Məhkəmə qərarları › İş №2(001)-2323/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2323/2023

25.04.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2323/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3182/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.1993-cü İİ təvəllüdlü Maraqlı şəxs1 ilə olan nikahlarına xitam verilmiş, həmin nikahdan dünyaya gəlmiş övladları - xx.xx.2017-ci il təvəllüdlü X9 anası Maraqlı şəxs1 himayəsinə verilmiş və uşağın saxlanılmasına görə aliment təyin olunmuşdur. Bundan sonra uşaqla ünsiyyətin müəyyən edilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu İl tarixli qətnaməsi elan edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrası Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Lakin qətnamə borclunun və uşağın tapılmamasına görə 2 il 6 aydan çox müddətdir icra olunmur. Dövlət Sərhəd Xidməti X4 Rayon İcra Şöbəsinə verdiyi xx.xx.2021-ri il tarixli məktubunda Günay X2 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarını tərk etdiyi bildirilmişdir. Ərizəçinin 2 il 2 aydan artıq müddətdir ki, övladı X9 barəsində heç bir məlumatı yoxdur və onun axtarılması üzrə fəaliyyəti heç bir müsbət nəticə verməmişdir. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, Sənan Səfərovun anası Maraqlı şəxs1 barəsində xx.xx.2021-ci il tarixli 91356 nömrəli axtarış və dövlətlərarası axtarış elan edilmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq xx.xx.2017-ci il təvəllüdü X1 görə Maraqlı şəxs1 istifadə olunmayan bank hesablarına aliment ödənilməsi müvafiq icra şöbəsi tərəfindən tələb olunmaqla ərizəçinin hüquqları pozulur. Bundan başqa X6 itkin düşdüyü halda ərizəçinin ailə tərkibində görünməsi çox sayda hüquqlarının icrasına maneə yaradır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, Maraqlı şəxs1 ilə 2018-ci ilin yay aylarında boşanıblar, boşandıqdan sonra uşaq anasının himayəsinə verilib. Ərizəçi uşağı illərdir görmür. xx.xx.2020-ci il tarixdə uşaq ölkədən çıxarılıb və həmin vaxtdan ondan xəbər yoxdur. Artıq iki ildən çox müddət keçib, bu da uşağın itkin düşməsinə dəlalət edir. Ərizəçiyə nə uşaq, nə onun anası lazım deyil. Uşağı anaya o verməyib, məhkəmə verib. Ana özü də axtarışdadır. Ərizənin verilməsinin məqsədi uşağın yerinin müəyyən edilməsidir ki, sabah ona münasibətdə sual yaranmasın ki, uşağını niyə axtarmamısan. Uşağını görsə də, tanımayacaq. Tələb edir ki, uşağın anası ona rəsmi sənəd versin ki, uşaq yaşayır və harda yaşayır. Belə ki, hal-hazırda uşağın yaşaması ilə bağlı fakt yoxdur. Ona görə də, uşaq itkin düşmüş hesab edilməlidir. Sabah uşağın yeri müəyyən edilərsə - itkin düşmüş hesab edilməsi barədə qərar ləğv də oluna bilər. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs1 məhkəməyə e-mail vasitəsilə müraciət edərək göstərmişdir ki, Türkiyə Respublikasında “asistan doktor” olaraq uzmanlıq təhsili alır və övladı da onunla birlikdə yaşayır. Ərizəçi də bunu bilir. Uşağın şəkillərini sosial şəbəkələrdə də görür. Hazırkı ərizənin məqsədi isə onu rahatsız etməkdir. Maraqlı şəxs1 eyni zamanda ərizəsində qeyd etmişdir ki, ***-***-**-** mobil nömrə ilə məhkəmədən onunla əlaqə saxlanılarsa, məhkəmə iclasına video zəng vasitəsilə qoşula bilər. Məhkəmə iclasında Maraqlı şəxs1 ilə qeyd olunan nömrə ilə Whatsapp tətbiqi vasitəsilə əlaqə saxlanıldı və o, məhkəməyə bildirdi ki, ərizəçi uşağının harada olmasını bilir, hazırkı ərizə alimentdən azad olunmaq məqsədi ilə verilib. O, Türkiyədə oxuyur, ora uşağı ilə birlikdə məhkəmə qərarına əsasən gəlib. Ərizəçi bunları bilir və digər məhkəmələrə də bildirib. Ərizəçi onun elektron poçt ünvanının şifrəsini “qırıb” və bütün ona lazım olan məlumatları ordan götürüb. Eyni zamanda onun məlumatları Türkiyədə həkimlərə aid internet səhifəsində (“doktor bankası”) də var. Uşağın şəkillərini instaqramda paylaşanda ərizəçi görür. Uşaq Türkiyədə “ana okuluna” gedir, amma nə dəqiq ünvanını, nə uşağın harada oxuduğu demək istəmir. Ona görə ki, ərizəçinin gələcəkdə nə edə biləcəyini bilmir. Uşağın nəzarətsiz və onun xəbəri olmadan atası ilə görüşməsindən narahatdır. Özünün axtarışda olmasının səbəbi ərizəçinin icra məmurundan qətnamənin icrasını tələb etməsi, onun isə ölkə ərazisində olmaması səbəbindən bunun mümkün olmamasıdır. Səfərova X7 tətbiqi vasitəsilə eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü Sanan Safarovun “X5 izni belgesi”ni və özünün “X8 X3”ndə xx.xx.2021-ci il tarixdən oxumasına dair sənədi məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 3182/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh Ərizəçi arasında Sumqayıt ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış 232 saylı nikah qeydi ləğv edilmiş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X9 anası Maraqlı şəxs1 himayəsində saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-877/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər ayın 1 və 3-cü həftəsinin şənbə günü saat 11:00-dan saat 13:00-dək iki saat ünsiyyətdə olmaq hüququ verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə anası Maraqlı şəxs1 ilə birgə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarına əsasən dövlət sərhədindən buraxılmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixdə ölkə ərazisini tərk etmiş və həmin tarixdən sonra Azərbaycan Respublikasına qayıtmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə müvafiq olaraq, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 313-cü maddəsinə görə, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Mülki Prosessual Məcəllənin 314.1-ci maddəsinə əsasən, hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarında qeyd edilmişdir ki, ... uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasındakı nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 3182/2018 saylı qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə xx.xx.2017-ci il təvəllüdlü X9 anası Maraqlı şəxs1 himayəsində saxlanılmışdır. Sonradan ana uşağın atanın razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında xx.xx.2020-ci il tarixdə ölkə ərazisini uşağı ilə birlikdə tərk edərək, həmin vaxtdan Azərbaycan Respublikasının ərazisində yaşamır. Özünün sözlərinə görə Maraqlı şəxs1 hal-hazırda xx.xx.2017-ci il təvəllüdlü X9 ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Bunun əksi olaraq ərizəçi tərəfindən nə ərizəsində, nə də ki, məhkəmə iclasında verdiyi izahatda şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən halların mövcudluğu əsaslandırılmamışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə xx.xx.2017-ci il təvəllüdlü X6 xəbərsiz itkin düşmüş hesab edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil və ərizə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-314, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar