Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1303/2025 05.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsi olmaqla “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, 14 iyul 1980-cı il təvəllüdlü X3nun xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X3 14 iyul 1980-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X3 20 sentyabr 2012-ci ildə Türkiyə Respublikasında işləmək adı ilə evdən getmişdir. Daha sonra qardaşı evlə əlaqə saxlayaraq bildirmişdir ki, Suriya Respublikasındadır və orada dini radikal qruplaşmaya qoşulmuşdur. Oğlu evlə 2013-cü ilin sentyabr ayına kimi əlaqə saxlamışdır. Lakin həmin vaxtdan sonra oğlu barədə heç bir məlumatı yoxdur. 2013-cü ilin dekabr ayından sonra oğlu Ehtiram nə onlara zəng etmiş, nə də onunla və yaxud ailə üzvləri ilə digər hər hansı bir şəkildə əlaqə saxlamamış və Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. Bir sözlə 2013-cü ilin dekabr ayından sonra oğlu Ehtiramdan heç bir məlumat olmamışdır. Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etdiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(001)-10825/2018-ci il tarixli qətnaməsi ilə X3nun Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(001)-10825/2018 saylı qətnaməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirakları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin nəticələrinə dair xx.xx.2018-ci il tarixli, 5/2/17253 nömrəli arayışdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən X4 xx.xx.2012-ci il tarixdə ölkə ərazisini tərk edərək, naməlum yollarla Suriya Ərəbistan Respublikasının ərazisinə gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” (hazırkı adı “İD”) adlı cinayət birliyin (terror təşkilatının) tərkibinə daxil olub həmin dövlətin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətində iştirak etməsi müəyyən edilmişdir. Lakin oğlunun ölüm haqqında şəhadətnaməsinin olmaması müxtəlif sənədləşmə işlərində onlara çətinliklər yaradır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10825/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs X4 (doğulduğu tarix xx.xx.1980-cı il, doğulduğu yer Şəki şəhəri) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 20 iyun 2025-ci il tarixli, 5/3/2898 saylı məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Şəki rayon sakini X1 dəfə xx.xx.2012-ci il tarixdə “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən ölkəni Gürcüstan istiqamətində tərk etmişdir. - "xxxx" ASC-nin 08 sentyabr 2025-ci il tarixli, 86 nömrəli məktubundan görünür ki, Şəki şəhər sakini xx.xx.1980-cı il təvəllüdlü X6 Bazar ərazisində işləmiş, lakin 2012-ci ildən sonra onu bazarda görən olmamışdır. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin maraqlı şəxs X5 qarşı “vətəndaşlığın itirilməsi” tələbinə dair ərizəsi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10825/2018 saylı 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və qətnamədən Apellyasiya şikayəti verilməmişdir. Qətnamə 22 yanvar 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və icra göndərilmişdir. - Şəki Şəhər-Rayon Polis Şöbəsinin 20 yanvar 2026-cı il tarixli, 3-13-109/2- 1481/2026 saylı məktubundan görünür ki, vətəndaş Ərizəçi övladı X4 xx.xx.2012-ci il tarixdə Türkiyə Respublikasında işləmək adı ilə evdən getməsi, daha sonra Suriya Respublikasında dini radikal qruplaşmaya qoşulması ilə bağlı Ərizəçi tərəfindən Şəki ŞRPŞ-ya müraciət daxil olmamışdır. X4 barəsində Şəki ŞRPŞ-na xəbərsiz itkin düşmüş şəxs kimi hal-hazırda araşdırma aparılmır və barəsində axtarış işi yoxdur. -“Yuxarı baş” məhəllə nümayəndəliyinin 10 mart 2025-ci il tarixli, 21 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi X3 2012-ci il tarixdən həmin ərazidə görünməmişdir. - Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 2009-2015-ci illər üzrə yoxlanılmışdır. - Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-450/25 saylı məktubdan görünür ki, X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. - Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-451/25 saylı məktubdan görünür ki, X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməyi məsləhət bilinmiş, ölüm qeydi alındıqdan sonra doğum haqqında arayış verilməsi barədə müraciət edə biləcəyi bildirimişdir. - Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, o, Ehtiramın həyat yoldaşı olmuşdur. X6 17 sentyabr 2012-ci il tarixdə getmişdir. Ehtiram 09 sentyabr 2013-cü il tarixdə sonuncu dəfə qaynı Etibarla telefon danışığı olmuşdur. Suriyada olduğunu bilirdilər. Suriyaya getməsi səbəbindən o, Ehtiramla danışmırmış. X15ması ilə bağlı onlara heç nə deməmişdir. - Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, Ehtiramın qaynatası olmuşdur. Ehtiram 10 ildən çoxdur ki, Suriyaya gedib. Sonra xəbər gəlmişdi ki, o, Suriyada həlak olub. Ehtiramın televiziyada vəfat etməsi xəbərini görmüşdür. - Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Ehtiram getdikdən sonra 1 il onlarla danışmışdır. Sonra Ehtiramın telefiziyada vəfat etməsi xəbərini eşitmişdir. Ehtiramla özü danışmamışdır. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Ehtiram onun qardaşıdır. Qardaşı Suriyaya getdikdən sonra onunla danışmışdır. Sonuncu dəfə 2013-cü ilin sonlarında onunla telefonda danışmış, hal-əhval tutmuşdur. Ondan sonra heç bir xəbər almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.5-ci madəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Mülki Prosessual Məcəllənin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 316-cı maddəsinə əsasən xXəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından və şahid ifadələrindən müəyyən edilir ki, ərizəçinin oğlu X2 şəhərində yaşamış, daha sonra 20 sentyabr 2012-ci il tarixdə Türkiyə Respublikasında işləmək adı ilə evdən çıxmışdır. Yaxınları bir müddət oun əlaqə saxlasalar da 2013-cü ilin dekabr ayından X4 harada olması bəlli olmamışdır. Məhkəmə iclasında ərizəçinin və şahidlərin ifadələri, habelə işdə olan sənədlərdən aydın olur ki, X6 2012-ci il tarixdə Suriyaya getmiş və Ehtiram İbrahimovun harada olması barədə hər hansı məlumat əldə edilməmişdir. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, X6 itkin düşmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 14 iyul 1980-cı il təvəllüdlü X6 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 14 iyul 1980-cı il təvəllüdlü X6 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1303/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1303/2025
05.02.2026 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver