Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2467/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3066/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmasını əsas götürüb, hazırki iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, alternativ aidiyyət imkanlarını yaradan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.3-cü maddəsi alimentin alınması haqqında iddiaların iddiaçının yaşadığı yerə görə verilməsini mümkün etmişdir. Başqa sözlə, bu müddəa iddiaçıya özünün qeydiyyatda olduğu deyil, əsasən yaşadığı yerin ünvanını əsas götürərək, yaşayış yeri üzrə müvafiq rayon (şəhər) məhkəməsinə iddia qaldırmaq üçün hüquqi əsas yaradır. Lakin, qeyd olunmalıdır ki, iddiaçının Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında yaşaması qeyrimümkündür. İddia ərizəsində iddiaçının ünvan 1 ünvanında yaşaması göstərilsə də, bu halı təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdeh isə ünvan 2 ünvanında qeydiyyatdadır. Bu da öz növbəsində iddianın geyri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia ilə öz seçiminə görə yaşadığı yer üzrə ünvanını göstərməklə və məhz həmin ünvanda yaşamasını sübuta yetirməklə, həmin ünvan üzrə aidiyyəti rayon məhkəməsinə, habelə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki iddia ilə öz seçiminə görə yaşadığı yer üzrə ünvanını göstərməklə və məhz həmin ünvanda yaşamasını sübuta yetirməklə, həmin ünvan üzrə aidiyyəti rayon məhkəməsinə, habelə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər BinəqədiRayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2467/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2467/2022
18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver