Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2480/2024 24.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5647/2019 saylı, 01 avqust 2019-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2015-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2016-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixində bağlanmış nikah akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. İddiaçı və cavabdehin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. İddiaçının nikaha daxil olarkən cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5647/2019 saylı, 01 avqust 2019- cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixində bağlanmış və akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin qətnamə ilə iddiaçı və cavabdehin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, ümumilikdə isə 320 manat alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda azyaşlı Qurban Əliyevin 8 yaşı və Əbülfəz Əliyevin 7 yaşı var. Uşaqlar böyüdükcə tələbatları da artır. Binəqədi rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment uşaqların tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024- cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmək zəruridir ki, cavabdeh X4 övladları ilə ümumiyyətlə maraqlanmır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabeh hal-hazırda 350 manat aliment ödəyir ki, ödənilən məbləğin 320 manatı ödəməli olan aliment, 30 manatını isə yığılan borcunun azalması üçün ödəyir. Belə ki, cavabdehin 3000 manatdan çox aliment borcu yığılmışdı. Borcundən ödədikcə məbləğ azalıb. Təxminən 2000 manatdan çox borcu hələ də, qalır. Özü kirayə qalır, cavabdeh tərəfindən ödənilən aliment təkcə evin kirayəsini ödəməyə bəs edir. Uşaqlarını özü təkbaşına saxlayır. Onlar məktəb və müalicə xərclərini özü ödəyir. Uşağın biri astma xəstəsidir. Əvvəl dükanda işləsə də, uşağın xəstəliyinə görə işdən çıxmışdır. Təmizlik işi olanda təmizliyə gedir. Qazancını isə uşaqlara xərcləyir. Uşağı qızılca olsa da, ata olan biri uşağı ilə maraqlanmadı. Mərhum anası ölməmişdən qabaq, cavabdehə uşaqları ilə maraqlanmasını, gəlib görməsini təklif etsə də, iki işdə işləməsi səbəbindən vaxtının olmadığını bildirirdi. Amma indi alimenti ödəmək imkanının olmadığını bildirir. Öz uşaqlarını saxlamağa qadir olmayan biri, yenidən nikaha daxil olur və başqasının uşağına himayəlik edir. Onun ikinci dəfə nikaha daxil olmasını mediasiya mərhələsində öyrənmişdir. Cavabdehin özünün yəni ailəsinə məxsus evi var. Bir ara cavabdeh Kanadaya gedəcəkdi. Anamın qızıllarını sataraq, Avropanı gəzib qayıtmışdı.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Artırılan məbləği ödəmək iqtidarında deyil. Artırılarsa, 350 manatdan çox ödəniş etməyəcək. Yaşadığı ev onun valideynlərinin evidir. Yenidən nikaha daxil olub və həmin qadının uşağı da, onun himayəsindədir. Nikahları pozulanda ailədaxili ödənilməli olan borcları var idi. Ona görə də, təyin edilən alimenti bir müddət ödəyə bilməmişdir. Kanadada yaşamaq üçün planları var idi. Hətta qardaşı da, evini satmışdı. Amma getmək planları alınmadı. Hazırda özünün banklara 10000 manatdan çox borcu var. İddiaçının yaşayışı ondan daha yaxşıdı. Uşağı ona deyib ki, anasının dostu ona oyuncaq alıb. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019-ci il tarixli, 2(001)-5647/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 31 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2015-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X1 anaları İddiaçı himayəsində qalmaları, xx.xx.2015-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və s. qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 31 № ilə qeyd edilmiş nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019-ci il tarixli, 2(001)- 5647/2019 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2015-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir.
7. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019ci il tarixli, 2(001)- 5647/2019 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
8. Tələbini isə uşaqların tələbatlarının artması, özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.
9. Cavabdeh isə iddia tələbini işsiz olması və aliment borcunun yığılması səbəbindən qəbul etmir.
10. “Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, cavabdehlə bağlanan və qüvvədə olan hər hansı əmək müqaviləsi yoxdur. Lakin adına qeydiyyatdan keçən torpaq sahəsi var. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
12. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
13. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
16. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
20. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
21. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2019-ci ildən uşaqların tələbatının, maddi xərclərinin onların yaşları ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.
22. Belə ki, yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmadığı kimi, bu əsasla da alimentin artırılması tələbi bütün tərəflərin diqqəlayiq mənafeləri nəzərə alınmaqla həll edilməlidir. Burada bütün tərəflər dedikdə uşaq, aliment alan və alan ödəyən şəxs başa düşülür. Hər bir halda bütün məsələlər uşaqların mənafelərinin üstünlüyü baxımından qiymətləndirilməlidir. Tərəflərin izahatlarından məlum oldu ki, cavabdehin 2000 manatdan çox yığılan aliment borcu vardır və belə olan halda, tələb edilən həcmdə alimentin artırılması cavabdehin aliment borcunun dahada yığılmasına, onun barəsində inzibati icraat və cinayət təqibinin həyata keçirilməsinə səbəb ola bilər. Bu isə heç bir halda uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Bununla belə məhkəmə bütün tərəflərin mənafeyini nəzərə almaqla artırılması tələb olunan alimentin miqdarının hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir.
23. Bununla yanaşı qeyd edilməlidir ki, aliment ödəməli olan şəxsin aliment və digər öhdəliklər üzrə borcunun olması, ikinci dəfə nikaha daxil olması onu valideynlik vəzifələrini yerinə yetirməkdən azad etmir və məhz bu əsaslar iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz.
24. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
25. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019-ci il tarixli, 2(001)- 5647/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2015-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2019-ci il tarixli, 2(001)- 5647/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2015-cı il təvəllüdlü X2 və xx.xx.2016 təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev