Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-225/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 21 iyun 2013-cü il tarixli, 01048 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 24 577 ABŞ dolları məbləğində kredit verilmişdir. 21.06.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SA-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ AZERA” minik” markalı (buraxılış ili 2011, ban-KMHFH41B1CA059482, rəngi - ağ) avtomobil ipoteka ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 21.06.2013-cü il tarixli, AA seriyalı, 090188 -№-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqmda» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 24577 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 19 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka borcu hazırda əsas borc üzrə 21711 ABŞ dolları, faiz üzrə 12857.45 ABŞ dolları olmaqla, cəmi 34568.45 ABŞ dolları təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.06.2013-cü il tarixli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, borc verən borc alana 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 24577 ABŞ dolları kredit vermişdir. İş materiallarında olan 21.06.2013-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə görə, ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 21.06.2013-cü il tarixli, 1048 nömrəli kredit müqaviləsinə əsasən 24577 ABŞ dolları məbləğində 36 ay müddətinə verilən kreditinin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər “Hyundai Azera” minik markalı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka 01.01.2017-ci il tarixə 21711 ABŞ dolları əsas borcu və 12857,45 ABŞ dolları faiz borcu mövcuddur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh borcun mövcud olması və borc ödənilmədiyi təqdirdə kreditor tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan 16.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 21.06.2016-cı il tarixə Cavabdeh "xxxx" ASC-yə olan borcu 32.391,96 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu – 21711 ABŞ dolları, faiz borcu – 10.680,96 ABŞ doları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdаоlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “ ... kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. ... Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir”. İş materiallarından göründüyü kimi, ipoteka müqaviləsi 21.06.2013-cü il tarixdə bağlanarkən ipoteka predmeti olan avtomobil ümumiyyətlə dəyərləndirilməmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(001)-225/2021 saylı qərardadı ilə avtomobilin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert tədqiqat obyektinin təqdim edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vəsatətlə müraciət etmiş, məhkəmə tərəfindən tərəflərə müvafiq bildirişlər göndərilmiş, lakin nə avtomobil, nə də ki, avtomobilin texniki vəziyyəti barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisinin arayış ekspertə təqdim edilmədiyindən, mülki iş rəy verilmədən geri qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21711 ABŞ dolları əsas borc, 10.680,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.391,96 ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş “Hyundai Azera” minik markalı, buraxılış ili 2011 olan, **-SA-*** dövlət qeydiyyat nişanlı, KMHFH41B1CA059482 ban, ağ rəngli avtomobilə yönəlməli, avtomobil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalarsa həmin vəsait Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 93.70% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 23,91 manat hissəsi Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21711 ABŞ dolları əsas borc, 10.680,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.391,96 (otuz iki min üç yüz doxsan bir dollar doxsan altı sent) ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 23,91 manat hissəsi tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş “Hyundai Azera” minik markalı, buraxılış ili 2011 olan, **-SA-*** dövlət qeydiyyat nişanlı, KMHFH41B1CA059482 ban, ağ rəngli avtomobilə yönəldilsin və avtomobil açıq hərracdan satılsın. Satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləq Cavabdeh ümumi qaydada tutulsun. Satışdan əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsindən sonra artıq qalarsa, artıq qalmış pul Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6,09 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 150 (yüz əlli) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-225/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-225/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver