Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2279/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Energy sistem qulaqlıq, Vinil şəffaf, İmei kodu **********64111 olan Oppo A18 markalı telefon, Bosch markalı tozsoran və DEFUNC TRUE qulaqlıq almış və nəticədə 1106.59 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 565.02 manat (yəni 18 ay x 31.39 manat + 0 manat ilkin ödəniş) olan Energy sistem qulaqlıq, Vinil şəffaf, İmei kodu **********64111 olan Oppo A18 markalı telefon üçün ümumilikdə 537.84 manat olmaqla, ondan 395.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, müştəriyə güzəşt olunaraq 118.67 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 364.86 manat (yəni 18 ay x 20.27 manat + 0 manat ilkin ödəniş) olan Bosch markalı tozsoran üçün ümumilikdə 408.59 manat olmaqla, ondan 314.30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94.29 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 160.02 manat (yəni 18 ay x 8.89 manat + 0 manat ilkin ödəniş) olan DEFUNC TRUE qulaqlıq üçün ümumilikdə 160.16 manat olmaqla, ondan 123.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36.96 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 256.83 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Energy sistem qulaqlıq, Vinil şəffaf, İmei kodu **********64111 olan Oppo A18 markalı telefon üçün 395.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 118.67 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Bosch markalı tozsoran üçün 314.30 manat ödənilməmiş hissə, 94.29 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən DEFUNC TRUE qulaqlıq üçün 123.20 manat ödənilməmiş hissə, 36.96 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1106.59 manat məbləğində borcun və 31.07 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə Energy sistem qulaqlıq, Vinil şəffaf, İmei kodu **********64111 olan Oppo A18 markalı telefon, Bosch markalı tozsoran və DEFUNC TRUE qulaqlıq satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Energy sistem qulaqlıq, Vinil şəffaf, İmei kodu **********64111 olan Oppo A18 markalı telefon üçün 395.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 118.67 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsasən Bosch markalı tozsoran üçün 314.30 manat ödənilməmiş hissə, 94.29 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən DEFUNC TRUE qulaqlıq üçün 123.20 manat ödənilməmiş hissə, 36.96 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1106.59 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 395.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 314.30 manat ödənilməmiş hissə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 123.20 manat ödənilməmiş hissə tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə hesablanmış dəbbə borcunun məbləğinin 10%-dək azaldılaraq, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 11.80 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 9.40 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3.70 manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 395.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 11.80 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 314.30 manat ödənilməmiş hissə, 9.40 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 123.20 manat ödənilməmiş hissə, 3.70 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 881.57 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 395.57 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 11.80 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 314.30 manat ödənilməmiş hissə, 9.40 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 123.20 manat ödənilməmiş hissə, 3.70 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 881.57 (səkkiz yüz səksən bir manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 31.07 manat dövlət rüsumunun 80%-i, yəni 24.85 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 20%-i, yəni 6.22 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2279/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2279/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver