Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-260/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kredit borcunun və faizlərin tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı “kredit borcunun və faizlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli 961/SM-21 saylı kredit müqaviləsi üzrə yaranmış 5228,15 (beş min iki yüz iyirmi səkkiz manat on beş qəpik) manat əsas borc, 1049,14(bir min qırx doqquz manat on dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6277,29 (altı min iki yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 83(səksən üç) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli 961/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 45000(qırx beş) min manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 5228,15 (beş min iki yüz iyirmi səkkiz manat on beş qəpik) manat əsas borc, 1049,14(bir min qırx doqquz manat on dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6277,29 (altı min iki yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh X2 Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair pretenziya(bildiriş) göndərilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymamış, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli 961/SM-21 saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 42 %-lə hesablanır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. Eyni zamanda suallara cavab olaraq bildirdi ki, cavabdehin müraciəti əsasında girovda olan qızıl-zinət əşyaları satılmış və satışdan əldə olunan məbləğ cavabdehin borcundan silinmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və iddia tələbində qeyd edilən borcun şişirdildiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli, 961/SM-21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh şəxsi məqsəd ilə 24 ay müddətinə illik 42 % dərəcəsi ilə 45.000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, borc alandan ona verilmiş kredit məbləğinin 4 % faizi miqdarında kredit müqaviləsi ilə bağlı aparılmış sənədləşmə xidmətinə görə və 10 (on) manat Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə salınması üçün xidmət haqqı tutulur. 22 oktyabr 2021-ci il tarixli, 961/SM-21 saylı kredit müqaviləsi üzrə olan Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcunu 24 oktyabr 2022-ci il tarixdən başlayaraq, 22 oktyabr 2023-cü il tarixə kimi ödəməlidir. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, 22 oktyabr 2021-ci il tarixli Girov müqaviləsindən görünür ki, oktyabr 2021-ci il tarixli, 961/SM- 21 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh özünə məxsus olan -2 ədəd külçə(əyar 916,5 qram, dəyəri 275 manat), 1 ədəd saat (750 əyar, 62,2 qram, dəyəri 3110 manat, 4 ədəd komplekt(750 əyar, 110 qram, dəyəri 5500 manat), 1 ədəd sırqa(qırıq) (750 əyar,12,4 qram, dəyəri 620 manat), 1 ədəd qolbaq (750 əyar, 41,9 qram, dəyəri 2095 manat), 1 ədəd üzük(ağlı) (750 əyar, 6 qram, dəyəri 300 manat, 1 ədəd (sep+klon) (750 əyar, 5,5 qram, dəyəri 275 manat), 10 ədəd qolbaq(585 əyar, 110 qram, dəyəri 4400 manat), 2 ədəd sırqa (750 əyar, 18 qram, dəyəri 900 manat, 5 ədəd komplekt(585 əyar, 70 qram, dəyəri 2800 manat) 3 ədəd sırqa (585 əyar, 18,2 qram, dəyəri 728 manat), 1 ədəd üzük(750 əyar, 5,7 qram, dəyəri 285 manat), 1 ədəd üzük (585 əyar, 8 qram, dəyəri 320 manat), 13 ədəd sep (585 əyar, 77 qram, dəyəri 3080 manat, 4 ədəd qolbaq(qırıq) (585 əyar, 13,6 qram, dəyəri 544 manat) olan qızıl-zinət əşyalarını girov qoymuşdur Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 25232 (iyirmi beş min iki yüz otuz iki) manat məbləğində qiymətləndirilməsi razılaşdırılmışdır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə əsasında girov qoyulan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixində Bakı şəhərində bağlanmış 961/SM-21 nömrəli kredit müqaviləsinə əsasən “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin “Borc alan”a verdiyi 45000 manat məbləğində kreditin 22 oktyabr 2023-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda fazilərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 24 iyun 2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli 961/SM-21 nömrəli müqaviləyə əsasən girov qoyulmuş ona məxsus olan qızıl zinət əşyalarına baxış keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Ödəniş qabiliyyəti olmadığı üçün ona məxsus qızıl zinət əşyalarının satılaraq kredit borcuna yönəldilməsinə köməklik etməsini xahiş etmişdir. 07 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 19350 (on doqquz min üç yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. 13 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 1183 (min yüz səksən üç) manat məbləğində pul vəsaiti ödənilmişdir. 15 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 10000 (on min) manat məbləğində pul vəsaiti ödənilmişdir. 15 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 10000 (on min) manat məbləğində pul vəsaiti ödənilmişdir. 28 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 3000 (üç min) manat məbləğində pul vəsaiti ödənilmişdir. 04 avqust 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 3000 (üç min) manat məbləğində pul vəsaiti ödənilmişdir. 25 avqust 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. 06 oktyabr 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 500 (beş yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. 22 oktyabr 2021-ci il tarixli 961/SM-21 nömrəli “Kredit Müqaviləsi” X3 "xxxx" MMCnin qarşısında xx.xx.2023-cü il tarixinə olan borcu barədə Maliyyə Arayışından görünür ki, Cavabdeh 22 oktyabr 2021-ci il tarixli 961/SM-21 nömrəli kredit müqaviləsi üzrə kreditin məbləği-45000(qırx beş min) manat, əsas məbləğ üzrə 39771,85 (otuz doqquz min yeddi yüz yetmiş bir manat 85 qəpik) manat, faizlər üzrə 13686,49 (on üç min altı yüz səksən altı manat 49 qəpik) manat ödənilmişdir. Cavabdeh 31 mart 2023-cü il tarixinə kredit borcunun qalıq hissəsi 5228,15(beş min iki yüz iyirmi səkkiz manat 15 qəpik) manat əsas borc, 1049,14 (min qırx doqquz manat 14 qəpik) manat faiz borcu olmaqla, cəmi 6277,29 (altı min iki yüz yetmiş yeddi manat 29 qəpik) "xxxx" MMC-nin qarşısında borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli 9/7186 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və 22 oktyabr 2021-ci il tarixli 961/SM-21 nömrəli Kredit Müqaviləsində qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh 31 mart 2023-cü il tarixinə "xxxx" ASC-yə əsas borc üzrə 5.228,12 manat və faiz borcu üzrə 1.592,80 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 30 mart 2023-cü il tarixli ********* №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizənin verilməsi üçün məhkəmənin hesabına 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredti münasibətlərinin yarandığı dövrdə qüvvədə olan: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini təqdim edilmiş maliyyə sənədləri ilə, habelə ekspert rəyləri ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddia tələbi 5.228,15 manat əsas borcun və 1049,14 manat faiz borcun tutulması hissəsində təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən hazırki iddianın qadırılması üçün ödənilmiş 83 manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 22 oktyabr 2021-ci il tarixli 961/SM-21 saylı kredit müqaviləsi üzrə 5228,15 (beş min iki yüz iyirmi səkkiz manat, 15 qəpik) manat məbləğində əsas borc, 1049,14 (min qırx doqquz manat, 14 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6277,29 (altmış min iki yüz yetmiş yeddi manat, 29 qəpik) manat məbləğində borc, habelə ödənilmiş 83 (səksən üç) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-260/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-260/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver