Məhkəmə qərarları › İş №2(001)-2557/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2557/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2557/2021 12.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları xx xxxxxx 2006cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, 525 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2005-ci il tarixində bağlanmış nikah Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1589/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqlarının xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 onun yanında saxlanması, uşaqların saxlanması üçün isə xx.xx.2017-ci il tarixdən başlayaraq hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1589/2018 saylı qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1589/2018 saylı qətnaməsi aliment hissəsində dəyişdirilərək hər ay hər uşaq üçün 154 manat müəyyən edilmişdir. Hazırki vəziyyətdə uşaqların saxlanması üçün ona ödənilən aliment kifayət etmir. O, özü işləsə də, uşaqlar hal hazırda oxuyurlar. Onların təhsilinə və müəllim yanında hazırlıqlarına xeyli xərci çıxır. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və gəlirləri kifayət qədər yüksəkdir. Lakin o, 3 uşağının saxlanmasına qətnamə ilə müəyyən edilmiş məbləğdən artıq 1 manat belə sərf etmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hal-hazırda bir uşağa 154 manat aliment tutulur. 2018-ci ildən bəri cavabdeh uşaqları ilə maraqlanmır. Uşaqların vəziyyəti ilə maraqlanmır. O, özü 414 manat əmək haqqı alır. Kartına isə tutulmalarla birlikdə 360 manat pul köçürülür. Cavabdehin aliment borcu yoxdur. 154 manat aliment ödəyir. Oğlu Saleh 2 il bundan qabaq atasına yığaraq bildirmişdir ki, onu xaricə aparırlar və biraz ödənişləri var. Babək isə uşaq məktəbdən çıxarkən ona yaxınlaşmış, alimentin ödənilməsi ilə bağlı çekləri təqdim edərək bildirmişdir ki, “anana aliment ödəyirəm hər şeyi anan həll etsin”. Evli olduqları müddətdə Babəkin bacısının adına olan obyekti vardır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı həkim kimi fəaliyyət göstərir. Əvvəl maaşı 218 manat olsa da, sonradan 414 manat olmuşdur. Xanımın aylıq 2000 manat gəliri vardır. Cavabdeh ikinci dəfə ailə qurmuşdur. Həmin nikahdan 2 uşağı var. Ata olaraq o uşaqlarını atmır. İddiaçının qeyd etdiyi xərcləri ilə bağlı qəbz yoxdur. Belə davam etsə, hətta cavabdehin özü aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalacaq. Bundan başqa cavabdehin nümayəndəsi, vəkil iddia tələbinə yazılı etirazını təqdim etmişdir.Etirazda qeyd edilmişdir ki,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8468/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edildiyi vaxt Milli Onkologiya Mərkəzi təərfindən verilmiş xx.xx.2018-ci il tarixli. 118 saylı arayışa əsasən iddiaçının aylıq əmək haqqı 218,50 manat idi. Milli Onkologiya Mərkəzi təərfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, hal-hazırda iddiaçının əmək haqqı 414 manatdır. Başqa sözlə əvvəlki dövrlə müqaisədə iddiaçının rəsmi əmək haqqı 2 dəfə artmışdır. Bundan əlavə iddiaçının faktiki aylıq gəliri 2000 manatdır. Hal-hazırda cavabdeh fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olur. 2020-ci ildə cavabdehin xalis gəliri az miqdarda olmuşdur.Eyni zamanda COVİD-19 pandemiyasından zərər çəkdiyi üçün maliyyə dəstəyi almaq məqsədilə cavabdeh İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. B,F.Məmmədova xx.xx.2020-ci il,xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində dövlət tərəfindən mikro maliyyə dəstəyi göstərilmişdir. İddiaçının işlədiyi tibb müəssisəsi isə pandemiyadan zərərçəkən sahələrə aid edilməmişdir. xx.xx.2021-ci il tarxindən yaşayış minimumu hər uşaq üçün 175 manat olmaqla, 3 uşaq üçün 525 manat təşkil edir. Əslində hal-hazırda “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa uyğun olaraq İddiaçı 414 manat maaşının yarısı olan 207 manatını özü üçün xərcləməli, qalan yarısı olan 207 manatı isə uşaqları üçün xərcləməlidir. Bundan başqa Ailə Məcəlləsinin 2.2-ci, 29.2-ci və 56.1-ci maddələrində nəzərdə tutulan ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq 3 uşaq üçün yaşayış minimumu məbləği olan 525 manat 2 hissəyə bölünməli, iddiaçı və cavabdehin hər birinə 262,5 manat aid edilməlidir. Bundan başqa İddiaçı ilə nikahı pozulduqdan sonra Cavabdeh 2-ci dəfə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. Hazırda cavabdehin həyat yoldaşı işləmir. Ailənin bütün tələbatı cavabdeh tərəfindən qarşılanır. İddia ərizəsi təmin edildiyi təqdirdə ikinci nikahdan olan uşaqların maddi təminatlarının qarşılanmasında çətinlik yaranacaq. Bununla da, həmin uşaqların “Uşaq hüquqları haqqında” AR Qanununun 5, 8, 13-cü və 19-cu maddələrində, həmçinin BMT-nin“Uşaq Hüquqları haqqında Konvensiyası”nın 18-ci, AR Konstitusiyasının isə 17-ci və 34-cü maddəsinin 4-cü bəndində nəzərdə tutulan hüquqları pozulacaq. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.102019-cu il tarixli 2(001)-176/2019 saylı qərardadına uyğun olaraq Cavabdeh 80500 manatlı ümumi sahəsi 46,59 kv.m olan 3 otaqlı mənzilin iddiaçının və uşaqlarının adina alı-satqı müqaviləsi üzrı 80000 manatı İddiaçı ödəmişdir. Cavabdeh qeyd edilən həmin məbləği qohumlarında borc olaraq aldığından hələ də, həmin borc məbləğini qaytarır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından xx xxxxxx 2006-cı il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1589/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 853 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, xx.xx.2017-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər y, hər uşağa 80 manat olmaqla, ümumilikdə 240 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-8468/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1589/2018 saylı qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hisəsində ləğv edilməsi, birgə nikahdan olan xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 154 manat olmaqla, ümumilikdə 462 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-176/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehlə birgə nikahı dövründə əldə olunmuş 30000 ABŞ dolları vəsaitin yarısı olan 15000 ABŞ dollarının, əsassız vaxt itkisinə görə 500 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması, iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xx xxxxxxxx 2011-ci il tarixdə qeydiyyatdan keçmiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 179 saylı evin 44 saylı mənzilin iddiaçı ilə cavabdehin (ər-arvadın) birgə nikahı dövründəki vəsaiti hesabına əldə edilməmiş sayılması” və İddiaçı Cavabdeh qarşı "cavabdehlə birgə nikahları dövründə cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xx xxxxxxxx 2011-ci il tarixdə qeydiyyatdan keçməklə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 179 saylı evin 44 saylı 4 otaqlı mənzilinin bərabər, uşaqlar anaları ilə qaldığı təqdirdə onların maraqlarına uyğun payın artırılması ilə bölünməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 hər iki tərəfə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda qeyd edilir ki, Cavabdeh, İddiaçı və X13 arasında xx.xx.2019-cu il tarixdə barışıq sazişi imzalanmış, həmin sazişin müddəalarından görünür ki, Cavabdeh özünə münasibətdə bu barışıq sazişi qüvvəyə mindikdən sonra 10 (on) gün ərzində İddiaçı və Uşaqların alıcı qismində iştirak etdiyi İddiaçı müəyyən edəcəyi Bakı şəhəri, Binəqədi rayonu ərazisində 3 otaqlı və ya 2 otaqlı yeni mənzilin (bundan sonra yeni mənzil adlandırılır) satın alınması prosesində müşahidəçi qismində iştirak edərək həmin yeni mənzilin satın alınması üçün İddiaçı və Uşaqların xeyrinə 79500 (yetmiş doqquz min beş yüz) manat pul vəsaitini notariat ofisinin bankdakı depozit hesabına ödəyir. İddiaçı tərəfindən imzalanan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh 79500 manat pul vəsaitini notariat ofisinin bankdakı depozit hesabına ödədi və bununla da Cavabdeh xx.xx.2019-cu il tarixli barışıq sazişiin 1.1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliyi tam yerinə yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilən xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı Milli Onkologiya Mərkəzində xx.xx.2014-cü il tarixindən həkim onkoloq vəzifəsində çalışır və aylıq əmək haqqı 218,50 manatdır Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Milli Onkologiya Mərkəzində xx.xx.2014-cü il tarixindən həkim onkoloq vəzifəsində çalışır və aylıq əmək haqqı 414 manatdır. 1 saylı Bakı “ASAN Xidmət “ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, AZ-İİ seriyalı 281335 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X15 arasında xx.xx.2018-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1887 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. 3 saylı Bakı “ASAN Xidmət “ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X7 birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 853 nömrə ilə qeyd edilməklə bağlanmış nikah pozulmuşdur.Tərəflərin birgə nikahından xx xxxxxx 2006-cı il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 8468/2018 saylı qətnaməsi ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1589/2018 saylı qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hisəsində ləğv edilməsi, birgə nikahdan olan xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 154 manat olmaqla, ümumilikdə 462 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh isə ikinci dəfə nikaha daxil olmuşdur. İkinci nikahından 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, uşaqlar üçün yaşayış minimumu artmışdır, uşaqlar böyümüşlər, uşaqlar əlavə olaraq müəllim tutmuşdur, onların təhsilinə vəsait tələb olunur, cavabdeh vəkil olduğu üçün gəlirləri yüksəkdir, cavabdeh alimentdən əlavə uşaqlarının saxlanılmasında iştirak etmir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, onun 2020-ci il üçün xalis gəliri az olmuşdur, o ikinci dəfə nikaha daxil olmuş və onun ikinci nikahdan xx.xx.2019-cu il, xx.xx.2021-ci il təvəllüdlü azyaşlı uşaqları vardır,eyni zamanda iddiaçıya 80000 manat dəyərində mənzil vermişdir. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşaqların müvafiq olaraq 15, 14, 10 yaşları vardır. Uşaqların yaşlarına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Eyni zamanda yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2018-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşaqların mənafeyinə uyğun hesab edilə bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hansı dəyişikliyin olduğu mübahisə predmetidir. Əvvəla cavabdeh vəkil kimi fəaliyyət göstərdiyindən onun daimi gəliri, müntəzəm qazancı olması qənaətinə gəlmək çətindir. Onun qazancı faktiki olaraq hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmış müqavilələrdən əldə etdiyi vəsaitdir. Bu baxımdan cavabdehin pandemiya ilə əlaqədar (məhkəmə işlərinin təxirə salınması və.s hallara görə) gəlirinin artmaması ilə bağlı dəlili inandırıcıdır. Eyni zamanda yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmamaqla vətəndaşların gəlirinin artması demək deyildir. Belə ki, Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiqi baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm cavabdehin, həm də cavabdehin himayəsində olan uşaqların diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaq üçün ödənilməli olan alimentin məbləği artırılaraq 165 manat miqdarda müəyyən edilməlidir. Artırılan alimentin məbləği 3 uşaq üçün aylıq 33 manat olmaqla illik təqribən 400 manat təşkil edir. Bu səbəbdən artırılan aliment məbləği işin hallarına, uşaqların və tərəflərin diqqətəlayiq maraqlarına uyğun hesab edilə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8468/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165 manat olmaqla, ümumilikdə 495 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan az olduğundan (165 - 154=11 x 3 x 12=396) ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8468/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165(bir yüz altmış beş) manat olmaqla, ümumilikdə 495(dörd yüz doxsan beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 20(iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar