Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2544/2024 25.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 300 manat sabit pul məbləğində Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı və X6 arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan cavabdeh tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 76manat aliment ödənilməkdədir. Uşaq artıq orta məktəbdə təhsil aldığından, məsrəfləri artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmişdir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı onun maddi tələbatını ödəmək tək qadın olaraq çox çətindir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 2011-ci ildən təyin olunan 76 manatlıq alimentdən bu günə kimi ödəniş etməyib. Cavabdehin yığılmış aliment borcu vardır. Bu günə kimi cavabdeh uşağı ilə ünsiyyət saxlamamış, onu görməyə cəhd etməmişdir. Halbuki, ondan boşanandan sonra başqa biri ilə nikaha daxil olmuş və sonradan doğulan uşaqlarına baxır. Yığılmış aliment borcundan ödəniş etməmişdir. Lakin hazırda uşaq böyüyüb və universitetə hazırlaşır. Hazırlıqlara gedir və ödənişlərini çatdırmır. Ona görə də, alimentin artırılması üçün müraciət etməli olmuşdur. Bu günə qədər isə səhhətində olan problemlər, atasının və anasının vəfat etməsi səbəbin mütəmadi olaraq problemlərin həllinə başı qarışdığından məhkəməyə artırılma ilə bağlı müraciət etməmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2011 saylı, xx.xx.2011ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2008-ci ildə Ağdam rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, Cavabdeh qızı xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 76 manat olmaqla, xx.xx.2010-cu il tarixindən etibarən uşaq yetkinlik yaşına çatanadək aliment tutularaq, X2 verilməsi qət edilmişdir.
6. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 132179 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixində 316 № ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 76 manat sabit pul pul məbləğində aliment tutulması müəyyən edilmişdir.
8. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
9. Tələbini isə uşağın tələbatının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Həmçinin cavabdehin 2011-ci ildən təyin edilən alimentdən ödəniş etmədiyindən borcunun yığıldığını, həmin borcu da, ala bilmədiyini bildirir.
10. “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə göndərilən sorğuya əsasən cavabdeh Əlı̇ yev Amı̇ d Bayram oğlunun fəhlə işləməklə aylıq əmək haqqı 400 manatdır. Eyni zamanda cavabdehin mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlak yoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
12. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
13. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
16. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
20. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay uşaq üçün 76 aliment tutulur. Odur ki, keçən müddət ərzində yaşayış minimumu tələbləri, uşaqların xərcləri artmışdır. Dolayısı ilə iddiaçının alimentin artırılmasına zərurət yaranması barədə dəlilləri əsaslıdır. Bu səbəbdən məhkəmə alimentin müəyyən edildiyi 2011-ci ildən uşaqların saxlanılması üçün tələb edilən minimum yaşayış meyarının dəyişməsini, uşaqların yaşına mütənasib olaraq xərclərinin artmasını, cavabdehin bu günə qədər uşağın saxlanmasında iştirak etməməsini nəzərə aldıqda, alimentin artırılmalı olduğu qənaətinə gəlir. Buna baxmayaraq iddiaçı artırılması tələb edilən miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması ilə bağlı sübut təqdim etmədiyindən onun tələbi qismən təmin edilməlidir. Bu səbəbdən də məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, qətnamə ilə tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat həddində müəyyən edilməlidir.
21. Bununla yanaşı məhkəmə cavabdehin alimentə görə borcunun olmasına baxmayaraq, uşağın yaşayış minimumu meyarına yaxın məbləğdə aliment almaq təminatını, hətta rəsmi qazancı malik olmayan valideynin belə uşağı saxlamaq vəzifəsindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün artırılması tələb edilən alimentin hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi işin hallarına, tərəflərin mənafeyinə və xüsusilə uşağın maraqlarına uyğundur.
22. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının məhkəmyə müraciət edildiyi tarixdən artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
23. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
30. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
31. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
33. Məhkəmə eyni zamanda o qənaətə gəlir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu mediasiya xərci ilə əhatə olunduğundan cavabdehdən işə baxılması ilə bağlı hər hansı rüsum tutulmamalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev