Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2366/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı ilə cavabdeh X5 arasında bağlanmış 11.05.2016-cı il tarixli 659- 11.05.2016-SM68 nömrəli kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə qaytarmaq 22 % dərəcəsi ilə hesablanmaqla 1350 manat məbləğində kredit verilmişdir. X5 22.03.2018-ci il tarixdə vəfat etmiş və ölüm faktı Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 11.05.2016-cı il tarixli 659-11.05.2016-SM68 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 126,98 manat, faiz borcu üzrə 0,46 manat olmaqla cəmi 127,44 manat kredit borcu mövcuddur. Ona görə də Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə əsas borca görə 126,98 manat, faiz borcu üzrə 0,46 manat olmaqla cəmi 127,44 manat borcun və 20,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə X5 arasında bağlanmış 11.05.2016-cı il tarixli 659-11.05.2016-SM68 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 24 ay müddətinə, yəni 11.05.2018-ci il tarixinədək qaytarmaq, illik 22 % ödəmək şərti ilə 1350 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. 11.05.2016-cı il tarixli 659-11.05.2016-SM68 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan 11.06.2016-cı il tarixdən 11.05.2018-ci il tarixədək əsas borca görə 1350 manat, faiz borcuna görə 330,49 manat olmaqla cəmi 1680,49 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 29.01.2021-ci il tarixli 028 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 11.05.2016-cı il tarixli 659-11.05.2016-SM68 saylı kredit müqaviləsi üzrə 29.01.2021-ci il tarixə əsas borca görə 126,98 manat, faiz borcuna görə 0,46 manat olmaqla cəmi 127,44 manat borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA № ******* saylı 27.07.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,133 həyətyanı torpaq sahəsi X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.04.2018-ci il tarixli AZ-İ № 930505 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 22.03.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.04.2018-ci il tarixdə 25 saylı ölüm akt qeydi tərtib olunmuşdur. 20.02.1979-cu il tarixli İİ-ЖГ № 266538 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X5 20.02.1979-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. 21.10.2018-ci il tarixli 2V-1228 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ƏMDKnin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 27.07.2012-ci il tarixdə X4 verilmiş **********04 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Alaçadırlı kəndində yerləşən ümumi sahəsi 0,133 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakdan 22.03.2018-ci ildə ölmüş X2 vərəsəsi Cavabdeh tam pay almalıdır. 21.10.2018-ci il tarixli 2V-1227 saylı mülkiyyət hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 27.07.2012-ci il tarixdə X4 verilmiş **********04 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Alaçadırlı kəndində yerləşən ümumi sahəsi 0,133 ha olan torpaq sahəsindən ibarət ümumi birgə əmlakın ½ hissəsinə X1 qalmış əri Cavabdeh mülkiyyət hüququ vardır. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı 12.01.2021-ci il tarixli 22-321/2021 saylı bildirişdən müəyyən olunur ki, bank borcalan X2 qanun üzrə vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X2 11.05.2016-cı il tarixli 659-11.05.2016-SM68 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 126,98 manat, faiz borcuna görə 0,46 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsəsi Cavabdeh öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdeh bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 11.05.2016-cı il tarixli 659-11.05.2016-SM68 saylı kredit müqaviləsi üzrə əsas borca görə 126,98 manat, faiz borcuna görə 0,46 manat, məhkəmə xərclərinə görə 20,40 manat olmaqla cəmi 147,84 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2366/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2366/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver