Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2390/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızına və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızından, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə, 002R********** saylı kredit razılaşması üzrə 3.767,02 manat məbləğində kredit borcu, 309,26 manat məbləğində faiz borcu və 706,21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4.782,49 manat, 002R********** saylı kredit razılaşması üzrə 1.222,54 manat məbləğində kredit borcu, 198,46 manat məbləğində faiz borcu və 337,45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.758,45 manat, ümumilikdə cəmi 6.540,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxx 2018-ci il tarixli 002L**********49 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxx 2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6.232,98 manat ödəmiş, onun 3.767,2 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2020-ci il tarixə 193 gün üçün hesablanmış faiz borcu 309,26 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixə 193 gün üçün hesablanmış cərimə 706,21 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxxx 2018-cı il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1.777,46 manat ödəmiş, onun 1.222,54 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2020-ci il tarixə 189 gün üçün hesablanmış faiz borcu 198,46 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixə 189 gün üçün hesablanmış cərimə 337,45 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, kredit Cavabdeh1 tərəfindən götürüldüyündən borc üzrə cavabdehliyidə o, daşımalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarıını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli 002L**********49 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bu müqavilənin 1.1ci bəndinə əsasən Bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Krediti Alana 1000000.00 (bir milyon) ABŞ dolları məbləğində X2ni açır. X2 bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana X3rşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Kredit Razılaşdırma”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv” açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca Razılaşmalar əsasında veriləcək. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx xxx 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasınd bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşmasından və ödəniş planından görünür ki, bank (kredit verən) Cavabdeh1 (kredit alan) xx xxx 2018-ci il tarixindən xx xxxxxxx 2019-cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.3333%, xx xxxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinə qədər 0 % olmaqla 18 ay müddətinə 10.000 manat məbləğində borc verməyi, borc alan isə razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx xxx 2018-ci il tarixli kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, kredit alan tərəfindən 150 manat məbləğində komisyon haqqı ödənilməklə, kredit alana 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması müqaviləsindən və ödəniş planından görünür ki, bank (kredit verən) Cavabdeh1 (kredit alan) xx xxxxxxx 2018-ci il tarixindən xx xxxxxxx 2019-cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.1667%, xx xxxxxxx 2019-cu il tarixindən xx xxxxx 2020-ci il tarixinə qədər 2 % olmaqla 18 ay müddətinə, 3.000 manat məbləğində borc verməyi borc alan isə razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx xxxxxxx 2018-ci il tarixli kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, kredit alan tərəfindən 45 manat məbləğində komisyon haqqı ödənilməklə, kredit alana 3.000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə zaminlər Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızı, Cavabdeh2 və Cavabdeh4 ilə ayrı-ayrılıqda bağlanmış xx xxx 2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər xx xxx 2018-ci il tarixli, 002L**********49 saylı uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” müqaviləsi üzrə borclu Cavabdeh1 Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürürlər və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İddiaçı QSC tərəfindən təqdim edilən xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması müqaviləsi üzrə 3.767,02 manat məbləğində əsas borc, 309,26 manat məbləğində faiz borcu və 706,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4.782,49 manat məbləğində borc hesablanmışdır. İddiaçı QSC tərəfindən təqdim edilən xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması müqaviləsi üzrə 1.222,54 manat məbləğində əsas borc, 198,46 manat məbləğində faiz borcu və 337.45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.758,45 manat məbləğində borc hesablanmışdır. İddiaçı QSC-nin cavabdehlərə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, onlardan 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması müqaviləsi və xx xxxxxxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindəngörünürki, iddiaçıtərəfindənhazırkiiddiaərizəsininməhkəməyəverilməsiiləəlaqədarolaraq 30 manatdövlətrüsumuödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli 002L**********49 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən bank tərəfindən veriləcək məbləğ və müddət ayrıca olaraq “Kredit Razılaşması” ilə müəyyən olunur. xx xxx 2018-ci il tarixli, 002R********** saylı “Kredit Razılaşması”na əsasən bank tərəfindən kredit alan Cavabdeh1 xx xxx 2018-ci il tarixindən xx xxxxxxx 2019-cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.3333%, xx xxxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinə qədər 0 % olmaqla 18 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. xx xxxxxxx 2018ci il tarixli, 002R********** saylı “Kredit Razılaşması”na əsasən bank tərəfindən kredit alan Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixindən xx xxxxxxx 2019-cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.1667%, xx xxxxxxx 2019-cu il tarixindən xx xxxxx 2020-ci il tarixinə qədər 2 % olmaqla 18 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə digər cavabdehlər – zaminlər Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızı və Cavabdeh4 və borc alan Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən isə zaminlər borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşlər. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona xx xxx 2018-ci il tarixli, 002R********** saylı “Kredit Razılaşması” müqaviləsi üzrə ümumilikdə 4.782,49 manat borc, xx xxxxxxx 2018-ci il tarixli, 002R********** saylı “Kredit Razılaşması” müqaviləsi üzrə ümumilikdə 1.758,45 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızı və Cavabdeh4 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxx 2018-ci il tarixli, 002R********** saylı və xx xxxxxxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən xx xxx 2018-ci il tarixli, 002R********** saylı razılaşma üzrə hesablanmış 706,21 manat və xx xxxxxxx 2018ci il tarixli, 002R********** saylı razılaşma üzrə 337,45 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə endirilməli və hər razılaşma üzrə 30 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızından və Cavabdeh4 müştərək qaydada 3.767.02 manat məbləğində əsas borc, 309,26 manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.106,28 manat məbləğində borc, xx xxxxxxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızından və Cavabdeh4 müştərək qaydada 1.222,54 manat məbləğində əsas borc, 198,46 manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1.451 manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehlərdən müştərək qaydada iddiaçınınxeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı̇: İddia qismən təmin edilsin. xx xxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızından və Cavabdeh4 müştərək qaydada 3.767,02 (üç min yeddi yüz altmış yeddi manat, iki qəpik) manat məbləğində əsas borc, 309,26 (üç yüz doqquz manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.106,28 (dörd min bir yüz altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc İddiaçı X1 xeyrinə tutulsun. xx xxxxxxx 2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızından və Cavabdeh4 müştərək qaydada 1.222,54 (bir min iki yüz iyirmi iki manat, əlli dörd qəpik) manat məbləğində əsas borc, 198,46 (bir yüz doxsan səkkiz manat, qırx altı qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1.451 (bir min dörd yüz əlli bir manat) manat məbləğində borc İddiaçı X1 xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sadıxbəyova (Hüseynova) Gülnarə Rauf qızından və Cavabdeh4 müştərək qaydada İddiaçı X1 xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2390/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2390/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver