Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2394/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı TBC Kredit BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı TBC Kredit BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı TBC Kredit BOKT MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında 29.07.2019-cu il tarixdə bağlanan BAKU1-26856- 2005 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdehə illik 1 % ödəmək 60 ay müddətinə qaytarmaq şərti ilə 1048,36 manat kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 1 manat, növbəti 48 ay ərzində ilə hər ay 22 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə kreditin geri ödənilməsini tələb edə bilər. Beləliklə 03.02.2021-ci il tarixi üçün Cavabdeh 29.07.2019-cu il tarixli BAKU1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1033,80 manat əsas borcu, 5,21 manat faiz borcu olmaqla cəmi 1039,01 manat borcu vardır. Ona görə də 29.07.2019-cu il tarixli Baku1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsinə, Cavabdeh TBC Kredit BOKT MMC-nin xeyrinə əsas borca görə 1033,80 manat, faiz borcuna görə 5,21 manat olmaqla cəmi 1039,01 manat borcun və dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən TBC Kredit BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 29.07.2019-cu il tarixli BAKU1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi üçün borclunun vaxtı keçmiş əsas kredit borcunun qalıq məbləğini ödəməsi məqsədi ilə illik 1 % olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə) 1048,36 manat məbləğində kredit vermişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda; borcalan davam edən 10 təqvim günü ərzində cari əsas borcu və ya cari faiz borcunu tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlində göstərilən tarixdə ödəməməklə gecikdirdikdə kreditor bu müqaviləni vaxtından əvvəl rədd etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. 29.07.2019-cu il tarixli Baku1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsinin ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh 30.08.2019-cu il tarixdən 29.07.2024-cü il tarixədək əsas borca görə 1048,36 manat, faiz borcuna görə 32,31 manat olmaqla cəmi 1080,67 manat borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. TBC Kredit BOKT MMC-nin 03.02.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 29.07.2019-cu il tarixli Baku1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh TBC Kredit BOKT MMC-yə əsas borca görə 1033,80 manat, faiz borcuna görə 5,21 manat olmaqla cəmi 1039,01 manat borcu vardır. TBC Kredit BOKT MMC-nin Cavabdeh ünvanladığı 04.08.2020-ci il tarixli №1000/HO-OUT saylı xəbərdarlıqdan müəyyən olunur ki, borcluya 29.07.2019-cu il tarixli Baku1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh TBC Kredit BOKT MMC ilə bağladığı 29.07.2019-cu il tarixli Baku1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 1033,80 manat, faiz borcuna görə 5,21 manat olmaqla cəmi 1039,01 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, əsas borca görə 1033,80 manat, faiz borcuna görə 5,21 manat olmaqla cəmi 1039,01 manat borcun tutulması tələbinə dair iddia tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. TBC Kredit BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 29.07.2019-cu il tarixli Baku1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdeh 29.07.2019-cu il tarixli Baku1-26856-2005 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən əsas borca görə 1033,80 manat, faiz borcuna görə 5,21 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1069,01 manat TBC Kredit BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2394/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2394/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver