Məhkəmə qərarları › İş №2(001)-2425/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2425/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2425/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X1" ASC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan 2380nkNARb/22 xx.xx.2022-ci il müqavilənin nömrəsi və tarixi: Müqavilənin son tarixi: xx.xx.2025-ci il Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 480 Faiz dərəcəsi: 27 % Ödənilməmiş əsas borc: 429,57 Ödənilməmiş faiz borcu: 4.88 Tələb olunan dəbbə pulu məbləği: 0.31 Tutulmalı olan cəm məbləğ: 434,76 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 462.1 və 739 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair Qərarını nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə Bildiriş göndərməklə, birtərəfli qaydada iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, hazırki vəziyyətdə iddiaçının yalnız əsas məbləğ və hesablanmış faizləri tələb etmək hüququ olduğundan, iddia tələbi cərimə hissəsində təmin edilməməlidir. Belə ki, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 429,57 manat əsas borc, 4,88 manat faiz borcu olmaqla, cəmi 434,45 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat “X1” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 429,57 manat əsas borc, 4,88 manat faiz borcu olmaqla, cəmi 434,45 (dörd yüz otuz dörd manat qırx beş qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat tutularaq “X1” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar