Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2300/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə verilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə verilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə, saat 09:45-ə təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə teleqram ünvanlamış və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyinə görə işin başqa tarixə təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, hazırkı iş xx.xx.2020-ci il tarixdən məhkəmənin icraatında olmasına baxmayaraq, İddiaçı özü məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməmiş, məhkəmə iclaslarında oğlu və etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən təmsil edilmişdir. Eyni zamanda iddiaçının səhhətində məhkəmə iclasında iştirak etməsinə maneə yarada biləcək problemlərin olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi X1 dəfə xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş və həmin iclasda qarşı tərəflə razılığa gəlmək üçün və məsələnin həlli yollarını müəyyən etmək üçün məhkəmədən vaxt istəmilmiş və məhkəmə iclası xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakını təmin etmək üçün məhkəmə iclasını xx.xx.2020-ci il tarixə təxirə salmışdır. xx.xx.2020-ci il tarixdə tərəflər yenidən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakını təmin etmək üçün məhkəmə iclasını xx.xx.2020-ci il tarixə təxirə salmışdır. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, məhkəmə iclasları tərəflərin iştirakının təmin edilməsi üçün dəfələrlə təxirə salınmış, lakin tərəflər məhkəmə iclaslarına gəlməmələrinin səbəblərinin üzrlü olmasını təsdiq edə biləcək hər hansı sənədi məhkəməyə təqdim etməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə mülki işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə verilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2300/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2300/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver