Məhkəmə qərarları › İş №2(001)-253/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-253/2025

25.04.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-253/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 katibliyi, ərizəçinin Ərizəçi və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, xx.xx.1969-cu il təvəllüdlü X11 xəbərsiz itkin düşmüş elan edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1969-cu il təvəllüdlü X11 01 yanvar 2010-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonrada ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək 01 yanvar 2021-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizə onunla əsaslandırılmışdır ki, valideynlərim ünvan 1 ünvanında yaşamışlar. 1975-ci ildə valideynlərim Ukraynada yaşayan xalamgilə qonaq getmiş, orada müvəqqəti yaşamış, həmin vaxtı mən Ərizəçi xx.xx.1975-ci ildə Ukrayna Respublikasında anadan olmuş, bir yaşına qədər xalasıgildə yaşamışdır. Sonradan valideynləri ilə birlikdə Bakı şəhərinə öz evlərinə qayıtmışlar. Orta məktəbi Bakı şəhərində bitirmişdir. 2003-cü il tarixdə Bakı şəhərində X12 tanış olmuş, söhbət zamanı Vadim Abdullayev xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olduğunu, Rusiya vətəndaşı olduğunu, Rusiyada yaşadığını bildirmişdir. Bir müddət tanışlıqdan sonra Vadimlə ailə qurmaq qərarına gəldik və birgə yaşamağa başladıq. 2003-cü il tarixdə o, qeyri-rəsmi nikahda olduğu X12 birlikdə Rusiya Federasiyasına Moskva şəhərinə köçüb kirayə ev tutub orada yaşamağa başlamışlar. Sonra Vadim onu atasından qalan Smolensk Vilayəti, Vyazma şəhəri, Komsomolskaya küçəsi, ev 94 ünvanında yerləşən özünün də qeydiyyatda olduğu evinə pasport qeydiyyatına salmışdır. xx.xx-2005-ci ildə onunla Vadim Abdullayevin bir qız övladımız doğuldu, qızımızın adını X16 qoyduq. xx.xx.2005-ci il tarixdə X1 adına “Doğum haqqında şəhadətnamə” tərtib edilib verildi. Həmçinin, xx.xx.2005-ci il tarixdə X1 atası olmasını etiraf etməsi barədə şəhadətnamə tərtib edilib verildi. 29 noyabr 2007-ci il tarixdə o və X20 aralarında olan nikahı rəsmiləşdirdik və Moskva şəhəri 3 saylı Vətəndaşlıq Qeydiyyatı İdarəsinin Nikah sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında nikahları barədə xx.xx.2007-ci il tarixdə, 5248 nömrə ilə müvafiq qeydlər aparıldı. Onu da qeyd edir ki, ana bir ata ayrı qardaşı X13 qeyri- rəsmi nikahda olduğu X21 adlı bir qadınla Moskva şəhəri, Lyublinskaya küçəsi, ev 124, mənzil 323 nömrəli 3 (üç) otaqlı mənzildə yaşayırdı, mənzil qardaşının qeyri-rəsmi nikahda yaşadığı İrina Morqaçenkoya məxsus idi. O, həyat yoldaşı X12 və qızı Kamilla Abdullayevna ilə qardaşının və onun qeyri-rəsmi nikahda yaşadığı İrina Morqaçenkonun razılığı ilə İrinaya məxsus olan mənzilə köçüb onlarla birlikdə yaşamışlar. Həmin mənzildə qardaşı X13, onun qeyri-rəsmi nikahda yaşadığı X21, İrinanm oğlu X26, anası X17, o, əri X20 və qızı X16 birlikdə yaşayırdıq. Birgə nikah dövründə 2009-cu ilin əvvəllərində əri X20 və o, mənzilin mülkiyyətçisi X21 ilə mənzilin 1/4 hissəsinin ona satılması barədə danışıb razılığa gəldik və X21 ilə “mənzilin 1/4 hissəsinin sadə yazılı formada alqı-satqısı barədə” aramızda xx.xx.2009-cu il tarixdə müqavilə bağlandı. Alqı-satqıdan sonra Moskva şəhəri, Lyublinskaya küçəsi, ev 124, mənzil 323 nömrəli 3 (üç) otaqlı mənzilin 1/4 hissəsi mülkiyyət hüququ əsasında onun adıma sənədləşdirildi və onun adına mülkiyyət hüququmu təsdiq edən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında 20 may 2009-cu il tarixli, Seriya 77 AK, 339031 nömrəli Şəhadətnamə tərtib edilib verildi. 2009-cu ilin may ayında ərim X20 mənə və digər ailə üzvlərimizə heç bir məlumat vermədən evdən çıxıb getdi, lakin evə geri qayıtmadı. Mən və digər ailə üzvlərimiz bir neçə gün Vadim Abdullayevi gözlədik, eyni zamanda mən qohumlardan, tanışlardan, Vadimin Bakıda yaşayan bacısından Vadim barədə maraqlandım, onun harada olmasını, onunla telefonla danışıb-danışmadığını, əlaqə saxlayıb-saxlamadığını soruşdum, lakin Vadimin bacısı ondan xəbəri olmadığını dedi, mən Vadimin harada olması, harada yaşamsı barədə heç kəsdən məlumat əldə edə bilmədim. Bir neçə gün ərimin evə qayıtmadığını görüb mən 11 iyun 2009-cu il tarixdə ərim X11 qeydiyyatda olduğu Smolensk Vilayəti, Vyazma şəhəri, Komsomolskaya küçəsi, ev 94 ünvanında olan evin yerləşdiyi ərazi üzrə Smolensk Vilayəti, Vyazemskiy rayon Daxili İşlər İdarəsinə getdim və ərizə ilə müraciət edərək X32 2009-cu ilin may ayından evdən çıxıb getdiyini, bir daha evə geri qayıtmadığı barədə məlumat verdim və ərimin axtarılıb tapılmasında, evimizə və ailəmizə qaytarılmasında ona köməklik göstərilməsini xahiş etdi. Smolensk Vilayəti, Vyazemskiy rayon Daxili İşlər İdarəsi tərəfindən tərtib edilib verilmiş xx.xx.2009-cu il tarixli, 348 nömrəli “Məlumat Talonu”ndan (“Talon-Uvedomleniyedən”) görünür ki, ərizə xx.xx.2009-cu ildə Smolensk Vilayəti, Vyazemskiy rayon Daxili İşlər İdarəsinin növbətçi polis əməkdaşı, milis leytenantı Daybov X.X tərəfindən qəbul edilmişdir. 2009-cu ilin may ayında X34in heç bir məlumat vermədən evdən çıxıb getməsi barədə onun qeydiyyatı üzrə Smolensk Vilayəti, Vyazemskiy rayon Daxili İşlər İdarəsinə ərizə ilə müraciət etməyinə baxmayaraq, axtarışlar heç bir müsbət nəticə vermədi. Zaman keçdi lakin, ərim Vadim Abdullayev evə geri qayıtmadı, onunla heç bir əlaqə saxlamadı, harada olması barədə bizə heç bir məlumat vermədi. Əri itkin düşəndən sonra o, qızı X6 özü təkbaşına böyütməyə başladı, lakin ərinin maddi dəstəyi olmadan Moskvada yaşamaq, uşağı təkbaşına böyütmək getdikcə çətinləşdi. O, Bakı şəhərinə ata evinə geri qayıtdı və burada yaşamağa başlamışdır. Həmin vaxtdan keçən bu müddət ərzində əri Vadimin harada olması, kiminlə yaşaması barədə o, heç bir məlumat əldə edə bilməmiş, uzun müddət ərzində X34 nə onunla, nə də qızı Kamilla ilə maraqlanmamış, qızının fiziki, mənəvi tərbiyəsi ilə məşğul olmamışdır, bizə maddi yardım göstərməmişdir. X32 2009-cu ilin may ayından keçən 9 (doqquz) il müddət ərzində məni və qızımı atıb getdiyini, mənimlə və qızımla maraqlanmadığını, bizimlə heç bir əlaqə saxlamadığını, xəbərsiz itkin düşdüyünü görüb mən X32 qeydiyyatı üzrə Smolensk Vilayəti, Vyazma rayon məhkəməsinə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında” ərizə ilə müraciət etdim. Rusiya Federasiyası Smolensk Vilayəti Vyazma rayon məhkəməsinin (hakim V.A.Javoronkovanın sədrliyi ilə) 15 yanvar 2018-ci il tarixli, 9-5/2018 saylı Qərardadının Moskva şəhər notar’isu X28 vəzifələrini müvəqqəti icra edən X29 tərəfindən 05 aprel 2024-cü il tarixdə tərcümə və təsdiq edilmiş surətindən müəyyən edilir ki, mənim, yəni iddiaçı Ərizəçinm “vətəndaşın itkin düşməsi haqqında” qərarın qəbul olunması üzrə ərizəsinin rədd edilməsi və iddiaçıya Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət etməyi tövsiyyə olunması qərara alınmışdır. Bundan sonra, uzun müddət ərimin bizi atıb getməsini, mənimlə və qızımızla maraqlanmamasmı, bizə maddi yardım göstərməməsini, belə bir vəziyyətdə ailəni qoruyub saxlamağın qeyri-mümkün olduğunu görüb mən “ərim X12 aramızda Moskva şəhərində bağlanmış nikahın pozulması, birgə nikahdan olan qızımızın yaşayış yerinin müəyyən edilməsi və X32 atalıq hüququndan məhrum edilməsi tələbi”nə dair cavabdehin qeydiyyatı üzrə Smolenskiy Vilayəti, Vyazma rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Rusiya Federasiyası Smolensk Vilayəti Vyazma rayon məhkəməsinin (hakim E.İ.Vovenkonun sədrliyi ilə) 03 sentyabr 2018-ci il tarixli, 2-1350/2018 saylı Qərarının Moskva şəhər notarisu X28 vəzifələrini müvəqqəti icra edən X29 tərəfindən 05 aprel 2024-cü il tarixdə tərcümə və təsdiq edilmiş surətindən müəyyən edilir ki, mənim, yəni Ərizəçinm iddialarının təmin edilməsi, 29 noyabr 2007-ci ildə Moskva şəhəri 3 saylı Vətəndaşlıq Qeydiyyatı İdarəsinin Nikah Sarayında qeydə alınmış 5248 saylı nikahı ilə X14 Ərizəçi arasında bağlanmış nikahın pozulması, xx.xx.1969-cu il təvəlüdlü X11 xx.xx.2005-ci ildə anadan olmuş qızı X16 ilə bağlı valideynlik hüququndan məhrum edilməsi, yetkinlik yaşma çatmayan X9 anası Ərizəçinm himayəsində qalması qərara alınmışdır. Onu da qeyd edim ki, sonuncu dəfə ərim X15 2009-cu ildə evdən xəbərsiz getməsi, bir daha evə qayıtmaması ilə bağlı ərimin axtarışının nəticəsini aydınlaşdırmaq üçün Rusiya Federasiyasında ona nümayəndəlik edən X22 vasitəsilə Rusiya Federasiyası Prokurorluğuna da müraciət etmiş, X23 X18 rayonlararası prokurorunun müavini xx.xx.2024-cü il tarixli cavab məktubunun Moskva şəhər notarisu X27 vəzifələrini müvəqqəti icra edən X29 tərəfindən 05 aprel 2024-cü il tarixdə tərcümə və təsdiq edilmiş surətindən müəyyən edilir ki, - “ X35 Nazirliyinin xx.xx.2023-cü il tarixli 170 nömrəli əmrinin 181 -ci maddəsinə uyğun olaraq “yaradılan sənədlərin siyahısının təsdiq edilməsi haqqında” bəndinə əsasən Rusiya Federasiyasının Daxili işlər Orqanlarının saxlama müddətlərini göstərən fəaliyyət prosesi” saxlama kitabları, cinayət işinin başlanmasından imtina ilə bağlı yoxlama materialları, habelə daxili işlər orqanlarında göndərilməyə dair sənədlər 5 il saxlanılır. Ərizəçiyə izah olunur ki, siz mövcud qanunvericiliyə uyğun olaraq pozulmuş hüquq və qanuni mənafelərin müdafiəsi üçün məhkəmə qaydasında müraciə etmək hüququnuz var”. Onu da məhkəmənin nəzərinə çatdırıram ki, X32 2009-cu ilin may ayında xəbərsiz evdən getməsi, bir daha evə qayıtmaması haqqında aidiyyəti hüquq-mühafizə orqanlarına rəsmi və qeyri-rəsmi müraciətlər etməyimə baxmayaraq, 2009-cu ildən xəbərsiz itkin düşmüş əri X11 harada olması, harada yaşamsı ilə əlaqədar bu günə qədər mənə heç bir müsbət məlumat verilməmişdir. Beləcə, artıq 15-ci ildir ki, xx.xx.1969-cu il təvəllüdlü ərim X20 xəbərsiz itkin düşmüşdür, onun yeri məlum deyil, yaşadıqları ərazidə onu görən olmayıb, ondan heç bir xəbər yoxdur, ərinin harada olması, sağ olub-olmaması barədə heç bir məlumat əldə edə bilmir. Həmçinin, X34 xəbərsiz itkin düşməsi ilə əlaqədar vəkillə müqavilə bağlayıb yaşadığı ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə vəkil sorğusu vermişik, Bakı şəhəri Maraqlı şəxs 18 aprel 2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, - “Maraqlı şəxs Sizin xx.xx.2024-cü il tarixli, 323 saylı sorğunuza cavab olaraq bildirir ki, xx.xx.1969-cu il təvəllüdlü X20 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” X2 Sistemi üzrə yoxlama aparılmış ölümü haqqında akt qeydi aşkar edilməmişdir”. X34 artıq 15-ci ildir ki, xəbərsiz itkin itkin düşdüyündən, o, əri ilə birgə nikah dövründə xx.xx.2009-cu ildə X10 alqı-satqı müqaviləsi əsasında aldığı və Rusiya Federasiyası Daşınmaz əmlaka Hüquqların Vahid Dövlət Reyestri Moskva üzrə Federal Reyesr Xidməti tərəfindən tərtib edilmiş X31 haqqında 77 AK seriyalı, 339031 nömrəli xx.xx.2009-cu il tarixli Şəhadətnamə əsasında mülkiyyət hüququ əsasında ona məxsus olan Moskva şəhəri, Lyublinskaya küçəsi, ev 124, 323 nömrəli 3 (üç) otaqlı mənzilin 1/4 hissəsi (payı) üzərində öz iradəsinə uyğun sərəncam verə bilmir, mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzilin mülkiyyətində olan ¼ hissəsini sata bilmir, buna görə də mülkiyyət hüquqları süni şəkildə məhdudlaşdırılır. Həmçinin, onun və yetkinlik yaşına çatmayan qızının sosial təminat hüquqları pozulur, o, ailə başçısını itirməyə görə pensiya ala bilmir. Ərizənin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3588/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Rusiya Federasiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-16-14/2-7166/2024 nömrəli sənədə cavab olaraq Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş cavab məktubunun tərcümə və təsdiq edilmiş surətindən müəyyən edilir ki. - “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş informasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin məlumatına görə, “Miqrasiya uçotunun dövlət informasiya sisteminin tərkibində olan qeydiyyat və miqrasiya uçotlarının vahid informasiya resursunda olan məlumatlara əsasən, V.N.X24, Vyazma rayonu, Vyazma şəhəri, Komscmotskaya küçəsi, ev 94 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Başqa məlumat yoxdur. Həmçinin məhkəmə tapşırığı əsasında əldə edilmiş cavab məktubundan müəyyən edilir ki, V.N,X24. Vyazm rayonu, Vyazına şəhəri, Komsomolskaya küçəsi, ev 64 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Başqa məlumat yoxdur. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin mərkəzi axtarış və kriminalistika uçotları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsi faktı ilə bağlı xx.xx.2016-cı il tarixli 16270646 nömrəli cinayət işinin başlanması haqqında məlumatlar var. xx.xx.2016-cı İldə cinayət işi məhkəməyə verilib, uçota qoyulmasının təşəbbüskarı - Krasnodar diyarı Rusiya DİN Baş İdarəsidir. xx.xx.2016-cı ildə Abdullayev V.N Cinayət Məcəlləsinin 150-ci maddəsinin 1-ci hissəsi ilə Krasnodar diyarı Slavyansk şəhər məhkəməsi tərəfindən 35000 rubl məbləğində cərimə edilib, hökm xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir. Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun məlumatına görə, “V.N.Abdullayevin fərdi şəxsi hesabında 2020-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur”. Göründüyü kimi, məhkəmə gedişi zumanı əldə edilmiş son məlumtlardan müəyyən edilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü X11 Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun məlumatına görə "V.N.Abdullayevin fərdi şəxsi hesabında 2020-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, əri X20 2009-cu ilin may ayında gedib Rusiya Federasiyasına və qayıtmayıb. Vadim Abdullayevin atası və anası rəhmətə gedib. Ümumilikdə Azərbaycanda onun qohumu və tanıyanı yoxdur. Hətta o, Vadim Abdullayevi atalıqdan məhrum edib. Göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkil) Vəkil ərizəni müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 3588/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Rusiya Federasiyasına göndərilmiş xx.xx.2024cü il tarixli, 3-16-14/2-7166/2024 nömrəli sənədə cavab olaraq Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş cavab məktubunun tərcümə və təsdiq edilmiş surətindən müəyyən edilir ki. - “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş informasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin məlumatına görə, “Miqrasiya uçotunun dövlət informasiya sisteminin tərkibində olan qeydiyyat və miqrasiya uçotlarının vahid informasiya resursunda olan məlumatlara əsasən, V.N.X24, Vyazma rayonu, Vyazma şəhəri, Komscmotskaya küçəsi, ev 94 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Başqa məlumat yoxdur. Həmçinin məhkəmə tapşırığı əsasında əldə edilmiş cavab məktubundan müəyyən edilir ki, V.N,X24. Vyazm rayonu, Vyazına şəhəri, Komsomolskaya küçəsi, ev 64 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Başqa məlumat yoxdur. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin mərkəzi axtarış və kriminalistika uçotları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsi faktı İlə bağlı xx.xx.2016-cı il tarixli 16270646 nömrəli cinayət işinin başlanması haqqında məlumatlar var. xx.xx.2016-cı İldə cinayət işi məhkəməyə verilib, uçota qoyulmasının təşəbbüskarı - Krasnodar diyarı Rusiya DİN Baş İdarəsidir. xx.xx.2016-cı ildə Abdullayev V.N Cinayət Məcəlləsinin 150-ci maddəsinin 1-ci hissəsi ilə Krasnodar diyarı Slavyansk şəhər məhkəməsi tərəfindən 35000 rubl məbləğində cərimə edilib, hökm xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir. Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun məlumatına görə, “V.N.Abdullayevin fərdi şəxsi hesabında 2020-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur”. Göründüyü kimi, məhkəmə gedişi zumanı əldə edilmiş son məlumtlardan müəyyən edilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü X11 Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun məlumatına görə "V.N.Abdullayevin fərdi şəxsi hesabında 2020-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur. Göstərdiklərini nəzərə alaraq ərizə təmin edilərək, 01 yanvar 2021-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və onun nümayəndəsinin (vəkil) izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmaqla, Rusiya Federasiyanın vətəndaşıdır. Smolensk vilayəti, Vyazma RDİİ-nin PVX tərəfindən Velma şəhəri, Komsomolskaya küçəsi, ev 94 ünvanında qeydiyyatdadır. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 08 avqust 2005-ci il tarixdə doğulmuş, atası X20, anası Ərizəçidır. Vyazemski Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Ərizəçi vətəndaşın itkin düşməsi haqqında qərarın qəbul olunması ilə bağlı ərizə ilə müraciət etmiş və qeyd edilən qərarla iddia ərizəsi rədd edilmiş və iddiaçıya Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Vyazemski Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2-1350/2018 saylı qərarından görünür ki, Ərizəçi iddiası təmin edilərək, 29 noyabr 2007-ci ildə Moskva şəhəri 3 saylı Vətəndaşlıq Qeydiyyatı İdarəsinin nikah sarayında qeydə alınmış 5248 saylı nikahı ilə X19 X7 arasında bağlanmış nikah pozulmuş, X20 1 yanvar 1969-cu il təvəllüdlü qızı Abdullayeva Kamilla 2005-ci avqustun 8-də anadan olmuş qızı ilə bağlı valideynlik hüququndan məhrum edilmiş, yetkinlik yaşına çatmayan X16 anası Ərizəçi Nikolaevnanın himayəsində qalması qərara alınmışdır. Smolensk vilayəti “Vyazemski rayonu” bələdiyyə administrasiyasının vətəndaş vəziyyəti aktlarının qeydiyya şöbəsi tərəfindən verilmiş 13 avqust 2019-cu il tarixli nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, X12 Ərizəçi arasında olan nikah Vzayemcki Rayon Məhkəməsinin 3 sentyabr 2018-ci il tarixli qərarına əsasən 8 oktyabr 2018-ci il tarixə xitam verilmişdir. Rusiya Federasiyası Daşınmaz Əmlaka və ona olan əqdlərə hüquqların ümumi dövlət reyestri haqqında şəhadətnamədən görünür ki, Moskva şəhəri, Lyubinskaya küçəsi, ev 124, 323 saylı mənzil, ümumi sahə: 74.3 kv/metr sahəsi olan mənzilinə Ərizəçi ¼ pay hüququ tanınmışdır. Rusiya Federasiyası Smolenski Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyası "Rusiya Federasiyasında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" xx.xx.2006-cı il tarixli 59-03 saylı Federal Qanunun 8-ci maddəsinin 3-cü hissəsinə, Baş prokurorun xx.xx.2013-cü il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş Rusiya Federasiyasının prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu qaydalarına dair təlimatların 3,5 bəndinə uyğun olaraq, axtarışın nəticələrini aydınlaşdırmaq üçün İvaşova T.D.-nin müraciətini göndərir. Müraciətə baxılmasının nəticələri barədə ərizəçiyə və Vyazemsk rayonlararası prokurorluğa qanunla müəyyən edilmiş müddətdə məlumat verilməsi xahiş edilmiş və məlumat üçün ərizəçiyə bildirilmişdir. Ərizəçiyə həmçinin bildirilmişdir ki, X35 Nazirliyinin xx.xx.2023-cü il tarixli 170 nömrəli əmrinin 181-ci maddəsinə uyğun olaraq "yaradılan sənədlərin siyahısının təsdiq edilməsi haqqında" bəndinə əsasən Rusiya Federasiyasının daxili işlər orqanlarının saxlama müddətlərini göstərən fəaliyyət prosesi" saxlama kitabları, cinayət şinin başlanmasından imtina ilə bağlı yoxlama materialları, habelə daxili işlər orqanlarında göndərilməyə dair sənədlər 5 il saxlanılır. Bununla yanaşı, ərizəçiyə izah olunmuşdur ki, mövcud qanunvericiliyə uyğun olaraq pozulmuş hüquq və qanuni mənafelərin müdafiəsi üçün məhkəmə qaydasında müraciət etmək hüququ vardır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən 11 saylı vəkil bürosunun sorğusuna xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X20 barəsində “Vətəndaş vəziyyəti aktları” X2 Sistemi üzrə yoxlama aparılmış, ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-38- 2/33-2122/24 nömrəli arayışından görünür ki, xx.xx.1969-cü il təvəllüdlü Abdullayev Vadim Azərbaycan Respublikasının Dövlət Sərhəddindən xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasına giriş etmiş, xx.xx.2009-cu il tarixdə isə çıxış etmişdir. Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Federasiyası Ədliyyə Nazirliyi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il Konvensiyasına uyğun olaraq, Bakı şəh. Binəqədi Rayon Məhkəməsinin xx.xx.1969-cu il təvəllüdlü, X20 barəsində müəyyən prosessual hərəkətlərin aparılması (məlumatların əldə edilməsi) barədə göstərişinə xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin məlumatına görə, “Miqrasiya uçotunun dövlət informasiya sisteminin tərkibində olan qeydiyyat və miqrasiya uçotlarının vahid informasiya resursunda olan məlumatlara əsasən, V. N.X24, Vyazma rayonu, Vyazma şəh., Komsomolskaya küç., ev 94 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Başqa məlumat yoxdur. “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnfonnasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin mərkəzi axtarış və kriminalistika uçotlarında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsi faktı ilə bağlı xx.xx.2016-cı il tarixli 16270646 nömrəli cinayət işinin başlanması haqqında məlumatlar var, xx.xx.2016-cı ildə cinayət işi məhkəməyə verilib, uçota qoyulmasının təşəbbüskarı - Krasnodar diyarı üzrə Rusiya DİN Baş İdarəsidir, xx.xx.2016-cı ildə Abdullayev V. N.Cinayət Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsi ilə Krasnodar diyarı Slavyansk şəhər məhkəməsi tərəfindən 35000 rubl məbləğində cərimə edilib, hökmün qanuni qüvvəyə minmə tarixi - xx.xx.2016-cı il.” Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun məlumatına görə, “V. N. Abdullayevin fərdi şəxsi hesabında 2020-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Maddə 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Maddə 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Maddə 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Maddə 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 2003-cü il tarixdə Bakı şəhərində X12 tanış olmuşlar. Bir müddət tanışlıqdan sonra X25 Abdullayevlə ailə qurmaq qərarına gələrək, birgə yaşamağa başlamışlar. 2003-cü il tarixdə o, qeyri-rəsmi nikahda olduğu X12 birlikdə Rusiya Federasiyasına Moskva şəhərinə köçüb kirayə ev tutaraq orada yaşamağa başlamışlar. X30 atasından qalan Smolensk Vilayəti, Vyazma şəhəri, Komsomolskaya küçəsi, ev 94 ünvanında yerləşən özünün də qeydiyyatda olduğu evinə qeydiyyatına salmışdır. Həmçinin müəyyən edilmişdir ki, X12 Ərizəçi birgə yaşadıqları müddətdə onların faktiki nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Daha sonra isə X12 Ərizəçi 29 noyabr 2007-ci ildə nikaha daxil olmuşlar. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, 2009-cu ilin may ayında X20 ailə üzvlərinə heç bir məlumat vermədən evdən çıxıb getmiş, lakin evə geri qayıtmamışdır. Ərizəçi və digər ailə üzvləri bir neçə gün Vadim Abdullayevi gözləmiş, eyni zamanda qohumlardan, tanışlardan, Vadimin Bakıda yaşayan bacısından Vadim barədə maraqlanmış, onun harada olması, onunla telefonla danışıb-danışmadıqlarını, əlaqə saxlayıb-saxlamadığını soruşmuş, lakin Vadimin bacısı ondan xəbəri olmadığını bildirmiş və o, həmin vaxtdan Vadim Abdullayevin harada olması harada yaşaması barədə heç bir məlumat əldə edə bilməmişdir. Daha sonra, Ərizəçi bir neçə gün ərinin evə qayıtmadığını görüb, 11 iyun 2009-cu il tarixdə Vadim Abdullayevin qeydiyyatda olduğu Smolensk Vilayəti, Vyazma şəhəri, Komsomolskaya küçəsi, ev 94 ünvanında olan evin yerləşdiyi ərazi üzrə Smolensk Vilayəti, Vyazemskiy rayon Daxili İşlər İdarəsinə getmiş və ərizə ilə müraciət edərək X34in 2009-cu ilin may ayından evdən çıxıb getdiyini, bir daha evə geri qayıtmadığı barədə məlumat vermiş, bundan əlavə ərinin axtarılıb tapılmasında, evinə və ailəsinə qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Smolensk Vilayəti, Vyazemskiy rayon Daxili İşlər İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 348 nömrəli cavaba əsasən, Vadim Abdullayevin axtarışları heç bir müsbət nəticə verməmişdir. Həmçinin araşdırma zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(001)-3588/2024 saylı qərardadına əsasən Rusiya Federasiyası vətəndaşı, xx.xx.1969-cu il təvəllüdlü X11 sağ olub-olmamasının müəyyən edilməsi məqsədi ilə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 dekabr 1992-ci il tarixdə Moskva şəhərində imzalanmış müqaviləyə əsasən Rusiya Federasiyasının aidiyyəti orqanlarına məhkəmə tapşırığı göndərilmiş və Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Federasiyası Ədliyyə Nazirliyi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il Konvensiyasına uyğun olaraq, Bakı şəh. Binəqədi Rayon Məhkəməsinin xx.xx.1969-cu il təvəllüdlü, X20 barəsində müəyyən prosessual hərəkətlərin aparılması (məlumatların əldə edilməsi) barədə göstərişinə xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin məlumatına görə, “Miqrasiya uçotunun dövlət informasiya sisteminin tərkibində olan qeydiyyat və miqrasiya uçotlarının vahid informasiya resursunda olan məlumatlara əsasən, V. N.X24, Vyazma rayonu, Vyazma şəh., Komsomolskaya küç., ev 94 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Başqa məlumat yoxdur. “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Analitik Mərkəzi” Federal dövlət müəssisəsinin mərkəzi axtarış və kriminalistika uçotlarında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsi faktı ilə bağlı xx.xx.2016-cı il tarixli 16270646 nömrəli cinayət işinin başlanması haqqında məlumatlar var, xx.xx.2016-cı ildə cinayət işi məhkəməyə verilib, uçota qoyulmasının təşəbbüskarı - Krasnodar diyarı üzrə Rusiya DİN Baş İdarəsidir, xx.xx.2016-cı ildə Abdullayev V. N.Cinayət Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsi ilə Krasnodar diyarı Slavyansk şəhər məhkəməsi tərəfindən 35000 rubl məbləğində cərimə edilib, hökmün qanuni qüvvəyə minmə tarixi - xx.xx.2016-cı il.” Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun məlumatına görə, “V.N.Abdullayevin fərdi şəxsi hesabında 2020-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur”. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-2122/24 nömrəli arayış əsasən xx.xx.1969-cü il təvəllüdlü Abdullayev Vadim Azərbaycan Respublikasının Dövlət Sərhəddindən xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasına giriş etmiş, xx.xx.2009-cu il tarixdə isə çıxış etməsi müəyyən edilmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən edilir ki, xx.xx.1969-cu il təvəllüdlü X11 barəsində 2020-ci ildən sonra heç bir məlumat aşkar edilmir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq norması əsasında qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsində istinad etdiyi xususatlar, habelə işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinin dispozisiyz şərtləri ilə uyğun olduğundan, Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyası Smolensk Vilayəti, Vyazma rayonu, Vyazma şəhəri, Komsomolskaya küçəsi, ev 64 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan 01 yanvar 1969-cu il təvəllüdlü X20 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X11 itkin düşmə ayını və gününü müəyyənləşdirmək mümkün olmadığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinə müvafiq olaraq itkin düşməsi 01 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1969-cu il təvəllüdlü X20 01 yanvar 2021-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar