Məhkəmə qərarları › İş №2(001)-2230/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2230/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2230/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Aqrarkredit QSC BOKT-un Cavabdeh qarşı kredit müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Aqrarkredit QSC BOKT Cavabdeh qarşı kredit müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Aqrarkredit QSC BOKT-un nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC-yə keçmişdir. Aqrarkredit QSC-nin nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan X1 Edilməsi Agentliyi MMC vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu səxs Cavabdeh dair sənədlər S-FK-1481 saylı, xx.xx.2018-ci il tarixli təhviltəslim aktına əsasən Aqrarkredit QSC-yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASCnin sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, № 419 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 10% tətbiq edilməklə, 36 ay müddətinə 10000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2013-cii il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Bundan başqa Azərbaycan Beynəlxalq Bankı ASC-nin sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə № 743 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən illik 10% tətbiq edilməklə, 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. xx.xx.2013-cü il tarixdə, № 419 saylı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank borc alana 10000 manat, xx.xx.2014-cü il tarixdə № 743 saylı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank borc alana 3000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3. bəndinə əsasən borcalan bu müqavilələrə əsasən borcu qəbul etməyi, bu müqavilələrdə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilələrin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti xx.xx.2013-cü il tarixdə, № 419 saylı kredit müqaviləsinə əsasən 36 ay, xx.xx.2014-cü il tarixdə № 743 saylı kredit müqaviləsinə əsasən 36 aydır. Qeyd olunan xx.xx.2013-cü il tarixdə, № 419 saylı kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10%-lə, xx.xx.2014-cü il tarixdə № 743 saylı kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10%-lə hesablanır. Ümumilikdə hər iki müqavilə üzrə cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh xx.xx.2013-cü il tarixli № 419 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1885,83 manat, faiz borcu üzrə 143,42 manat, xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2038,59 manat, faiz borcu üzrə 165,28 manat olmaqla, ümumilikdə hər 2 müqavilə üzrə hazırda olan əsas borc üzrə 3924,42 manat, faiz borcu üzrə 308,70 manat olmaqla, cəmi 4233,12 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqavilələri üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Aqrarkredit QSC onun adından çıxış edən törəmə müəssisəsi olan X1 Edilməsi Agentliyi MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-7501/2019 saylı mülki iş üzrə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqıqda Fərmanın təsir dairəsinə düşdüyündən Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-7501/2019 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Aqrarkredit QSC onun adından çıxış edən törəmə müəssisəsi olan X1 Edilməsi Agentliyi MMC xx.xx.2021ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-7501/2019 saylı qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7501/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq 2(001)-7501/2019 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin cəmiyyətə qaytarılması ilə bağlı xx.xx.2021ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, AqrarKredit QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Cavabdehə qeyd olunan Fərmanın təsiri dairəsinə düşən müqavilələr üzrə yeni güzəştli müqavilələr bağlanması barədə bildiriş göndərilsə də, cavabdeh iddiaçıya müraciət etməmişdir. Ona görə də Cavabdeh xx.xx.2013-cü il tarixli, № 419 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1885,83 manat, faiz borcu üzrə 143,42 manat, xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2038,59 manat, faiz borcu üzrə 165,28 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə hazırda olan əsas borc üzrə 3924,42 manat, faiz borcu üzrə 308,70 manat olmaqla, cəmi 4233,12 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 62,33 manat məbləğindədövlət rüsumunun tutulub Aqrarkredit QSCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC-nin sənaye filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli № 419 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana illik 10% tətbiq edilməklə, 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin sənaye filialının xx.xx.2013-cü il tarixli № 419 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 1616,19 manat olmaqla cəmi 11616,19 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC-nin sənaye filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana illik 10% tətbiq edilməklə, 36 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin sənaye filialının xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 3000 manat, faiz borcuna görə 484,95 manat olmaqla cəmi 3484,95 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Aqrarkredit QSC BOKT-un xx.xx.2022-ci il tarixli № 963 saylı arayışından müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli № 419 saylı kredit müqaviləsi üzrə Cavabdeh Aqrarkredit QSC BOKT-a əsas borca görə 1885,83 manat, faiz borcuna görə 143,42 manat olmaqla cəmi 2029,25 manat, xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2038,59 manat, faiz borcuna görə 165,28 manat olmaqla cəmi 2203,87 manat borcu vardır. X1 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli № 4655 saylı bildirişdən müəyyən olunur ki, borcalana kredit müqaviləsi üzrə borcu tam şəkildə ödəmək iqtidarında olmadığı halda borcun hissəvi şəkildə ödənilməsinə dair yeni restrukturizasiya müqaviləsinin bağlanılması təklif edilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanan Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq Aqrarkredit QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da Aqrarkredit QSC-yə güzəşt edir. xx.xx.2018-ci il tarixli aktdan müəyyən olunur ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № 419 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1885,83 manat, faiz borcu üzrə 143,42 manat, xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2038,59 manat, faiz borcu üzrə 165,28 manat borc borcverən tərəfindən Aqrarkredit QSC-yə güzəşt edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2013-cü il tarixli № 419 saylı və xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqavilələri Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da borcverən borcalanla, istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Belə ki, iddiaçı cavabdehə bildiriş göndərməsini bildirsə də, həmin bildirişin həqiqətən cavabdehə göndərilməsini, sonuncunun bu bildirişi almasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən, kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir. Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X2 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib cavabdehlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehə qarşı faiz tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən xx.xx.2013-cü il tarixli № 419 saylı müqavilə üzrə əsas borca görə 1885,83 manat, xx.xx.2014-cü il tarixli № 743 saylı müqavilə üzrə əsas borca görə 2038,59 manat tələbi əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli № 419 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1885,83 manat, xx.xx.2014-cü il tarixli № 743 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2038,59 manat, dövlət rüsumuna görə 62,33 manat olmaqla cəmi 3986,75 manat Aqrarkredit QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar