Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2215/2021 19.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 175 manat müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X6 Cavabdeh ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Qeyri-rəsmi nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7 qıı anadan olmuşdur. Cavabdeh atalığı xx.xx.2007-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsinin 385 saylı qeydi ilə müəyyən edilmişdir. Cavabdehlə bir neçə il ailə münasibətləri olmuşdur. Ailə daxili münaqişələrdə ayrılmaq qərarı almışlar. Bundan sonra o, aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(001)-1065/2013 saylı qətnaməsi ilə tərəflərin birg nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat alimet məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra 2018-ci ildə alimenti artırılmasaı ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2309/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1065/2013 saylı, 21.2.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 93 manat məbləğində alimentin miqdarı artırılmış, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşağın normal həyat şəraiti yaşaması üçün hər cür qidalar, vitaminlər, geyim əşyaları tələb olunur. Bütün bunları uşa üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir. Lakin cavabdeh Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsində 93 manat alimenti ödəməklə atalıq vəzifəsini yerinə yetirdiyini ifadə edir. Bundan əlavə uzun illərdir ki, cavabdeh uşağı ilə görüşmür, onunla maraqlanmır. Hal-hazırda ödənilən aliment miqdarı uşağın saxlanmasına kifayət etmir. Buna görə də, o alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, O, hal-hazırda 93 manat aliment alır. Ona 154 manat alimentin verilməsi ilə bağlı məlumat verilməmişdir. Cavabdehin əlil olmasını inkar etmir. Amma onun özü də, onkoloji xəstədir. 6 aydan bir həkimə gedir. Bu dəqiqə uşaq atasını tanımır. Ona heç vaxt 154 manat alimenet ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o iddia tələbini qəbul etmir. İİ qrup əlildir və heç bir yerdə işləmir. Bundan başqa ikinci dəfə nikaha daxil olmuş və 2 yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixində verilən AZ-İ seriyalı, 097785 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxx 2007-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi barədə akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixində 385 № ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixində verilən AZ-İ seriyalı, 969845 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx xxxxx 2007-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixində 2267 №-li qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2309/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxx 2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1065\2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunan 93 manat məbləğində alimentin məbləği artırılaraq, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı qızının nikah münasibətindən X5 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2309/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxx 2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1065/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunan 93 manat məbləğində alimentin məbləği artırılaraq, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağın saxlanması üçün tutulan aliment miqdarının artırılaraq 175 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh ikinci dəfə nikaha daxil olmuş və ikinci nikahda 2 yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi aliment məbləği müəyyən edildikdən sonra məhkəmə alimentin artırılması məsələsinə baxarkən ilk olaraq tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2309/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən eidlmiş alimentin məbləğinin artırılmasını xahiş etsə də, o faktiki olaraq ona ödənilən 93 manat aliment məbləğindən narazıdır. Məhkəmə iddiaya bu prizmadan yanaşılmasını işin faktiki hallarına, mübahisənin mahiyyətinə və tərəflər arasında mövcud olan münasibətlərə daha uyğun hesab edir. Odur ki, mübahisəni bu baxımdan qiymətləndirdikdə faktiki olaraq ödənilən alimentin məbləği, yəni hər ay üçün 93 manat sabit pul məbləği uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Belə ki, hazırda yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Eyni zamanda uşağın yaşı nəzərə alındıqda(13 yaş) onun xərclərinin həmin məbləğlə qarşılanmasının çətinliyi mübahisəsizdir. Lakin iddiaçı faktiki olaraq ödənilən 93 manat alimentdən narazıdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2309/2018 saylı mülki işinin materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2309/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi xx xxxx 2018-ci ildə icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və icra məmurunun xx.xx.2018-ci il tarixli qətnaməsi ilə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin mülki iş materiallarından icra sənədinin icrasız geri qaytarılması və.s barədə məlumatın olması müəyyən edilmir. O cümlədən cavabdeh də aliment məbləğinin azaldılması barədə məhkəməyə iddia vermədiyini bildirir. Bir sözlə məhkəmə iclasında tədqiq edilmiş sübutlardan alimentin artırılması barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq cavabdehin hansı əsasla 93 manat aliment ödədiyi müəyyən edilmir. O ki qaldı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 154 manat alimentin artırılaraq 175 manat müəyyən edilməsinə, məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, cavabdehin əlil olması və əmək fəaliyyəti ilə məşğul ola bilməməsi işin mübahisəsiz halıdır. Bu faktı iddiaçının özü də təsdiq edir. Bundan başqa cavabdeh ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan yetkinlik yaşına çatmayan 2 uşağı vardır. Odur ki, cavabdehin ailə və maddi vəziyyətində baş vermiş dəyişiklik əksinə onun vəziyyətini çətinləşdirmişdir. Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiq baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Odur ki, cavabdehin əlil olduğunu, əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini və ikinci dəfə nikaha daxil olaraq himayəsində digər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməməsinin səbəbləri barədə icra orqanından məlumat ala və bununla bağlı müvafiq icra hərəkətlərinin aparılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2215/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2215/2021
19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver