Məhkəmə qərarları › İş №2(001)-2385/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2385/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2385/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 ştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.177,41 ABŞ dolları məbləğində əsas borc, 2.582,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.760,13 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan **-VR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı (buraxılış ili 2012, ban- Z94CT41DBCR183023, rəngi – ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin onun hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1877 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə cavabdeh arasında xx xxx 2013-cü il tarixdə, 0973 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 15.700 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxx 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan **-VR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı (buraxılış ili 2012, ban- Z94CT41DBCR183023, rəngi – ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx xxx 2013-cü il tarixli, AA seriyalı, 085333 nömrəli «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 15.700 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”nın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 % ödəyir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında imzalanmış xx xxx 2013-cü il tarixli, 0973 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən (1 saylı Əlavədən) görünür ki, bank nəqliyyat vasitəsinin alınması məqsədilə ilə Cavabdeh illik faiz dərəcəsi 18% olmaqla 60 ay müddətinə 15.700 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin ödəniş tarixinin əvvəli xx xxxx 2013-cü il tarixindən başlamaqla, xx xxx 2018-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur; xx xxx 2013-cü il tarixli, 973 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xx xxx 2013-cü il tarixli, 973 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan “Hyundai Accent” minik markalı (tip-sedan, buraxılış ili 2012, mühərrik - 162923, Ban Z94CT41DBCR183023, rəngi – ağ) avtomobilini “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir; xx xxx 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh bankdan 15.700 ABŞ Dollar məbləğində vəsait götürmüşdür; xx xxx 2013-cü il tarixli AA seriyalı 085333 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus **-VR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir, ipoteka saxlayan “xxxx” ASC-nin “Sənaye” Filialıdır; “X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 6419 saylı bildirişin surətindən görünür ki, cavabdehə borcu barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin QİŞ-nə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin qeydə alınması xahiş edilmişdir; “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür; “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASCdən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx xxxxxx 2018-ci il tarixli, S-AVK-1877 saylı akta əsasən borclu Cavabdeh əsas borcu 11.405,94 ABŞ dolları, faiz borcu 2.582,72 ABŞ dolları olmaqla, cəmi 13.988,66 ABŞ dolları məbləğində borcun tələb edilməsi hüququ İddiaçı QSC-yə təvil verilmişdir; İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 11.177,41 ABŞ dolları əsas və 2.582,72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 13.760,13 ABŞ dolları məbləğində borcu vardır; xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli, 0973 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə nəqliyyat vasitəsi almaq məqsədilə illik 18% hesablanmaqla 60 ay müddətinə 15.700 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin tərəflər arasında bağlanmış xx xxx 2013-cü tarixli, 973 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus **-VR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayan) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. Beləliklə, cavabdeh qeyd olunan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bank tərəfindən cavabdehə 11.177,41 ABŞ dolları əsas borc, 2.582,72 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13.760,13 ABŞ dolları borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borclarını iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, xx xxx 2013-cü il tarixli, 0973 nömrəli kredit müqaviləsi ipoteka ilə təmin edildiyindən, kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan “**-VR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti xx xxx 2013-cü il tarixli, 0973 nömrəli kredit müqaviləsi üzrə hesablanmış pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, xx xxx 2013-cü il tarixli, 0973 nömrəli kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyan Cavabdeh qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxx 2013-cü il tarixli, 0973 nömrəli kredit müqaviləsi üzrə 11.177,41 ABŞ dolları məbləğində əsas borc, 2.582,72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 13.760,13 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 13.760,13ABŞ dolları məbləğində vəsait İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. xx xxx 2013-cü il tarixli, 0973 nömrəli kredit müqaviləsi üzrə 11.177,41 (on bir min bir yüz yetmiş yeddi dollar, qırx bir sent) ABŞ dolları məbləğində əsas borc, 2.582,72 (iki min beş yüz səksən iki dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 13.760,13 (on üç min yeddi yüz altmış dollar, on üç sent) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 13.760,13 (on üç min yeddi yüz altmış dollar, on üç sent) ABŞ dolları məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. Əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar