Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6082/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Polis İdarəsinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Polis İdarəsinə qarş “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək qardaşı xx.xx.1958-ci ildə anadan olmuş X8 1980-ci ilin sentyabr ayından xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırdı ki, ərizəçinin böyük qardaşı X20 xx.xx.1958-ci ildə anadan olmuşdur, o, əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Tramvaynı küçəsi 32 saylı evdə yaşamış və həmin evdən əsgərlik xidmətinə yollanmış və 1980-ci ilin ortalarında əsgərlik xidmətini başa vurub evə gələndən sonra sentyabr ayında ona demişdir ki, o, Ukrayna Respublikasının Odessa şəhərinə işləməyə gedir. Lakin həmin vaxtdan qardaşından heç bir xəbər yoxdur. Bilmir o Ukrayna Respublikasına getmiş və ya getməmişdir. Həmin vaxtdan qardaşından heç bir xəbər yoxdur. Onun sağ qalıb qalmaması, itkin düşməsi barədə onda heç bir məlumat yoxdur. Ərizəçi qardaşını tapa bilmədiyindən Sabunçu RPİnin 13-cü Polis Bölməsinə ərizə ilə şikayət etmişəm. Lakin heç bir nəticəsi olmamışdır. Onun qardaşından heç bir məlumat yoxdur, o tapılmamışdır, o itkin düşmüşdür. Qardaşının doğum haqqında şəhadətnaməsi onda yoxdur, doğum haqqında şəhadətnamənin alınması üçün o, Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, Lakin ona imtina etmişlər və həmin şəhadətnaməni ona verməmişlər, ona demişlər ki yalnız məhkəmənin sorğusu əsasında qardaşının doğum haqqında şəhadətnaməsi verilə bilər. Bu səbəbdən o, qardaşının doğum hanqqında şəhadətnaməsini Sizə təqdim edə bilmir. Ona görə də o, qardaşının itkin düşməsi ilə bağlı məhkəməyə müraciət etməyi qərara almışdır. xx.xx.2026-ci l tarixdə Ərizəçi nümayəndəsi və vəkili Vəkil oğlu tələbinə əlavə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərizəçi və qardaşı Neymət əvvəllər anası X9 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvaynı) küçəsi 32 saylı evdə yaşamışlar, orada qeydiyyatda olmuşlar və orada böyüyüb başa çatmışlar. Onun atası və anası 1966-cı ildə boşanmışlar, boşanmadan sonra uşaqlar ananın himayəsində qalıb yaşamışlar. X3 ayrıca ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi vardır. Atası anası ilə boşandıqdan sonra atası köçüb öz evində yaşamağa başlamışdır. Onun böyük qardaşı X20 xx.xx.1958-ci ildə anadan olmuşdur, o, 1976-cı ildə anası məxsus Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə (keçmiş Tramvaynı) küçəsi 32 saylı evdən əsgərlik xidmətinə yollanmış və 1978-ci ildə əsgərlik xidmətini başa vurub evə qayıtmışdır. Qardaşı evə gələndən sonra 1978-ci ildə anasının yanından çıxıb atasının evinə yaşamağa getmişdir. O, da tez-tez atasının evinə gedib gəlirdi, orada qalırdı. Qardaşı atsının yanında iki il yaşadıqdan sonra 1980-cı ilin sentyabr ayında ona demişdir ki, o, Ukrayna Respublikasının Odessa şəhərinə işləməyə gedir və sonra çıxıb getmişdir. Lakin həmin vaxtdan qardaşından heç bir xəbər yoxdur. Bilmir o Ukrayna Respublikasına getmiş və ya getməmişdir. Həmin vaxtdan qardaşından heç bir xəbər yoxdur. Onun sağ qalıb qalmaması, itkin düşməsi barədə onda heç bir məlumat yoxdur. Qardaşı nə şəxsiyyət vəsiqəsi, nə də ki ümumvətəndaş pasportu almamışdır. Qardaşının sağ olsaydı gəlib şəxsiyyət vəsiqəsini alardı, evinə qayıdardı, atasından qalmış mirası qəbul edərdi, bütün bunların olmaması qardaşının həqiqətən də itkin düşməsini subut edir. Ona görə də ərizəçi məhkəməyə ərizə ilə müraciət etmişəm dir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil oğlu ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: АЗ seriyalı 497546 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. X5, anası X11r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən 27 nömrəli ümumi sahəsi 82.10 kv.m olan fərdi yaşaış evinin və ümumi sahəsi 0.0754 ha olan torpaq sahəsinin paylı mülkiyyətçiləri X23, Hüseynova Mətanət, Hüseynova Yeganə və Hüseynov Neymətdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-4413/25 nöməli məktubundan görünür ki, X18 barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması mümkün olmamışdır. Bakı şəhəri Baş Polis İdarəsini xx.xx.2026-cı il tarixli 3-13-44-2/2-445 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində X8 barəsində hər hansı təqsirləndirici material və ya cinayət işi araşdırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2026-cı il tarixli 5-101/2-82/2026 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda X15 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/7-10- 2900/2025nömrəli məktubundan görünür ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X18 barəsində Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən nikahı, övladları, ölümü barəsində akt qeydi aşkar olunmamışdır. X4 doğum haqqında akt qeydinin surəti aidiyyatı üzrə Sizə göndərilir. 144 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, X18 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, X5, anası X11r. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin 5-20-1/2-86/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1929-cu il təvəllüdlü mərhumə X14 xx.xx.1966- cı ildən vəfat edən günə xx.xx.2009-cu ilə ,xx.xx.1958-ci il təvəllüdlü X18 xx.xx.1975-ci ildən xx.xx.1980-cı ilə ,xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi xx.xx.1980-cı ildən xx.xx.1984-cü ilə qədər ünvan 3 ünvanda qeydiyyatda olublar. xx.xx.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1996-cı ildə vəfat etmiş X10 vərəsələri ünvan 4 ünvanında yaşayan ğlu Ərizəçi miras əmlakdan tam irs almalıdır. Miras əmlaka verilən şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri DK DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 11/12515 saylıarayış forma 1 və 27 .03.1973-cü il tarixli 5 reyestr kitab, 601 səh. olan çıxarışa əsasən Bakı şəhəri Bakıxanov qəsəbəsi, Bakıxanov küçəsində yerləşən istifadədə olan 0,0754 ha torpaq sahəsində yerləşən 3 otaqlı 82,1 kv.m ümumi sahəsi 54,4 kv.m yaşayış sahəsi, 27.7+9,5 a/ey kv.m köməkçi sahə ibarət 27 nömrəli fərdi yaşayış evindən X13 məxsus olan otaq 1-13,2 kv m ibarətdir. Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsinin İV-ЖГ seriyalı 492589 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1996-cı ildə kəskin ürək damar çatışmamazlığından vəfat etmişdir. İ-ЖГ seriyalı 251293 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X24 arasında olan nikah xx.xx.1974-cü ildı pozulmuş və nikahın pozulması 04 nömrə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin 23 iyul 2025-ci il tarixli 49-2/2-H-24127 nömrəli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Sizin xx.xx.2025-ci il tarixdə yazmış olduğunuz ərizə əsasında müraciətinizə baxılmışdır. X1 qohumluq əlaqənizin itməsi ilə bağlı yazmış olduğu ərizəniz tərəfimizdən araşdırılmış, bütün RPİ-nə PB-nə, P^-nə səmtləşdirici məktublar göndərilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu barədə müsbət nəticə əldə olunarsa Sizə əlavə olaraq məlumat veriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, o ərizəçi ilə qonşudur. Ərizəçinin atası Həsən ilə anası arasında bağlanmış nikahları pozulmuşdur. Uşağlardan olan Neymət atası ilə, Turab isə anası ilə qalmışdır, sonra 1992ci ildən Turabda atasının yanında yaşmağa başlanmışdır. Sonra Neyməti görməmişdir. Turabla Neymətin atası 1996-cı idlə vəfat edib. Turab 1992-ci ildən atasının yanında yaşayıb. Turab və Neymətin bacısı Yeganə və Mətanət olub. 1980-cı ildən sonra Neyməti görməyib. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X2 ifadə verərək bildirmişdir ki, ərizəçi Turab ilə o qonşusudur. Turabın anası və atası boşanmış, Turab əvvəlcə anasının yanında qalmış, daha sonra təxminən 1990-cı ildən sonra isə atası ilə yaşamışdır. Turabın böyük qardaşı Neymət olmuşdur. O, Neymət 1977-ci ildən sonra tanımışdır. Amma təxminən 1980-ci ildən sonra Neyməti görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək göstərmişdir ki, ərizəçi onun qonşusudur. O heç vaxt Neyməti tanımamışdır. Turabdan eşitmişdir ki, Neymət adlı qardaşı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmə araşdırılmasından həmçinin məhkəmə iclasına dəvət edilmiş şahidlərin ifadələrindən məlum olurb ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 1980-cı ildən sonra heç bir əlaqə olmamış, məhkəmənin vermiş olduğu sorğulara cavab məktubundan isə X8 hal-hazırda harada olması barədə məlumat əldə edilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5, anası X14 olan xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X18 1980-ci ildən xəbərsiz itkin düşmüş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40,MPMnin 315-316-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5, anası X14 olan xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X18 1980-cu il tarixindən xəbərsiz itkin düşmüş hesab olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6082/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6082/2025
29.01.2026 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver