Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-256/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 29226,55 ABŞ dolları əsas, 5311,13 ABŞ dolları faiz, 16980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51518,22 ABŞ dolları məbləğində borc, 014R********** saylı kredit razılaşması üzrə 36378,88 ABŞ dolları əsas, 6691,58 ABŞ dolları faiz, 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65393,99 ABŞ dolları məbləğində borc olmaqla, iki kredit razılaşması üzrə ümumilikdə 116912,21 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələblərinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 27226,55 ABŞ dolları əsas, 5311,13 ABŞ dolları faiz, 16980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49518,22 ABŞ dolları məbləğində borc, 014R********** saylı kredit razılaşması üzrə 35378,88 ABŞ dolları əsas, 6691,58 ABŞ dolları faiz, 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 64393,99 ABŞ dolları məbləğində borc olmaqla, iki kredit razılaşması üzrə ümumilikdə 113912,21 ABŞ dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, cəmi 113912,21 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmış, xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, 60000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2016-cı il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, 60000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2017ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 3M-350 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə cavabdehin banka borcu qalmışdır. Cavabdeh1 kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, bank tərəfindən ona hesablanan 116912 ABŞ dolları məbləğində borc ilə razı deyildir. Tələbin ipoteka predmetinə yönəldilməsinə və mübahisənin bu yolla həllinə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 120 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı xx.xx.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx xxxx 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SA nömrəli sazişə əsasən xx xxxxxxx 2015-ci il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, yeni ödəniş planına əsasən kredit müqaviləsi xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxx 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SB nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1.4167 % müəyyən edilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxxxx 2018-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SC nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,25 % müəyyən edilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı xx.xx.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, xx xxxxxx 2017-ci il tarixdən isə aylıq 1,4167%olmaqla 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Kreditin müdəti xx xxxxxx 2019-cu ilədəkdir. İş materiallarında olan xx xxx 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********S nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,4167 % müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SA nömrəli sazişə əsasən xx xxxxxx 2016-cı il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,4167 % müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxx 2018-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SB nömrəli sazişə əsasən xx xxxxxx 2016-cı il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,25 % müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka 014R********** saylı kredit razılaşması üzrə 29226,55 ABŞ dolları kredit borcu, 5311,13 ABŞ dolları faiz borcu və 16980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51518,22 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu tarixə banka 014R********** saylı kredit razılaşması üzrə 36378,88 ABŞ dolları kredit borcu, 6691,58 ABŞ dolları faiz borcu və 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65393,99 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanan xx xxxxxx 2019-cu il tarixli, 0092 saylı, xx xxxx 2019-cu il tarixli, 144 saylı, xx xxxx 2019-cu il tarixli,146 saylı,xəbərdarlıq məktublarının surətindən görünür ki, borclulara xx xxxxxx 2019-cu il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmaları, qaytarılmadığı təqdirdə həmin məbləğlərin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “xxxxxxxxx” QSC ilə borclu Cavabdeh1 və zamin X1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsinə əsasən zamin X1 xx xxxxxxx 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxxxxxxx” QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2016-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 xx xxxxxxx 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 37A saylı bağ evini və 0.12 ha torpaq sahəsini xx xxxxxxx 2015-ci il tarixli 014L**********19 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23524 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə xx.xx.2019cu il tarixə 27554,36 ABŞ dolları kredit borcu, 401,83 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu il tarixə 25454,36 ABŞ dolları kredit borcu, 1369,47 ABŞ dolları faiz borcu vardır. Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması üzrə xx.xx.2019cu il tarixə 34387,94 ABŞ dolları kredit borcu, 243,58 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu il tarixə 33187,94 ABŞ dolları kredit borcu, 544,48 ABŞ dolları faiz borcu vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 245 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4946 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 25454,36 ABŞ dolları kredit borcu, 3628,54 ABŞ dolları faiz borcu vardır. Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 33187,94 ABŞ dolları kredit borcu, 4361,09 ABŞ dolları faiz borcu vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 156000 ABŞ dolları 163566 manat ekvivalentində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyan Cavabdeh1 xx.xx.2019-cu il tarixdə göndərildiyi bildirilmiş və bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Həmin ərizə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır; İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixdə Quliyeva Şölə Səlim qızı tərəfindən yazılan və notarial qaydada təsdiq edilən ərizənin surətindən görünür ki, oəri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 37 a saylı bağ evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-ə və ya hər hansı bir flialına ipoteka qoyulmasına razılıq vermiş, ipoteka qoyulmuş bağ evinə və 0.12 ha torpağa tutma yönəldikdə və o satıldıqda evi qeyri-şərtsiz tərk edəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan müraciətlərin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin elektron xidmətlər portalından çıxarışdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İpoteka predmeti olan mənzilin hazırki satış qiymətinin müəyyən olunması məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-256/2020 saylı qərardadına əsasən iş üzrə qiymətləndirmə ekspertiza təyin olunmuşdur. “xxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinin bazar dəyəri 210000 manat müəyyən edilmişdir. İşin faktiki halları aşağıdakılardan ibarətdir. İddiaçı “xxxxxxxxx” QSC(bundan sonra-Bank) ilə Cavabdeh1(bundan sonraborcalan) arasında bağlanmış kredit xətti müqaviləsi üzrə 2 kredit razılaşması olmuşdur. Birinci kredit razılaşması və əlavələrinə əsasən Bank xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə borcalana 60000 ABŞ dolları kredit vermişdir. İkinci kredit razılaşması və əlavələrinə əsasən Bank xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtilə borcalana 60000 ABŞ dolları məbləğində kredit vermişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bankla aralarında bağladıqları Zaminlik müqavilələrinə əsasən borclunun Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öz üzərlərinə öhdəlik götürmüşlər. Zaminlərdən Cavabdeh3 kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarının əlavələri, yəni ödəniş qrafiki ilə tanış olmuş və kredit razılaşmalarından xəbəri olmuşdur. Digər zamin Cavabdeh2 isə kredit xətti müqaviləsindən sonra bağlanmış kredit razılaşmaları və ona əlavələr barədə məlumatı olmamışdır. Bundan başqa borcalan öz mülkiyyətində olan daşınmaz əşyanı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Bankın(ipoteka saxlayanın) xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə əvvəla kredit müqavilələri üzrə əsas öhdəliyin pozulub-pozulmamasını, pozulmuşsa hansı məbləğdə, hansı hissədə pozulduğunun müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan xx xxxxxxx 2015-ci il tarixli 014L**********19 nömrəli kredit xətti müqaviləsi üzrə sonuncuya 2 kredit razılaşması əsasında ümumi olaraq120000ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, krediti borcunu vaxtında və qrafikdə nəzərdə tutulmuş qaydada icra etməmiş, müqavilə şərtlərini pozmuş və nəticədə banka borcu yaranmışdır. Kredit razılaşmaları üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 23524 nömrəli rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə sonuncu ödəniş tarixinə yəni, xx.xx.2019-cu il tarixə 25454,36 ABŞ dolları əsas borcu, 1369,47 ABŞ dolları faiz borcu, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 33.187.94 ABŞ dolları əsas borcu, 544.48 ABŞ dolları faiz borcu vardır. Lakin Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4946 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə xx xxxx 2020-ci il tarixinə 33.187,94 ABŞ dolları əsas borcu, 4.361,09 ABŞ dolları faiz borcu, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 33.187.94 ABŞ dolları əsas borcu, 4361.09 ABŞ dolları faiz borcu vardır. Ekspert nəticələrini müqayisəli təhlil etdikdə aydın olur ki, ikinci ekspertiza tədqiqatı nəticəsində müəyyən edilən faiz borcları müqavilə müddəti bitmədiyinə görə artıq hesablanmışdır. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə araşdırması iddia tələbi həddi ilə bağlı olduğundan birinci ekspert rəyi əsas götürülməlidir. Belə ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixə tərtib edilmiş maliyyə arayışı əsasında verilmişdir. İddiaçı sonradan iddia tələbini dəyişsə də yeni maliyyə arayışı təqdim etməməklə, iddia tələbinin ilkin hesablanması qaydası ilə faktiki olaraq razılaşmışdır. Odur ki, borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları məbləğində əsas borcu, 1369,47 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33.187.94 ABŞ dolları məbləğində əsas borcu, 544.48 ABŞ dolları məbləğində faiz borcu müəyyən edilməlidir. Cərimə borcuynan bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun 4 növünü fərqləndirir. Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi alternativ ödənilən dəbbə pulu, yəni, borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü müstəsna dəbbə pulu, yəni, borclu zərərin əvəzini ödəmir, o təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Mülki Məcəllənin 467-ci maddəsində məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Bununla bağlı məhkəmə hesab edir ki, borclunun onsuz da çətin olan əmlak mənafeyi nəzərə alınarsa əsas borca münasibətdə tənasübsüz surətdə tələb olunan cərimə borcu azaldılmalıdır. Odur ki, iddiaçı xx.xx.2015-ci il tarixli 014R********** saylı, xx.xx.2016-cı il tarixli 014R********** saylı, kredit razılaşmaları üzrə müvafiq olaraq 1-ci müqavilə üzrə 16980,54 ABŞ dolları, 2-ci müqavilə üzrə isə 22323,53 ABŞ dolları cərimə tələb edir. 1-ci müqavilə üzrə əsas borcun 25454,36 ABŞ dolları olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılaraq 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. 2-ci müqavilə üzrə əsas borcun 33187,94 ABŞ dolları olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılmalı və 700 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, borclu Cavabdeh1 kredit razılaşmasına əsasən Bank qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən, onun hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir və kredit borcunun qalıq məbləği xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları əsas borc, 1369,47 faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27323.83 ABŞ dolları, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları əsas borc, 544,48 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34432.42 ABŞ dolları, ümumilikdə 2 müqavilə üzrə cəmi 61756.25 ABŞ dolları qalıq kredit borcu müəyyən edilməlidir. Kredit borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borclu ilə birlikdə müştərək qaydada tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank “xxxxxxxxx” QSC arasında ayrı-ayrılıqda zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər borclunun xx xxxxxxx 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, kredit xətti müqaviləsindən sonra 2 kredit razılaşması bağlanmış və həmin kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsi haqqında hər iki razılaşma üzrə 3 saziş bağlanmışdır. Sazişlər (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən zamin Cavabdeh3 014R********** saylı kredit razılaşması üzrə aylıq faiz dərəcəsinin 1.25 müəyyən olunması barədə cədvəllə və 014R********** saylı kredit razılaşması üzrə aylıq faiz dərəcəsinin 1.25 müəyyən olunması barədə cədvəllə tanış olmuş razılığını öz imzası ilə təsdiq etmiş və dolayısı ilə borclu ilə birlikdə məsuliyyət daşımasını qəbul etmişdir. Lakin həmin sazişlər bağlanarkən digər zamin Cavabdeh2 razılığı alınmamışdır. Bu isə ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin: -470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Odur ki, işin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir. Kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarındakı ödəniş qaydasının və faiz məbləğinin dəyişdirilməsi ilə bağlı sazişlər bağlanarkən zamin Cavabdeh2 razılığının alinmaması ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, xx xxxxxxx 2015-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməli və kredit xətti üzrə bağlanmış kredit razılaşmaları və sazişlər əsasında yaranmış qalıq kredit borcu Cavabdeh1 və eyni zamanda zamin Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxx” QSC-yə ödənilməli, Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməlidir. Tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 37A saylı bağ evinə və 0.12 ha torpaq sahəsinə yönəldilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Həmin Məcəllənin 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Həmçinin Mülki Məcəllənin 307.4-cü maddəsinə müvafiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X2 Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. Belə ki, İpoteka haqqında” Qanunun 14.1-ci maddəsinə görə, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə və s. Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab etmişdir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. İpotekaya xitam verilməsinin qaydaları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və qanunda nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinə xitam verilmə halları sırasında ipoteka qoyanın razılığı olmadan öhdəliyin həcminin dəyişdirilməsi və bu dəyiişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halı nəzərdə tutulmamışdır. Lakin qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarda belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bununla da öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarda həmçinin hesab etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı alınmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab etmişdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Odur ki, işin hallarından göründüyü kimi kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 37A saylı bağ evi və 0.12 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 37A saylı bağ evi və 0.12 ha torpaq sahəsinə yönəldilməsi hissəsi əsaslıdır. Belə ki, Cavabdeh1 həm ipoteka qoyan, dəm də borcludur. O, həmçinin kredit xətti müqaviləsi, kredit razılaşmaları və kredit razılaşmalarına dəyişiklik edilməsi barədə sazişlərdə müqavilə tərəfidir, yəni kredit xətti müqaviləsində, o cümlədən ipoteka müqaviləsində faiz göstərilməsə də borclu və eyni zamanda ipoteka qoyan olan Cavabdeh1 bütün müqavilələrin bağlanmasında iştirak etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası keçirilmiş və müstəqil qiymətləndiricinin rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinin bazar dəyəri 210000 manat müəyyən edilmişdir.Məhkəmə hesab edir ki, tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 210000 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları əsas borc, 1369,47 faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27323.83 ABŞ dolları, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları əsas borc, 544,48 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34432.42 ABŞ dolları, ümumilikdə 2 müqavilə üzrə cəmi 61756.25 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçıQSC-yə ödənilməli, tələbipoteka predmeti olan əmlak:Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 210000 manat müəyyən edilməli, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalı, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Bundan başqa məhkəmə kredit müqaviləsinin xarici valyuta ilə bağlanmasını nəzərə alaraq kredit borcunun öhdəliyin icra edildiyi gün(ödəniş anı) Mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun manat ekvivalentində alınmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasənpul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki-Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları əsas borc, 1369,47 faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27323.83 ABŞ dolları, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları əsas borc, 544,48 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34432.42 ABŞ dolları, ümumilikdə 2 müqavilə üzrə cəmi 61756.25 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan əmlak: Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 210000 manat müəyyən edilməli, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalı, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia qalan hissədə rədd edilməldir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 17 manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması və xidmət haqqı üçün ödənilmiş 30 manat məbləğin 17 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə tutulmalıdır, qalan hissə iddiaçıya aid edilməlidir. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 390 (245+145) manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölünməli, ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsi iddiaçıdan, 300 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları əsas borc, 1369,47 faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27323.83(iyirmi yeddi min üç yüz iyirmi üç abş dolları səksən üç sent) ABŞ dolları, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları əsas borc, 544,48 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34432.42(otuz dörd min dörd yüz otuz iki abş dolları qırx iki sent) ABŞ dolları, ümumilikdə 2 müqavilə üzrə cəmi 61756.25(altmış bir min yeddi yüz əlli altı abş dolları iyirmi beş sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, əmlakın ilkin satış qiyməti 210000(iki yüz on min) manat müəyyən edilsin, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulsun, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya verilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 17 manat məbləğində hissəsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xərcin 17 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərinin 90 (doxsan) manat hissəsi İddiaçı QSC-dən, 300 (üç yüz) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-256/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-256/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver