Məhkəmə qərarları › İş №2(001)-2619/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2619/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2619/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4, Philips üz qırxan üçün 151 manat ödənilməmiş hissə, 45 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən HP notebook, Bag Canyon notebook çantası üçün 488 manat ödənilməmiş hissə, 158 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92492 olan X5 8 markalı telefon, Power Bank, X6 qoruyucu üzlük üçün 60 manat ödənilməmiş hissə, 16 manat dəbbə, xx xxxxxx 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40332 olan iPhone 11 markalı telefon üçün 2.310,80 manat ödənilməmiş hissə, 432,20 manat dəbbə, ümumilikdə 3.661 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.691 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx xxxx 2019cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli müqavilələrinə əsasən, Xiaomi Mi band 4, Philips üz qırxan, HP notebook, Bag Canyon notebook çantası, İMEİ kodu **********92492 olan X5 8 markalı telefon, Power Bank, X6 qoruyucu üzlük, İMEİ kodu **********40332 olan iPhone 11 markalı telefon almış və nəticədə 3.661 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 418 manat (11 ay x 38 manat + 0 manat ilkin ödəniş) Xiaomi Mi band 4, Philips üz qırxan üçün ümumilikdə, 196 manat olmaqla ondan 151 manat ödənilməmiş hissə, 45 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.056 manat (12 ay x 88 manat + 0 manat ilkin ödəniş) HP notebook, Bag Canyon notebook çantası üçün ümumilikdə 646 manat olmaqla ondan, 488 manat ödənilməmiş hissə, 158 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********92492 olan X5 8 markalı telefon, Power Bank, X6 qoruyucu üzlük üçün ümumilikdə 76 manat olmaqla ondan, 60 manat ödənilməmiş hissə, 16 manat dəbbə, xx xxxxxx 2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2.602,80 manat (18 ay x 114,60 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40332 olan iPhone 11 markalı telefon üçün ümumilikdə 2.743 manat olmaqla ondan, 2.310,80 manat ödənilməmiş hissə, 432,20 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92492 olan X5 8 markalı telefondan xx xxxxxx 2020-ci il tarixindən imtina etmiş və məhsul 600 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.739 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00811610 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 418 manat olan Xiaomi Mi band 4, saat quraşdırma xidməti ilə birlikdə, üz qırxan Philips S5110/06 modelli məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 11 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00811610 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00830601 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.056 manat olan HP-15-bs166ur i3/4/intel/1tb/free/bl, X4 TopLoader 15,6 blue/CNE- CB5BL3 markalı məhsullar yeni qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00830601 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01170683 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 672 manat olan X5 8 4/64GB, Power Bank TP-link TL-PB10000 mAH, X6 Redmi Note 8 Black markalı məhsullar, yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01170683 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 20004098 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.602,8 manat olan iPhone 11 64GB markalı məhsul, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxxxx 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20004098 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 151 manat, cərimə borcu 45 manat olmaqla, cəmi 196 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 488 manat, cərimə borcu 158 manat olmaqla, cəmi 646 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 60 manat, cərimə borcu 16 manat olmaqla, cəmi 76 manat, xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 2.310,8 manat, cərimə borcu 432,20 manat olmaqla, cəmi 2.743 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3.661 manat məbləğində borcu vardır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00811610 saylı, xx xxxxxx 2019cu il tarixli 00830601 saylı, xx xxxxxx 2019-cu il tarixli 01170683 saylı və xx xxxxxx 2020-ci il tarixli 20004098 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 3.661 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə bağladığı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, xx xxxx 2019-cu il tarixli 00811610 saylı, xx xxxxxx 2019-cu il tarixli 00830601 saylı, xx xxxxxx 2019-cu il tarixli 01170683 saylı və xx xxxxxx 2020-ci il tarixli 20004098 saylı müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxx 2019-cu il tarixli 00811610 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat, xx xxxxxx 2019-cu il tarixli 00830601 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat, xx xxxxxx 2019-cu il tarixli 01170683 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 5 manat və xx xxxxxx 2020-ci il tarixli 20004098 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2019-cu il tarixli 00811610 saylı müqavilə üzrə əsas borc 151 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 161 manat, xx xxxxxx 2019-cu il tarixli 00830601 saylı müqavilə üzrə əsas borc 488 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 508 manat, xx xxxxxx 2019-cu il tarixli 01170683 saylı müqavilə üzrə əsas borc 60 manat, cərimə borcu 5 manat olmaqla, cəmi 65 manat, xx xxxxxx 2020ci il tarixli 20004098 saylı müqavilə üzrə əsas borc 2.310,80 manat, cərimə borcu 50 manat olmaqla, cəmi 2.360,80 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2019-cu il tarixli 00811610 saylı müqavilə üzrə Cavabdeh 151 (bir yüz əlli bir) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 161 (bir yüz altmış bir) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli 00830601 saylı müqavilə üzrə Cavabdeh 488 (dörd yüz səksən səkkiz) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 508 (beş yüz səkkiz) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli 01170683 saylı müqavilə üzrə Cavabdeh 60 (altmış) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 65 (altmış beş) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2020-ci il tarixli 20004098 saylı müqavilə üzrə Cavabdeh 2.310,8 (iki min üç yüz on manat, səksən qəpik) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 2.360,8 (iki min üç yüz altmış manat, səksən qəpik) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar