Məhkəmə qərarları › İş №2(001)-2244/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2244/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2244/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Elxan Şərbət oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 41,91 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının, ümumilikdə 112,91 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC (SNTV) iddia ərizəsini onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının "Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq, xx.xx.2005-ci il tarixdə və xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxxxxxx” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. 12 saylı MKİS-in arayışına əsasən cavabdeh ünvan 1-in sahibidir. xx.xx.2015-ci il tarixdə “xxxxxxxx” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bu barədə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 0743 S saylı, xx.xx.2015-ci il tarixli AKT-ın surətinə əsasən ünvan 1 ünvanda “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur; 12 saylı MKİS-nin 225 saylı, xx.xx.2019-cu il tarixli arayışına əsasən Kərimov X1 şəhəri, 4-cü mkr., ev 15/23, mənzil 5 ünvanındakı mənzilin sahibidir; xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh işi ilə bağlı göstərilən hüquqi xidmətə görə xxxxxxxx MMC-yə 50 manat məbləğində pul ödənilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən qaldırılmış iddia üçün 20 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Telekommunikasiya haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh ünvan 1-in sahibidir. xx.xx.2015-ci il tarixdə “xxxxxxxx” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bu barədə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Bu barədə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı ona göstərilən xidmətə görə “xxxxxxxx” MMC-yə 150 manat məbləğində pul vəsaiti və məhkəmədə hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 1 manat bank xidməti haqqı ödəmişdir, həmin məbləğlərin də cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi, şəbəkədən ayrıldıqdan sonra SNTV Kabel Televiziyasının şəbəkəsinə qoşulması və kabel televiziyasının yayımlanması üçün iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı qanuni əsas olmadan iddiaçının Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və nəticədə iddiaçıya zərər vurmuşdur. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd olan və mülki qanunvericiliyin normalarını pozan əməl kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh bu hərəkətlərinə görə mülki hüquq məsuliyyəti daşımalı, iddiaçıya vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 41,91 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin zərər məbləğini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, cavabdeh təqsirli olaraq törətdiyi hüquqa zidd əməl (kabel televiziyasına qanunsuz qoşulma) nəticəsində iddiaçıya zərər vurulması faktı mötəbər sübutlarla təsdiq edildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 41,91 manat zərər məbləği tutulmalıdır. Məhkəmə iddia tələbinin göstərilən xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 50 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, məhkəmə iclaslarının sayı, iddianın mahiyyəti, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi nəzərə alındıqda tələb olunan məbləğ ağlabatan deyildir. Odur ki, iddia tələbi bu hissədə qismən əsaslı hesab edilməklə cavabdehdən iddiaçının xeyrinə 25 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat və 1 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh SNTV əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 41,91 manat, göstərilmiş xidmətlərə görə çəkilən xərclərin əvəzi olaraq 25 manat, habelə 20 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində bank xidmət haqqı İddiaçı MMC-nin (SNTV) xeyinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh SNTV əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 41,91 manat, göstərilmiş hüquqi xidmətlərə görə çəkilən xərclərin əvəzi olaraq 25 manat məbləğində, cəmi 66.91 (altmış altı manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat və 1 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar