Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2284/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Mı̇ kro Kredı̇ t Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin Cavabdeh Şamı̇ l oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Mı̇ kro Kredı̇ t Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC Cavabdeh Şamı̇ l oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Mı̇ kro Kredı̇ t Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Mikro-Kredit BOKT MMC ilə Cavabdeh arasında H00000086-2021 saylı 19.04.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə, Cavabdeh şəxsi məqsədləri üçün 12 ay müddətinə, illik 38 % olmaqla 2108 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən H00000086-2021 saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. 03.03.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Azərbaycan Mikro Kredit BOKT MMC-yə əsas borca görə 665,71 manat kredit borcu mövcuddur. Ona görə də Cavabdeh əsas borc üzrə 665,71 manatın, dövlət rüsumuna görə 38 manatın Azərbaycan Mikro Kredit BOKT MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Şamı̇ l oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh Şamı̇ l oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh Şamı̇ l oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Mı̇ kro Kredı̇ t Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC ilə Cavabdeh Şamı̇ l oğlu arasında bağlanmış 19.04.2021-ci il tarixli HO0000086-2021 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 12 ay müddətinə, illik 38% ödəmək şərti ilə 2108 manat məbləğində kredit verməyi borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Mı̇ kro Kredı̇ t Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin 03.03.2022-ci il tarixli 726 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh Şamı̇ l oğlunun 19.04.2021-ci il tarixli HO0000086-2021 saylı kredit müqaviləsi üzrə 03.03.2022ci il tarixə əsas borca görə 665,71 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Şamı̇ l oğlunun iddiaçı Azərbaycan Mı̇ kro Kredı̇ t Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC ilə bağladığı 19.04.2021-ci il tarixli HO0000086-2021 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 665,71 manat borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Şamı̇ l oğlundan 19.04.2021-ci il tarixli HO0000086-2021 saylı kredit müqaviləsi üzrə əsas borca görə 665,71 manat, ödənilmiş dövlət rüsmuna görə 38 manat olmaqla cəmi 703,71 manat Azərbaycan Mı̇ kro Kredı̇ t Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2284/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2284/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver