Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2232/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı 06.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən 170 manat məbləğində alimentin 175 manat həcmində artırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı 06.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən 170 manat məbləğində alimentin 175 manat həcmində artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 06.09.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Birgə nikahlarından olan uşaq hazırda onun himayəsindədir. Uşağın maddi ehtiyaclarının ödənilməsi üçün cavabdeh tərəfindən hər ay 170 manat miqdarında aliment ödənilir. Hazırda cavabdehin ona 1000 manat aliment borcu vardır. Cavabdehin digər nikahından olan uşağın 17 yaşı olduğundan həmin uşağın saxlanması üçün daha az vəsait tələb olunur. O, özəl müəssisələrdə iş olduqda loqoped kimi fəaliyyət göstərir, gəlirləri dəyişkəndir. 2021-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasında uşalar üçün minimum ehtiyac meyarı 175 manat məbləğində müəyyən edilmişdir. Ona görə də cavabdeh tərəfindən 06.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən 170 manat məbləğində alimentin 175 manat həcmində artırılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 06.09.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. O, uşağın saxlanılması üçün təyin olunan 170 manat alimenti çətinliklə ödəyir, 1000 manat aliment borcu vardır. Alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1361/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. O, X11 MMC-də fəhlə işləməklə əmək haqqı 83 manat təşkil edir. O, Bakı şəhəri 15 nömrəli birləşmiş şəhər xəstəxanasının psixiatriya kabinetində qeydiyyatda olmaqla stresə qarşı kəskin reaksiya F43.0 diaqnozu ilə müalicə almışdır. Onun digər nikahından bir övladı vardır. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.06.2014-cü il tarixli AZ-İİİ № 333559 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 06.09.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3559 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2014-cü il tarixli AZ-İ № 191777 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17.05.2014-cü il tarixində 171 nömrəsi ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra qadına Yusifova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı 18.02.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı 15.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 06.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehəli oğlundan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1361/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 30.12.2004-cü il tarixli AZ-İ № 554307 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 03.10.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2183 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.08.2015-ci il tarixli AZ-İİ № 042264 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X4 22.08.2015-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 341 nömrə ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Sosial arayışın surətindən müəyyən olunur ki, Cavabdeh X11 MMC-də ixtisassız fəhlə kimi işləməklə əmək haqqı 83 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli birləşmiş şəhər xəstəxanasının 07.09.2020-ci il tarixli 523 saylı arayışından müəyyən olunur ki, Cavabdeh xəstəxananın psixiatriya kabinetində qeydiyyatdadır və ona stresə qarşı kəskin reaksiya F43.0 diaqnozu qoyulmuş, 23.05.2015-17.06.2015-ci il tarixlərdə İRPX-də stasionar müalicə almışdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanın saxlanması üçün təyin olunan alimentin artırılmasını xahiş etsə də, təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi təyin olunan alimentin miqdarının artırılması üçün əsas yaşayış minimumu həddinin artması deyil, aliment ödəyən şəxsin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin artmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğundan, yaşayış minimumu həddinin artması təyin olunan alimentin miqdarının artırılması üçün əsas olmadığından iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı 06.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən 170 manat məbləğində alimentin 175 manat həcmində artırılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2232/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2232/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver