Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-358/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı “xəbərsiz itkin düşmüş hesab edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı “xəbərsiz itkin düşmüş hesab edilməsi” haqqında ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Məhkəmə qeyd edir ki, hazırda ərizəçi ərizəni maraqlı şəxs olaraq göstərdiyi ünvan 1 ünvanına uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizəçiyə dair məlumatların yoxlanılması zamanı ərizəçinin qeydiyyat ünvanının ünvan 3ən edilmişdir. Bundan əlavə məhkəmə bildirir ki, ərizəçi tərəfindən ərizə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işlərinə ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Beləliklə, bu cür işlər üzrə aidiyyəti orqan olaraq müvafiq qeydiyyat şöbəsi göstərilməlidir. Göründüyü kimi, ərizəçi tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və iddia ərizəsinə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı “xəbərsiz itkin düşmüş hesab edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. X1 tərəfindən ödənilmiş 100 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbz nömrəsi: 1-**********, HÖP qəbzin nömrəsi: **********, tarix: xx.xx.2026-cı il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(5-99)-358/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(5-99)-358/2026
11.02.2026 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver