən təhrikedici və cinayət planları əsasında hər hansı bir konflikt və xoşagəlməz hadisələri yaşamamaq, evladlarının yaranmış bu xoşagəlməz hallardan psixoloji sarsıntı keçirməmələri üçün, bilərəkdən övladlarının yanında onlara psixoloji zərbə vurmaqla, ata, nənə, babaya, bibilərə qarşı düşmənçilik təbliğatının aparılmaması üçün, ahıl yaşlı insanların sağlamlıqlarına qarşı bilərəkdən uşaqlardan istifadə edilməməsi üçün qızı X20 və oğlu X5 Aysel Sahib qızından alınaraq Dövlət İnternat məktəblərindən birinə o, işlərini həll edənədək yerləşdirilməsi və məhkəmənin qətnaməsi ilə övladları ilə ona və onun valideyinləri ilə məhkəmə icraçılarının iştirakı ilə görüş vaxtları müəyyən edilərək təmin edilməsi, hazırda heçbir yerdə işləmədiyi üçün, öhdəsində iki ahıl yaşlı xəstə insanların olmasını və anasının vəziyyətinin orta ağır olmasını məzərə alaraq İddiaçı aliment məbləğinin dəyişdirilməsi ilə bağlı tələbinin rədd edilməsi və alimentin köhnə qaydada ödənilməsinin qətnamədə öz əksini tapması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 iyun 2009-cu ildə 06 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahlarından 03 aprel 2010-cu ildə X20, 20 may 2012-ci ildə X25 anadan olmuşdur. Binəqədi rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli 2(001)-1247/2017 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşaqlar onun yanında saxlanılmş və saxlanılmaları üçün hər ay 2 uşağa görə qazançın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və 148 manat 79 qəpik sabit pul məbləğində aliment tutlmuşdur. Binəqədi rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixili 2(001)-2918/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq saxlanılmaları üçün hər av 2 uşağa görə qazançın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər uşağa görə 91.5 olmaqla 183 manat sabit pul məbləğində aliment tutlmuşdur. Cavabdeh xəstəliyini, pensiya alan ata və anasını bəhanə gətirərək qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiva Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(103)-6858/20l8 nömrəli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, övladları da cavabdehdən ayrı yaşayır. Alimentin artırılması onu yenidən məhkəməyə müraciət etmək qərarına gətirdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə bağlı bildirir ki, İddiaçı ilə 13 iyun üdə 06 nömrəli aktla rəsmi olaraq ailə həyatı qurmuşlar. Həmin nikadan xx.xx.2010-cu il tarixində 2009-cu il təvəllüdlü Babazadə Nərgiz qızı, xx.xx.2012ci il tarixində isə oğlu X25 dünyaya gəlmişlər. Həmçinin bildirir ki, o, nikahın pozulmasının tərəfdarı olmamış və həmişə bu nikahın pozulmasının əlehinə çıxmışdır. Bəlkədə ilk dəfə olaraq ailəsinin dağılmasına səbəb olacaq insanların adları açıqlanacaq. O, övladlarının yetkinlik yaşlarına çatmalarını və ailənin dağılmasının əsl səbəbkarlarının onların bilmək haqqı olmasını və onu günahlandırmamaları üçün veriləcək məhkəmə qərarında əks olunmasını xahiş edir. Həmçinin bildirir ki, o, 1-ci tip insulindən asılı olan şəkər xəstəsi olduğu üçün, İddiaçı bilərəkdən anası X26 tərəfindən ona və atası X9 “sənin oğlun şəkər xəstəsidir” mənim Gündüzə baxmaq fikrim yoxdur, mənim 30 yaşı var, həyatım hələ qabaqdadır” kimi ailə dəyərlərindən tamam uzaq olan sözləri söyləmişdir. Hətda İddiaçı bununla kifayətlənməyərək ondan xəbərsiz olaraq atasının telefonuna “anam məni boşatdırmağa bəhanə gəzir” mesajını yazıb göndərmişdir. İddiaçı onunla ailə qurmamışdan qabaq öz tələbə yoldaşı kimi adını sonralar ailəli olduqdan sonra Zəngilan rayon sakini Vüsal kimi təqdim etdiyi sevgi hissləri yaşadıqları ona məlum olmuşdur. Hətda İddiaçı tələbə yoldaşı və yaxın rəfiqəsi olan Gülər tərəfindən o dövrlərdə öz adına aldığı və Ayselin istifadə etdiyi (070)-909-01-79 nömrəsinə Gülər tərəfindən həmin Vüsalın İddiaçı Lökbatanda yerləşən ticarət mərkəzinə bacısı Babayeva Arzu və onun rəhmətlik həyat yoldaşı olan Cabbarov Araz tərəfindən qış geyimləri almaq məqsədi ilə aparıldığı zaman həmin adamın orda olduğunu və Aysellə maraqlandığını, Ayselin rəfiqəsi olan Gülər vasitəsi ilə mesajlar gəlirdi. Hətda bir dəfə Ayselin telefonuna mesaj gələn zaman əlindən alıb oxumaq istəyəndə, olduqca narahat və əsəbi halda telefonu əlindən aldı və gələn həmin mesajı sildi. O, bu haqda birinci dəfə danışır və bu haqda heç valideyinlərinə belə məlumat verməmişdir. Lakin artıq balalarının qismən böyüdüklərini və oğlu Fəridin bu ailənin nədən bilərəkdən İddiaçı və anası Xudiyeva sevinc tərəfindən dağıdıldığlmasının səbəbinin bilmək haqqı olduğu üçün, xahiş edir ki, verəcək məhkəmə qərarında öz əksini tapsın. Lakin Ayselin və anasının əvvəlcədən düşünülmüş hərəkətləri bununla da bitmirdi. Hətda bir gün onun üzünə söylədi ki, anası onu boşatdıracaq və Ağ Cipli oğlana verəcək, sənin hünərin var uşaqlarına yaxınlaş, qolundan burub təkərin altına salacaq Cipin yiyəsi. O, bu sözlərdən dəhşətə gəlmiş və artıq hadisələrin dözülməz həddə çatdığını görüb o dövrdə birgə yaşadıqları, bacısının evindən çıxmalı olmuşdur. Valideyinləri ilə belə düzgün davranmayan İddiaçı, bir neçə dəfə hətda həmin dövrdə o, işdə olarkən anasını təhqir edərək, ondan xəbərsiz qızı Nərgizi götürüb evi tərk etmişdir. O, sonra İddiaçı yaxınlarına valideyinləri vasitəsi ilə ailəyə yaraşmayan sözlər danışdığını məlumat versə də, bilərəkdən anası və onun qardaşları olan Rzayev Pərviz, Rzayev Araz və Rzayev Ceyhun tərəfindən qulaqardına vurularaq onu döyəcəkləri, qolunu, qılçalarını sındıracaqları və hətda başını kəsəcəkləri ilə hədələməyə başlamışlar. Nəhayət valideyinlərinin məsləhəti ilə xx.xx.2016-cı ildə ailəsini yenə də qoruyub saxlamaq məqsədi ilə tərk etdiyi və o dövrdə ailə dağilmasin deyə öz ata evindən çıxaraq yaşadığı Neapol 7 Q ünvanına qayıtmalı olmuşdur. Məhz xx.xx.2016-cı il tarixində onun evə qayıtdığı Müqəddəs Ramazan bayramı günü oğlu Fəridlə çarpayıda yatdığı zaman, İddiaçı və anası Xudiyeva Sevinc tərəfindən əvvəlcədən hazırlanmış cinayətkar plan əsasınnda atası Babayev Həsənin telefionuna Ayselin atası Xudiyev sahib tərəfindən zəng edilərək “gedirik oğlunun qolunu qırmağa, qılçalarını sındırmağa, gözünü çıxarmağa” kimi ifadələr deməklə gözləmədiyi ani anda evinə X26, qardaşı X34, əri X30 tərəfindən, Araz və Sahib məhz Ramazan bayramı günü içkili olmaqla basqın edib, evladlarının gözləri qarşısında pis ifadələrlə təhqir edilərək, başına, sifətinə, burnuna Rzayev Araz tərəfindən ağır yumruq zərbələri endirilərək burnunun sındırılmışdır. Xudiyeva Sevinc və onun ailə üzvlərinin basqın xəbərini eşidən X4 yaşadığı ünvana gəldiyi zaman öz gözləri ilə Ayselin anası Sevinc və əri Sahib tərəfindən qollarından tutularaq çarpayıya uzadıldığını və Araz tərəfindən sifətinə basına, burnuna ağır yumruq zərbələrini endirildiyini gördü. Anası bir çətinliklədə olsa basqında iştirak edənlərin yardımı olmadan Rzayev Arazı evdən çıxartdı. Bütün yazdığı basqın hadisəsi onun tərəfindən 102 xidmətinə zəngi və 34- cü polis Bölməsinin apardığı cinayət işində öz əksini tapmışdır. Həmçinin bildirir ki, onunla birgə nikah dövründə İddiaçı hazırki gün aliment almasına baxmayaraq bir ana kimi uşaqlarının sağlamlığı üçün vacib sayılan və gələcəkdə baş verə biləcək xəstəliklərdə müdafiə olunmaq üçün hər iki övladından ana südünü bilərəkdən məhrum etmişdir. Hətda qızı X20 artıq normal çəkidən dəfələrlə aşağı düşmüş və o, bunu o dövrdə uşaqların qeydiyyatda olduğu 6 saylı uşaq poliklinikasının həkimləri tərəfindən birbaşa olaraq eşitmişdir. Bir iki ay uşaqlara süd verib, sonra isə ana südündən bilərəkdən məhrum etmək bu artıq öz övladlarına qarşı cinayət əməli sayılır. Hətda oğlu X25 anadan olduqda və bir müddət sonra onun tərəfindən evə gətirildikdən sonra uşaq dərmanlarının içində Lyuminal tozunu aşkar etmiş və bunun nə olduğunu və kim tərəfindən təyin olunduğunu İddiaçı soruşduqda guya həkim tərəfindən təyin olunduğunu bildirmişdir. Bir neçə gün müşahidə apararkən görmüş ki, xüsusəndə axşam saatlarında Aysel tərəfindən uşaq şüşəsində lyuminal tozu çoxlu miqdarda tökülərək, suda həll edilir və oğlu Fərid gecə saatlarında süd istəməsin deyə içizdirilir. Həkim ailəsi olduğu üçün, anası Zərifə terapevt olduğu üçün bu barədə anasına bildirməyə məcbur olmuş və aldığı və araşdırdığı tibbi məlumatlar onu məyus etdi, Lyuminal tozunun insan beyni üçün nəqədər təhlükəli olduğunu aşkarlamışdır. Hətda anası Ayselə bunu etməməyi xahiş etsədə o, anasının üstünə qışqıraraq otağı tərk etməyi tələb etdi. Boşandıqdan sonra məhz bu təhlükəli maddənin nəticəsi olaraq oğlu Fəriddə autizm xəstəliyinin aşkar olunduğunu müəyyən edilmişdir. Oğlu Fərid 5 yaşına kimi danışa bilmirdi, hətda özü onun danışması üçün məşqul olsa da, hər axşam Fəridə rəngləri, əşyaların adlarını öyrətmək üçün məşqul olsa da, Aysel tərəfindən heçbir addım atılmır və bütün gününü mobil telefonla və ya ev telefonu ilə anası ilə danışmaqla vaxtını keçirirdi. Artıq bir ildən çoxdur ki, o, valideyinləri övladlarını görə bilmir, Aysel və onun anası Sevinc tərəfindən hətda uşaqları ilə telefon danışıqlarına şərait yaradılmır, qızına aldığı mobil telefonun nömrəsinə aliment pulu göndərdiyi halda bilərəkdən kontur vurmamaqla nömrə yandırılaraq 7 il ərzində 7 nömrə almağa məcbur olmuşdur. Bu ailə ilə artıq danışmaq mümkün deyil. 7 ildir boşanmaqlarına baxmayaraq Aysel və onun anası bilərəkdən konflikt vəziyyətlər yaratmaq, onun 1-ci tip şəkər xəstəsi olmağını bilərək, qəsdən onu əsəbləşdirmək, onu və valideyinlərini stress vəziyyətinə salmaq məqsədi ilə təxribatlara əl atırlar, dəfələrlə hətda uşaqlaqrı telefonu günlərlə sönülü vəziyyətdə saxlanılır. Hətda uşaları ilə ünsiyyətə mane olmaqla artıq ahıl yaşlarına çatmış valideyinlərinin səhhətində ciddi problemlər yaratmağa nail olmuşlar. Hətda anası xx.xx.2024-cü il tarixində bunların bilərəkdən və təkrarlanan cinayət əməlləri nəticəsində işemik insult keçirərək Semaşko kimi tanınan xəstəxananın reanimasiya şöbəsinə onun tərəfindən 103 Təcili Yardıma zəng edilərək yerləşdirilmişdir. Hal-hazırda vəziyyəti orta ağır olaraq qalmaqdadır. Binəqədi rayon Məhkəməsinə göndərdiyi xəstəlik kitabçasından çıxarış sənədində öz əksini tapır. Xəstəxanadan Reanimasiya şöbəsindən imkansızlıq ucbatından çıxarmağa məcbur olduq, X4nın İddiaçı və anası X21m bilərəkdən ahıl yaşında olan insanları əsəbləşdirmək və onları daimi stress və əsəbi vəziyyətə salmaq və nəticədə anası X2 işemik insult xəstəliyinin və hal-hazırda vəziyyətinin ağır olaraq qalmaqdadır, hal-hazırda qızlarının himayəsində ambulator şəraitdə davam edir. Həmçinin atası X14 (1942) səhətindəndə ciddi problemlər var. O, qəyyumluqluqla bağlı Binəqədi rayon İcra Hakimiyyətinə dəvət edildikdə iki ilə yaxın həsrətində olduğu övladlarının üzünü görə bilmişdir. Bundan sonra İddiaçı və onun ailə üzvləri tərəfindən gələcəkdə törədilə biləcək hər-hansı təxribat və konfliktlərlə qarşılaşmamaq və ən başlıca olaraq valideyinlərinin, sağlamlığına bir daha zərər vurmamaq, özünə qarşı İddiaçı və onun ailə üzvləri tərəfindən gözlənilən təhlükəni hiss etdiyi üçün və onlarla hal-hazırda anasının ağır vəziyyətdə olduğu dövrdə əlavə fikir, stress yaşatmamaq və bu cinayətkar ailə ilə bir daha qarşılaşmamaq məqsədi ilə xx.xx.2024-cü il tarixində təyin edilmiş və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirir. Həmçinin övladlarının bir ildən çoxdur ki, nə onun tərəfindən, nə də valideyinləri tərəfindən görə bilmədiyi, İddiaçı və onun ailəsi ilə bilərkdən uşaqları ona qarşı qalxan kimi istifadə etməklə, övladlarını ona və valideyinlərinə qarşı öyrətməklə, nəticə etibarı ilə evladlarının psixologiyasına mənfi təsir etdiyi üçün onunla və valideyinləri ilə ünsiyyətdən bilərəkdən məhrum etdikləri üçün qızı X20 və oğlu X25 bilərəkdən etdikləri cinayət əməllərinin və gələcəkdə hər-hansı bir xoşagəlməz hadisələrin bu cinayətkar ailə ucbatından yaşanmaması üçün hər iki övladları ilə məhz bu məhkəmədə mütəmadi və İddiaçı və onun ailə üzvləri tərəfindən xoşagəlməz və bilərəkdən törədiləcək təxribatlarla qarşılaşmamaq məqsədi ilə məhkəmə qaydasında görüş günləri həm onun üçün, həm yaxın qohumluq əlaqəsində olan nənəsi, yəni X4 ilə səhətinin yaxşılaşması ilə bağlı irəliləyişlər olduqdan sonra, babası, yəni atası X14 ilə görüşmək üçün görüş günləri təyin edilsin və yalnız o, ailənin heç bir üzvü ilə qarşılaşmadan məhkəmə icraçıları vasitəsi ilə övladları ilə görüşünə məhkəmə qərarında öz əksini tapsın. Həmçinin bildirir ki, o, İddiaçı ilə xx.xx.2017-ci il tarixli 2(001)-1247/2017 nömrəli Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə boşanmışdır. Sonuncu dəfə Binəqədi rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli 2(001)- 2918/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı saxlanılması üçün hər ay iki uşağa görə qazancı (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər uşağa görə 91 manat 50 qəpik olmaqla 183 manat olmaqla sabit pul məbləğində aliment müəyyən edilmişdir. Lakin İddiaçı yenidən aliment miqdarının artırılması tələbi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Lakin onu bildirir ki, İddiaçı hal-hazırda heç bir yerdə işləmədiyini və əlavə heç bir maddi gəlirə malik olmadığını bilə-bilə yenidən aliment miqdarının artırılması tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir və-işsizliyi haqqında Bakı şəhəri Baş Məşqulluq Agentliyindən aldığı arayışı Binəqədi rayon Məhkəməsinə təqdim etmiş və hal- hazırda heçbir əmək fəaliyyəti ilə məşqul olmur və yaşlı valideyinlərinin himayəsindədir. Bildirir ki, İddiaçı bu tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, xx.xx.2021-ci il tarixindən "xxxx" QSC “11 saylı X16 Müəssisəsi” MMC-də X23 rəisi vəzifəsindən işdən azad edilmiş və bu günədək iş təcrübə və təhsilinə uyğun işlə təmin edilə bilməmişdir, bu da sizə göndərdiyi əmək kitabçasında öz əksini tapır. Özüm ali təhsilli olsa da, aldığı ali təhsillərinə və ixtisaslarına uğun işlə təmin oluna bilməmişdir. Bununla bağlı sənədləri rəsmi olaraq Binəqədi rayon Məhkəməsinə poçt vasitəsi ilə göndərilmişdir. Hətda doğulduğu Kəlbəcər rayonu erməni işğalçılarından azad edildiyi üçün doğma vətəninə qayıtmaq və orada işləmək məqsədi ilə müvafiq dövlət orqanlarına rəsmi məktubla müraciət etmiş və bununla bağlı müraciətinə baxılmasını gözləyir. Özü birinci tip İnsulindən asılı şəkər xəstəsidir. Son üç il ərzində səhhəti ilə bağlı heç bir müalicə ala bilmir, əksinə İddiaçı və onun ailəsi tərəfindən onun və ailə üzvlərinin sağlamlığına bilərəkdən uşaqlarında ünsiyyətdə olmağa maneçilik törətməklə ağır zərbələr vurulur. Öhdəsində iki təqaüd və ahıl yaşlarında olan valideyinləri var. Özü valideyinlərinin hesabına işlə təmin edilə bilmədiyi üçün hələki yaşayır, belə ahıl və xəstə vəziyyətdə olmalarına baxmayaraq yaşayaır. Həmçinin qeyd edir ki, övladlarının qarşısında məsuliyyətini dərk edir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia tələbini müdafiə edib izahatında göstərdi ki, o, heç vaxt cavabdehin uşaqları ilə ünsiyyətdə olmasına qarşı çıxmamışdır. Nə vaxt istəyir gəlib uşaqlarını görə bilər. Lakin gəlmir və gəlməməsinin səbəbləri də, ona bəlli deyil. Artıq 1 il 6 aydır o, uşaqları ilə maraqlanmır. Alimenti ödəməsin deyə, uşaqlarını da görmək istəmir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, aliment tələbi indeksləşdirilmədən tələbində olduğu kimi, yəni hər uşağa 235 manat, ümumilikdə 470 manat təyin edilməsi xahiş etmiş, eləcə də uşaqlarla hər həftənin bazar günləri 12:00-dan, 17:00-dək ataları ilə görüşmələrinə etiraz etmədiyini bildirmişdir. İş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz göndərərək göstərmişdir ki, İddiaçı ona qarşı alimentin artırılması ilə bağlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, baxmayaraq ki, iki ali təhsili var, o, hazırda heçbir yerdə işləmir, X17 işsiz kimi qeydiyyatdadır. İş üçün aidiyyatı üzrə X10 müraciət etsə də, bu günədək hələlik bir cavab ala bilməmişdir. Həmçinin onuda qeyd edir ki, heç bir əlavə gəlirə malik deyil. Öhdəsində iki ahıl yaşlarına çatmış səhhətində çox ciddi probləmlər olan iki yaşlı valideyinləri vardır. X4 xx.xx.2024-cü il tarixində İşemik insult keçirmişdir. Həmçinin onuda qeyd edir ki, o, birinci tip insulindən ağır şəkər xəstəsidir və bu barədə sənədləri də məhkəməyə təqdim etmişdir. Özünündə səhətində bu xəstəliklə bağlı və onun törətdiyi fəsadlarla bağlı çox ciddi problemləri var və 3 ilə yaxındır ki, imkansızlıqdan həkim müayinələrinə belə gedə bilmir, özü işlə təmin oluna bilmədiyi üçün valideyinlərindən asılı vəziyyətə düşmüş və onlara belə heç bir maddi köməklik göstərə bilmir. Həmçinin onu da vurğulayar ki, uşaqlarından ona və ailə üzvlərinə qarşı İddiaçı və onun anası X26 tərəfindən istifadə edilir, onun və ailə üzvlərinin uşaqları ilə ünsiyyətinə həm telefon əlaqəsi, həm də görüşmələri üçün bilərəkdən təhrik edici təxribatlara əl atılır, uşaqlar ona və ailə üzvlərinə qarşı bilərəkdən öyrədilir, artıq bir ildən çoxdur ki, nə o, nə də ahıl yaşlı valideyinləri onun uşaqlarını görə bilmirlər, bu barədə daha ətraflı məlumatları və evladları ilə görüşmək üçün məhkəmə qərarının çıxarılması tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsində öz əksini tapmşdır. Onuda qeyd edir ki, hazırda anası X6 İşemik İnsult keçirnəsinə səbəb İddiaçı və onun anası X15 bilərəkdən törətdikləri cinayət əməllərinin nəticəsidir. Aliment ödəməyinə baxmayaraq bu iki nəfərin törətdikləri ürəkbulandırıcı cinayət əməllərinin nəticəsi olaraq nə o, nə valideyinlərini övladlarını görə bilmir. Bütün yuxarıda yazılanları nəzərə alaraq valideyinlərinin, xcüsusəndə X4nın hal-hazırki vəziyyətdə ola ağır xəstəliyi ilə əlaqədar olaraq və qarşı tərəfın törətdikləri təxribatlar ucbatından yaranmış gərgin münasibətləri gərginləşdirməmək və anasının səhətinin daha da pisləşməməsi ilə əlaqədar xx.xx.2024cü il tarixində keçiriləcək məhkəmə iclasında iştirak etməyəcəkdir. Həmçinin hal-hazırda heç bir yerdə işləməmiyini və işsiz olaraq X17 rəsmi şəkildə qeydiyyatda olmağını, heç bir əlavə gəlirə malik olmadığını nəzərə alasınız və İddiaçı alimentin artırılması ilə bağlı tələbin rədd edilməsi və alimentin ödənişinin köhnə qaydada ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(001)- 1247/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X29 ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 13 iyun 2009-cu il tarixdə, 774 saylı akt qeyd edilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 03 aprel 2010-cu il təvəllüdlü X20 və 20 may 2012-ci il təvəllüdlü X25 anaları X19 himayəsində və yanında saxlanılmaları, 03 aprel 2010-cu il təvəllüdlü X20 və 20 may 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X19 xeyrinə 31 avqust 2016-cı il tarixdən başlayraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və 148,79 manat məbləğində sabit pul məbəğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(001)- 2918/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(001)-1247/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 03 aprel 2010-cu il təvəllüdlü X20 və 20 may 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında və hər uşağa görə 91,5 manat olmaqla, ümumilikdə 183 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(103)-6858/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(001)-2918/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02 sentyabr 2024-cü il tarixli, 75/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası, yuxarıda qeyd olunanları, uşaqların fikirlərini, habelə onların iradələrinə zidd olaraq görüşün həyata keçirilməsinin psixoloji durumlarına mənfi təsir göstərmə ehtimalının olması (psixoloji travma) baxımından və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 58-ci və 60-cı maddələrini nəzərə alaraq, uşaqların mənafelərinin üstünlüyü baxımından xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X18 ataları Cavabdeh ilə görüşüb ünsiyyətdə olmalarını məqsədəmüvafıq hesab etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 11/668 saylı rəyinə əsasən; 1-ci sual üzrə: xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X18 halhazırda anaları İddiaçı və ataları Cavabdeh Fləsən oğluna bağlılıqları müəyyən olunmaqla, anaları İddiaçı bağlılıqları daha çoxdur. 2-ci sual üzrə: Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. 3-cü sual üzrə: X20 və X18 psixikasında və davranışlarında hansı valideyinin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. İşə əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli, 11/668 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-psixoloji ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh Bakı Regional Məşğulluq filialında xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək işsiz kimi qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 50. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Maddə 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Maddə 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(001)- 1247/2017 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı X29 ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 13 iyun 2009-cu il tarixdə, 774 saylı akt qeyd edilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 03 aprel 2010-cu il təvəllüdlü X20 və 20 may 2012-ci il təvəllüdlü X25 anaları X19 himayəsində və yanında saxlanılmaları, 03 aprel 2010-cu il təvəllüdlü X20 və 20 may 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X19 xeyrinə 31 avqust 2016-cı il tarixdən başlayraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və 148,79 manat məbləğində sabit pul məbəğində alimentin tutulması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(001)-2918/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(001)-1247/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 03 aprel 2010-cu il təvəllüdlü X20 və 20 may 2012-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında və hər uşağa görə 91,5 manat olmaqla, ümumilikdə 183 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-3-cü bəndində qeyd olunmuşdur ki, “Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(001)-2918/2018 saylı qətnaməsi ilə müəyyən edilən alimentin bütövlükdə sabit pul məbləğində tutulması tələbi ilə çıxış edir. Cavabdeh daimi iş yerinin olmamasını, eləcə də 1-ci qrup şəkər xəstəsi olmasını əsas gətirərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə cavabdehin ilk iddiaya qarşı etirazının dəlləri ilə razılaşmayaraq qeyd edir ki, mövcud qanunvericilkdə aliment müəyyən edilərkən hər şeydən öncə uşaqların mənafeyi nəzərə alınmalıdır. Cavabdehin göstərdiyi dəlillər onu, uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi və yaxud minimum təminat səviyyəsindən az məbləğdə aliment ödənilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Həmçinin məhkəmə qeyd edir ki, 2018-ci illə müqaisədə hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı həmin ildəki müvafiq xərclərin miqdarından artan xətt üzrə fərqlənir. Bununla yanaşı uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu məsələ “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyəsi ilə də təsdiq edilmişdir. Məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, istirahətlərinin səmərəli təşkili, habelə təhsilləri ilə bağlı xərcləri, nəzərə alınaraq, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 03 aprel 2010-cu il təvəllüdlü X20 və 20 may 2012-ci il təvəllüdlü X25 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh birgə nikahdan doğulmuş uşaqları ilə məhkəmə icraçılarının iştirakı ilə görüş vaxtlarının müəyyən edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Belə ki, Cavabdeh tələbinin mahiyyəti uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi olduğunu nəzərə aldıqda, onun tələbində birgə nikahdan olan uşaqların İddiaçı alınaraq Dövlət internat məktəblərindən birinə o, “işlərini həll edənədək yerləşdirilməsi” ilə bağlı qeyd etdikləri anlaşılan deyil. Dövlət hesabına uşaqların təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələrdə saxlanmaları məsələləri “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və hazırkı mübahisənin predmetinə aid deyil. Ümumiyyətlə qarşılıqlı iddiada uşaqlarla ünsiyyətın qaydası və vaxtı göstərilməməklə yanaşı, iddianın əsasları iddia tələbi kimi deyil, daha çox ilk iddiaya etiraz kimi əsaslandırılmışdır. Bununla yanaşı Cavabdeh həm qarşılıqlı iddiasında həmçinin də ilk iddiaya etirazında qeyd etdikləri xususatlara dair heç bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə əldə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 02 sentyabr 2024-cü il tarixli, 75/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, “....uşaqların mənafelərinin üstünlüyü baxımından xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X18 ataları Cavabdeh ilə görüşüb ünsiyyətdə olmalarını məqsədəmüvafıq hesab etmir.” Məhkəmə həmin rəyi aşağıda qeyd olunanlara əsasən əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2013-cü il tarixli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Həmin Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müəyyən edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Bundan başqa, Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Qeyd edilməlidir ki, valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində təsbit edilmişdir. Bu baxımdan valideyindən ayrı yaşayan uşağın digər valideyini ilə ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Uşaqla birlikdə yaşayan valideyn isə uşağın fiziki və psixi sağlamlığına, əxlaqi inkişafına zərər yetirməyən digər valideynin uşaqla ünsiyyətinə mane olmamalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, bu qəbildən olan mübahisələrin həlli səlahiyyətinə malik olan məhkəmə uşaqla ünsiyyətin müddətinin müəyyən edilməsi məsələsində Komissiyanın rəyindən asılı ola bilməz. Məhkəmə hazırkı halda Cavabdeh azyaşlı uşaqları ilə ünsiyyətdə olmaq hüququnun məhdudlaşdırılmasına əsas görmür, lakin bu ünsiyyət formasının qarşılıqlı iddiaçının tələbində göstərdiyi kimi olmasını əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ümumilikdə Cavabdeh birgə nikahdan doğulmuş uşaqlarla ünsiyyətdə olmasına etiraz etmir və uşaqlarla hər həftənin bazar günləri 12:00-dan, 17:00-dək ataları Cavabdehlə görüşməsinə razıdır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” oktyabr 2011-ci il tarixli Qərarının: 2.2. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını,onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. 2.3. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. 2.4. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar. 2.6. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər. Məhkəmə, Cavabdeh azyaşlı uşaqları ilə görüş hüququnun təmin edilməsi məsələsini araşdıraraq tərəflərin aralarında olan mövcud mübahisəli vəziyyəti və onların azyaşlı uşağının hazırda İddiaçı yanında qaldıqlarını nəzərə alır və hesab edir ki, Cavabdeh özündən ayrılıqda yaşayan uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası 02 sentyabr 2024-cü il tarixli, 75/2024 nömrəli rəyində xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X18 ataları Cavabdeh ilə görüşüb ünsiyyətdə olmalarını məqsədəmüvafıq hesab etməsə də, məhkəmə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı uşaqlarının ataları ilə ünsiyyətdə olmalarına etiraz etmədiyini, habelə uşaqların təhsil rejimini, analarına daha çox bağlılıqlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilməsi üçün birgə nikahdan doğulmuş uşaqları ilə hər həftənin bazar günləri 12:00-dan, 17:00-dək ünsiyyətdə olması məqsədəmüvafiqdir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh valideyinlərinin də, xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X25 ilə ünsiyyətdə olmaq hüquqlarının bərpa edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi hissə hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Qeyd edilən maddənin mənasından görünür ki, baba, nənə, qardaş, bacı və digər qohumlar da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmək hüququna malikdirlər. Hazırda isə Cavabdeh onların adından belə tələblə çıxış etməsi üçün hüquqlarının möcudluğu təsdiq edilmir. Odur ki, məhkəmə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mövqeyini, eyni zamanda uşaqların yaşını, onların mənafeyini, uşaqların atası Cavabdeh ilə münasibətlərini nəzərə alaraq, eləcə də onunla görüşməsinin uşağın tərbiyəsinə və inkişafına müsbət təsir edə biləcəyi qənaətinə gələrək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ilə birgə nikahlarından olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X25 ilə hər həftənin bazar günü saat 12:00dan 17:00-dək ünsiyyət saxlamaq hüququ təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmədiyindən, eləcə də o, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edilmədiyindən, ondan qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi yuxarıda qeyd edilən qanunvericiliklə qarşılıqlı iddia ərizəsi ümumi qaydada verilən iddia ərizəsinə bərabər tutulduğundan və iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsi tələb edildiyindən, məhkəmə hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün (qiymətləndirilməyən iddia ərizəsi olduğu üçün) 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6- 00456 saylı arayışından görünür ki, İddiaçı mediasiya xərci üçün 60 manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli, 11/668 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-psixoloji ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edildiyindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat hissəsi ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 80 (səksən) manat hissəsi isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(001)-2918/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa 91,5 manat olmaqla, ümumilikdə 183 (bir yüz səksən üç) manat məbləğində olan alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X18 18 yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ilə birgə nikahlarından olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X25 ilə hər həftənin bazar günü saat 12:00-dan 17:00-dək ünsiyyət saxlamaq hüququ təmin edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(001)- 2918/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa 91,5 manat olmaqla, ümumilikdə 183 (bir yüz səksən üç) manat məbləğində olan alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X18 18 yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment (hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə birgə nikahlarından olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X25 ilə hər həftənin bazar günü saat 12:00-dan 17:00-dək ünsiyyət saxlamaq hüququ təmin edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat hissəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 80 (səksən) manat hissəsi isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X11, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-220/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-220/2025
20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver