Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2473/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 02 yanvar 2025ci il tarixdə, saat 09:10 radələrində sürücüsü X3 onun mülkiyyətində olan “BYD Destroyer 05 Plug-in” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Melisa Park adlanan ərazi ilə hərəkət edərkən “X8 Rover” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomaşın geriyə hərəkətdə olarkən onun avtomaşınının qabaq hissəsinə zərbə vurmuşdur. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 25 yanvar 2025-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Törədilmiş hadisə nəticəsində nəqliyyat vasitəsinə 1380 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh icbari sığortası olmadığı üçün sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. O, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyanı tələb etsə də, sonuncu dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 02 yanvar 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş ziyan 1380 manat məbləğində müəyyən edilmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün də ondan 40 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Həmin qəbzi də iddia ərizəsinə əlavə etmişdir. X9 Şöbəsinin əməkdaşının tərtib etdiyi inzibatı protokoldan görünür ki, Cavabdeh tərəfindən törədilmiş inzibati xəta hadisəsi nəticəsində avtomobilinə maddi zərər yetirilmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.2, 1108 və 1108.2-ci maddələri ilə əsaslandıraraq, iddianın təmin edilərək, Cavabdeh avtomobilə dəymiş ziyana görə 1420 manat və məhkəmə üçün ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin axtarış üzrə inspektoru, polis baş leytenantı Miryusif Seyidov tərəfindən imzalanmış arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Melisa Park” Yaşayış Kompleksinin həyətində Cavabdeh idarə etdiyi “X8 Rover” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “BYD” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Arayış ondan ötrü tərtib edilmişdir ki, yolnəqliyyat hadisəsi ilə əlaqədar icraatında olan araşdırma ilə bağlı yazılı izahatı alınmalı olan “X8 Rover” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ilə (050) ***-**-** nömrəli mobil telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmış, o, hadisə barədə yazılı izahat verəcəyini bildirsə də, Yasamal DYPŞ-nə gəlməmiş və zəruri sənədləri imzalamamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 1380 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair ƏN-Vİİ seriyalı 115447 nömrəli etibarnamədən görünür ki, İddiaçı “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 həmin etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesab fakturadan görünür ki, X4 tərəfindən qəza keçirmiş avtomobildə ehtiyat hissələrinin müəyyən edilməsi üçün 40 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 26 may 2025-ci il tarixli, QCM/M 07-029/24 saylı hesabatından (mütəxəssis rəyi) görünür ki, İddiaçı məxsus buraxılış ili 2024-cü il olan, “BYD Destroyer 05” (plug-in hybrid) minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 815 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 03 sentyabr 2025-ci il tarixli, CVN/S 05- 296/25 saylı hesabatından (mütəxəssis rəyi) görünür ki, aparılmış hesablama və təhlillərə əsasən “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği – orijinal ehtiyat hissələri ilə - 1290 manat, qeyri-orijinal ehtiyat hissələri ilə - 730 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 09:10-da idarə etdiyi “X8 Rover” minik markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Melisa Park” Yaşayış Kompleksinin həyətində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 1380 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/S 05-296/25 nömrəli mütəxəssis rəyi ilə təsdiq olunur ki, BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1290 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi “X8 Rover” minik markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmamışdır. Məhkəmə hesab edir ki, “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, avtomobilin buraxılış ili nəzərə alınmaqla, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/S 05-296/25 nömrəli mütəxəssis rəyində olan “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1290 manat müəyyən edildiyindən həmin məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1290 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 35 manat dövlət rüsumunun 91%-i, yəni 31.80 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 9%-i, yəni 3.20 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 200 manat ekspertiza (qiymətləndirmə) xərcinin 91%, yəni 182 manat Cavabdeh, qalan 9%, yəni 18 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2473/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2473/2025
29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver