Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-255/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4” ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 138,86 ABŞ dolları əsas, 2213,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2352,76 AABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “X4” KB ASC ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə 24% ödəmək şərtilə 6400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq "xxxx" KB ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, banka olan borcunu tam ödədiyini bildirərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “X4” ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X4” ASC-yə kredit müqaviləsinə əsasən 138,86 ABŞ dolları əsas, 2213,90 ABŞ dolları faiz borcu, 0 (sıfır) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2352,76 ABŞ dolları məbləğində borcu vardır. - xx.xx.2014-cü il tarixli 3428nkSTB/14 saylı kredit müqaviləsinə və 1 saylı əlavəyə əsasən, Cavabdeh 48 ay müddətinə illik 24% olmaqla, 6400 manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 209 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - “X4” ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X4” ASC-yə kredit müqaviləsinə əsasən 0 (sıfır) ABŞ dolları əsas, 2182.61 ABŞ dolları faiz borcu, 0 (sıfır) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2182.61 ABŞ dolları məbləğində borcu vardır. - xx.xx.2016-cı il tarixli Sazişə və 2 saylı əlavəyə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3428nkSTB/14 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilməsi, faizlərin isə müddətin bitdiyi vaxtda alınması, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuş, Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay əsas məbləğ olaraq 100 manat ödəniş etmiş, faiz borcu isə hesablanmamış, cədvəl üzrə 0 (sıfır) faiz borcu ödənişi qeyd edilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6902 saylı və xx.xx.2022-ci il tarixli 9/404 saylı ekspert rəylərinə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixə banka əsas borcu 0 (sıfır) ABŞ dolları, faiz borcu 2182.61 ABŞ dolları təşkil edir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5082 saylı ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixə banka əsas borcu 0 (sıfır) ABŞ dolları, faiz borcu 2085,95 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli Saziş üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən 2085,95 ABŞ dolları (ekspert rəyinə əsasən) faiz borcu Cavabdeh tutularaq iddiaçı “X4” ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2085,95 ABŞ dolları (iki min səksən beş dollar doxsan beş sent) (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X4” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının (3 ekspert rəyi üzrə) tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat ekspertiza xərcin 50%-i, yəni 125 (bir yüz iyirmi beş) manatı iddiaçı "xxxx" KB ASC-dən, qalan 50%-i yəni 125 (bir yüz iyirmi beş) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-255/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-255/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver