Məhkəmə qərarları › İş №2(001)-2574/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2574/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2574/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hal-hazırda alınan alimentin miqdarı dəyişdirilərək, hər ay sabit pul məbləğində 250 manat aliment və mediasiya sessiyası üçün ödənilmiş 60 manat xidmət haqqının alınaraq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh övladıdır. Atası Cavabdeh, anası X2 olmuşdur. Onlar 1987-ci il tarixdə ailə həyatı qurmuş, daha sonra nikahlarını rəsmiləşdiriblər. Cavabdehdən xx.xx.2021-ci i tarixli Binəqədi Rayon Məhkəməsinə qətnaməsinə əsasən, 196 manat aliment tutularaq hər ay ona ödənilir. Lakin mövcud vəziyyətdə 196 manat aliment onun xərcləri üçün kifayət etmir. Həmin məbləğ artırılmalıdır. O, birinci qrup əlildir və kənar şəxsin köməyinə ehtiyacı vardır. Cavabdehlə aralarında olan mübahisənin həlli üçün o, mediatora müraciət etdikdən sonra mediasiya prosesi təyin olunmuş lakin cavabdehlə mediasiya sessiyasında razılaşmaq mümkün olmamışdır. Odur ki, cavabdehdən hal-hazırda verilməli olduğu alimentin miqdarı dəyişdirilərək, 250 manat sabit pul məbləğində pul hər ay tutulmalı və mediasiya sessiyası üçün ödənilmiş 60 manat xidmət haqqının cavabdehdən alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-T seriyalı, 119999 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası Cavabdeh, anası X1r. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3715/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay 196( bir yüz doxsan altı) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10254/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3715/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 may 2023-cü il tarixli arayışdan görünür ki, 15 may 2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 15 may 2023-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən 13 saylı Mediasiya Təşkilatına 50 manat və 10 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbisosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Arayışdan və 035250 №-li vəsiqədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz birinci dərəcəli əlildir və kənar şəxsin köməyinə ehtiyacı var. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı ümumi xəstəlik-1-ci qrup əlilliyə görə 200 manat və 2-ci qrup əlilliyə görə 337,77 manat pensiya və İ qrup əlilliyə görə 130 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, yaşına çatmış və əmək qabiliyyəti olmayan İddiaçı saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay 196 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan İddiaçı saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 196 (yüz doxsan altı) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3715/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi vəziyyəti və qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan övladın tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, valideynin yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladının saxlaması vəzifəsi və iddia tələbi nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan İddiaçı normal şəraitdə yaşamasının təmin edilməsi üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 60 manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçıya, 30 manat dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia təmin edilməli və Binəqədi Rayon Məhkəməsinin 2(001)-3715/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində tutulan 196 manat miqdarda alimentin məbləği artırılmalı, Cavabdeh hər ay sabit pul məbləğində 250 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3715/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərcinin əvəzi tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar