Məhkəmə qərarları › İş №2(001)-2388/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2388/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2388/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X3 xx xxxxxx 2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 175 manat olmaqla, cəmi 350 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, əlavə olaraq 2020-ci il ərzində ödənilmiş alimentin məbləğinin həmin il üçün yaşayış minimumu məbləğindən hər uşağa görə hər ay 10 manat olmaqla (cəmi 240 manat) az olmasını nəzərə alaraq, həmin fərqin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(001)-3526/2018 saylı qətnaməsinə əsasən xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Qanununun 1-ci maddəsinə əsasən əhalinin əsas sosial-demoqrafiq qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Lakin Cavabdeh hər uşağa görə hər ay 160 manat olmaqla cəmi 320 manat aliment ödəmişdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Qanununun 1-ci maddəsinə əsasən əhalinin əsas sosial-demoqrafiq qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(001)- 3526/2018 saylı qətnaməsinə əsasən xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxxx 2015ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yaşayış minimumu haqqında Azərbaycan Qanununa əsasən yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyindən alimentin həmin miqdara qədər artırılmasına etiraz etmir. Bununla belə iddia tələbinin 2020-ci il ərzində ödənilmiş alimentin məbləğinin həmin ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması, yəni yaranmış fərqin ödənilməsi hissəsini qəbul etmir. Belə ki, hər il ölkə üzrə müəyyən edilən yaşayış minimumu aliment məbləğinin məhz həmin miqdara uyğunlaşdırılması üçün məcburedici göstəriş deyil. Bundan başqa iddiaçı 2020-ci ildə ödənilən aliment məbləği ilə uşaqları saxlaya bilmədiyi halda ödənilən alimentin kifayətedici olmamasına dair həmin dövrdə məhkəmə müraciət etməli idi. Lakin görünür ki, iddiaçı belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Bu da ona dəlalət edir ki, həmin dövrdə iddiaçının uşaqların saxlanması üçün daha artıq məbləğə ehtiyacı olmamışdır. Qeyd edilənləri nəzərə alıb, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı № 436998 saylı doğum haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİİ seriyalı № 685202 saylı doğum haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)- 3526/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X3 xx xxxxxx 2018-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Həmin qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən uşağın saxlanması üçün hazırda cavabdeh tərəfindən hər uşağa görə ödənilən 154 manat aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2018-ci ildə, yəni uşaqların 8 və 3 yaşları olarkən təyin edilmişdir. Hazırda isə uşaqların 11 və 6 yaşı vardır və ötən 3 il ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onların geyimi, qidalanması, ilkin təhsili üçün hazırlıq kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən hər uşağa görə ödənilən 154 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərinə qədər, yəni 175 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin alimentin xx xxxxxx 2021-ci il tarixdən başlayaraq tutulması hissəsi əsassızdır, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbinin 2020-ci il ərzində ödənilmiş alimentin məbləğinin həmin il üçün yaşayış minimumu məbləğindən hər uşağa görə hər ay 10 manat olmaqla (cəmi 240 manat) az olmasını nəzərə alaraq, həmin fərqin Cavabdeh tutulması hissəsini də məhkəmə əsassız hesab edir və cavabdehin bununla bağlı arqumentləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı 2020-ci ildə ödənilən aliment məbləğinin kifayətsizliyi ilə bağlı cavabdehə qarşı həmin dövrdə məhkəmə müraciət etməmişdir. Belə bir tələblə iddiaçı 2021-ci ildə məhkəməyə müraciət etmişdir ki, bu da həmin dövrdə iddiaçının uşaqların saxlanması üçün daha artıq məbləğə ehtiyacı olmadığını göstərir. Digər tərəfdən qeyd edilməlidir ki, hər il ölkə üzrə müəyyən edilən yaşayış minimumun miqdarı aliment məbləğinin məhz həmin miqdara uyğunlaşdırılması demək deyil. Belə ki, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə əlaqələndirmişdir (Ailə Məcəlləsi 112.1-ci maddə). Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 2020-ci il ərzində ödənilmiş alimentin məbləğinin həmin il üçün yaşayış minimumu məbləğindən hər uşağa görə hər ay 10 manat olmaqla (cəmi 240 manat) az olmasını nəzərə alaraq, həmin fərqin ödənilməsi hissəsi təmin edilməməlidir. Həmçinin qeyd edlməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manatdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3526/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində tutulan 154 manat, cəmi 308 manat miqdarında alimentin məbləği dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat miqdarında aliment tutularaq İddiaçı verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və qanunla müəyyən edilmiş qaydada ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğdən aşağı olmaması nəzərə alınmaqla ədalətli hesab olunmalıdır. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3526/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı artırılsın. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən hər bir uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar