Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2620/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən Sony Playstation-4, disk playstation 4 üçün 48 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Sony Playstation-4 üçün 480 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Philips Multistayler, panasonic headphones, Canyon headphones üçün 13 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********50872 olan Xiaomi 8 lite markalı telefon üçün 343 manat ödənilməmişhissə, 102 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Philips ütü,Braun blender, gorenje çaynik üçün 254 manat ödənilməmiş hissə, 76 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasn Samsung tozsoran, Hoffmann mini soba üçün 273 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən Gorenje çaynik üçün 64 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Huawei Freebuds, X7, JBL Headphones üçün 400 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Marvin-Genc-Dolab, soft-yumşaq mebel, X3 masa, Alyans-Təbriz tv-altı üçün 845 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə 3275 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3305 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, 2 ədəd SONY PLAYSTATİON-4, DİSK Playstation 4, Philips Multistayler, Panasonic Headphones, Canyon Headphones, İMEİ Kodu **********50872 olan Xiaomi 8 Lite markalı telefon, Philips Ütü, Braun Blender, 2 ədəd GORENJE Çaynik, SAMSUNG Tozsoran, HOFFMANN Mini soba, Huawei Freebuds, X7, JBL Headphones, Marvin - Gene - Dolab,Soft - Yumsaq mebel, X3 masa, Alyans-Tebriz tv-altı almış və nəticədə 3275 (üç min iki yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1608 manat (24 ay x 67 manat + 0 manat ilkin ödəniş) olan Sony Playstatıon-4, DİSK Playstation 4 üçün ümumilikdə, 68 manat olmaqla ondan 48 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1440 manat (24 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan SONY PLAYSTATİON-4 üçün ümumilikdə, 624 manat olmaqla ondan 480 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 manat (12 ay x 28 manat + 6 manat ilkin ödəniş) olan Philips Multistayler, Panasonic Headphones, Canyon Headphones üçün ümumilikdə 21 manat olmaqla ondan 13 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu; 12.04.209-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 735 manat (15 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********50872 olan Xiaomi 8 Lite markalı telefon üçün ümumilikdə 445 manat olmaqla ondan 343 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 561 manat (11 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan Philips Ütü, Braun Blender, GORENJE Çaynik üçün ümumilikdə 330 manat olmaqla ondan 254 manat ödənilməmiş hissə, 76 manat manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 429 manat (11 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG Tozsoran, HOFFMANN Mini soba üçün ümumilikdə 354 manat olmaqla ondan 273 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 100 manat (12 ay x 8 manat + 4 manat ilkin ödəniş) olan GORENJE Çaynik üçün ümumilikdə 83 manat olmaqla ondan 64 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 450 manat (18 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan Huawei Freebuds, X7, JBL Headphones üçün ümumilikdə 505 manat olmaqla ondan 400 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1852 manat (24 ay x 77 manat + 4 manat ilkin ödəniş) olan Marvin - Genc - Dolab,Soft - Yumsaq mebel, X3 masa, Aiyans-Tebriz tv-altı üçün ümumilikdə 845 manat olmaqla ondan 845manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, SONY PLAYSTATİON-4 məhsulunu xx.xx.2018-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 1464 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Panasonic Headphones məhsulunu xx.xx.2018-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 184 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4797 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onların özlərinə məxsus qiymətləndirmə komissiyaları mövcuddur. Servis məhsula baxır və rəy verir ki, məhsul nə dərəcədə yararlıdır. Cavabdehin məhsuldan narazılığı olsa idi təhvil təslim aktını imzalamazdı. Bundan başqa iddiaçının nümayəndəsi iddia tələbini xx.xx.2018-ci il tarixli müqavilə üzrə tələb olunan 48 manat hissəsində azaldılması barədə ərizə təqdim edərək, yekun məhkəmə aktı çıxarılan zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirmişdir ki, aldıqları məhsulların 6 dənəsi xarab məhsul olmuşdur. 14 gün taksi ilə servislərinə gedib-gəlinmişdir. Servisdə rəy verildi və məlum oldu ki, problemin səbəbkarı iddiaçının özüdür. Bu səbəbdən köhnə məhsulun yerinə yenisini əvəz olaraq verdilər. Aldıqların məhsulların ödənişlərini vaxt-vaxtında ödəmişlər. Daha sonra uşağın aldığı telefonda problem yaranmışdır. Zəng etmək və zəngləri qəbul etmək olsa belə telefin vasitəsi ilə internetə girmək mümkün olmamışdır. Aldıqları məhsulların hamısı qızıl zəmanıtli olmuşdur. 600 manat dəyərində telefon olmuşdur. Alındığı gündən 2 gün sonra intetnetdən istifadə etmək mümkün olmamışdır. Telefonun təmir edilməsi üçün onun açılmalı olduğu bildirilmişdir. Onlar isə işləməyən telefonun yenisi ilə əvəz edilməsini tələb etmişlər. P30 markalı telefon almışdır. Dənizdə şəkil çəkdirdirən aman telefona su dəydiyindən sönmüşdür. Mağazaya göstərdikdən satıcı demişdir ki, telefon servisə göstərilməlidir. Servisdə sözünü deyə biləcək bir nəfər belə tapmamışdır. Həmin teelfonun ekranını özü təmir etdirmiş və 350 manata yaxın xərci çıxmışdır. Məhsulları yoldaşı götürsə də, ödənişləri o, özü etmişdir. Əşyaların təmiri üçün servis xidmətlərindən istifadə edə bilməsi üçün taksi xidmətlərindən istifadə etmişdir. “Kontakt Home” mağazasına ödəniş etməməsinin səbəbi mağaza tərəfindən ona edilən rəftardır. Özləri bilirlər ki, səhvləri var ona görə P 30 markalı telefonu qeyd etməmişlər. Hal-hazırda yoldaşıda, özü də işləmirlər. Rəsmi iş yerləri yoxdur. Əsas borcun hissələrə bölünməsi faizlərin isə silinməsini xahiş etmişdir. Əsas borcun hissə-hissə 10-20 il ərzində ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 09 avqust 2018-ci il tarixli, №k00245516 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1440 manat olan Playstation-4 sony 1TB Pro quraşdırma xidməti ilə birlikdə Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 60 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxxxx 2018-ci il, sonuncu ödəniş tarixi xx xxxxxx 2020-ci il müəyyən edilmişdir. 09 avqust 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №k00245516 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1440 manat olan məhsul qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 09 dekabr 2018-ci il tarixli, №00409146 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 342 manat olan Philips Multistayler, Panasonic headphones, Canyon headphones Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 28 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxx 2019-cu il, sonuncu ödəniş xx xxxxxx 2019-cu il müəyyən edilmişdir. 09 dekabr 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №00409146 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 342 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 12 aprel 2019-cu il tarixli, №00610523 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 735 manat olan Xiaomi 8 Lite Pro 4gb/64 gb markalı telefonu, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 49 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxx 2019-cu il, sonuncu ödəniş xx xxxx 2020-ci il müəyyən edilmişdir. xx xxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00610523 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 735 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 27 aprel 2019-cu il tarixli, №00632923 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 735 manat olan Xiaomi 8 Lite Pro 4gb/64 gb markalı telefonu, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 11 ay ərzində aylıq 51 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxx 2019-cu il, sonuncu ödəniş xx xxxxx 2019-cu il müəyyən edilmişdir. xx xxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №00632923 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 561 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 24 iyun 2019-cu il tarixli, №00740026 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 429 manat olan Samsung tozsoran, Hoffmann mini soba birlikdə Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 11 ay ərzində aylıq 39 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxx 2019-cu il, sonuncu ödəniş xx xxx 2020-ci il müəyyən edilmişdir. 24 iyun 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №00740026 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 429 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 24 iyun 2019-cu il tarixli, №00739787 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 100 manat olan Gorenje markalı çaynik Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 8 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxx 2019-cu il, sonuncu ödəniş xx xxxx 2020-ci il müəyyən edilmişdir. 24 iyun 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №00739787 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 100 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, №00887843 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 450 manat olan Huawei Freebuds, X7, JBL Headphones Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 25 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxxx 2019cu il, sonuncu ödəniş xx xxxx 2021-ci il müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №00887843 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 450 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, №00983701 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1852 manat olan Marvin-Genc-Dolab, soft-yumşaq mebel, X3 masa, Alyans- Təbriz tv-altı Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 77 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxx 2019-cu il, sonuncu ödəniş xx xxxxxxx 2021-ci il müəyyən edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №00983701 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1852 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, №k00232846 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1608 manat olan Sony Playstatıon-4, Disk Playstation 4 Cavabdeh qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 24 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxxxx 2018ci il, sonuncu ödəniş xx xxxxxx 2020-ci il müəyyən edilmişdir. xx xxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı №k00232846 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1608 manat olan məhsulu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2021-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borcu 48 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 68 manat, xx.xx.2018-ciil tarixli müqavilə üzrə 480 manat əsas, 144 manat cərimə, cəmi 624 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13 manat əsas, 8 manat cərimə, cəmi 21 manat , xx.xx.2019-cu il tarixli müavilə üzrə343 manat əsas, 102 manat cərimə, cəmi 445 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 254 manat əsas, 76 manat cərimə, cəmi 330 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 273 manat əsas, 81 manat cərimə, cəmi 354 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 64 manat əsas, 19 manat cərimə, cəmi 83 manat. xx.xx.2019-cu il müqavilə üzrə 400 manat əsas, 105 manat cərimə, cəmi 505 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 845 manat əsas borc olmaqla, 9 müqavilə üzrə 3275 manat məbləğində borc hesablanmışdır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında 9 ədəd müxtəlif vaxtlarda nisyə alğı-satqı müqaviləsi imzalanmışdır. Tələb isə 8 müqavilə üzrədir. Cavabdeh müqavilələr üzrə öhdəliyini lazimi qaydada icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdeh müqavilə üzrə şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 4797 manat ödəniş etmişdir. Hazırda iddiaçı 9 müqavilə üzrə 3275 manat borcun yarandığını iddia edir və həmin məbləğdən 3207 manat hissəsinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə müqavilə üzrə borcunun olduğunu qəbul etsə də, cərimə məbləğləri ilə və borcun birdəfəlik ödənilməsi ilə razı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni 1)xx.xx.2018-ci il tarixli müqavilə üzrə 480 manat əsas, 2)xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13 manat əsas, 3)xx.xx.2019-cu il tarixli müavilə üzrə 343 manat əsas, 4)xx.xx.2019-cu il tarixli müqavilə üzrə 254 manat əsas, 5)xx.xx.2019-cu il tarixli müqavilə üzrə 273 manat əsas, 6)xx.xx.2019-cu il tarixli müqavilə üzrə 64 manat əsas, 7)xx.xx.2019-cu il müqavilə üzrə 400 manat əsas, 8)xx.xx.2019-cu il tarixli müqavilə üzrə 845 manat əsas borc olmaqla ümumilikdə 8 müqavilə üzrə 2672 manat, məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, 09 avqust 2018-ci il tarixli, №k00245516 saylı, 09 dekabr 2018-ci il tarixli, №00409146 saylı, 12 aprel 2019-cu il tarixli, №00610523 saylı, 27 aprel 2019-cu il tarixli, №00632923 saylı, 24 iyun 2019-cu il tarixli, №00740026 saylı, 24 iyun 2019-cu il tarixli, №00739787 saylı, xx xxxxxxxx 2019-cu il tarixli, №00887843 saylı, xx xxxxxxx 2019-cu il tarixli, №00983701 saylı nisyə alğı-satqı müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən müqavilələr üzrə hesablanmış 535 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən cərimə məbləğləri endirilməli və 09 avqust 2018-ci il tarixli, №k00245516 saylı müqavilə üzrə 48 manat, 09 dekabr 2018-ci il tarixli, №00409146 saylı müqavilə üzrə 1,3 manat, 12 aprel 2019-cu il tarixli, №00610523 saylı müqavilə üzrə 34,3 manat, 27 aprel 2019-cu il tarixli, №00632923 saylı müqavilə üzrə 25,4 manat, xx xxxx 2019-cu il tarixli, №00740026 saylı müqavilə üzrə 27,3 manat, 24 iyun 2019-cu il tarixli, №00739787 saylı müqavilə üzrə 6,4 manat, xx xxxxxxxx 2019-cu il tarixli, №00887843 saylı müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1)09 avqust 2018-ci il tarixli, №k00245516 saylı müqavilə üzrə 480 manat əsas, 48 manat cərimə, 2)09 dekabr 2018ci il tarixli, №00409146 saylı müqavilə üzrə 13 manat əsas, 1,3 manat cərimə, 3)12 aprel 2019-cu il tarixli, №00610523 saylı müqavilə üzrə 343 manat əsas, 34,3 manat cərimə, 4)27 aprel 2019-cu il tarixli, №00632923 saylı müqavilə üzrə 254 manat əsas, 25,4 manat cərimə, 5)24 iyun 2019-cu il tarixli, №00740026 saylı müqavilə üzrə 273 manat əsas, 27,3 manat cərimə, 6)24 iyun 2019-cu il tarixli, №00739787 saylı müqavilə üzrə 64 manat əsas, 6,4 manat cərimə,7) xx xxxxxxxx 2019-cu il tarixli, №00887843 saylı müqavilə üzrə 400 manat əsas, 40 manat cərimə, 8)xx xxxxxxx 2019-cu il tarixli, №00983701 saylı müqavilə üzrə 845 manat əsas borcu olmaqla, ümumilikdə 2854,7 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdehdan tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. 1)09 avqust 2018-ci il tarixli, №k00245516 saylı müqavilə üzrə 480 manat əsas, 48 manat cərimə, 2)09 dekabr 2018-ci il tarixli, №00409146 saylı müqavilə üzrə 13 manat əsas, 1,3 manat cərimə, 3)12 aprel 2019-cu il tarixli, №00610523 saylı müqavilə üzrə 343 manat əsas, 34,3 manat cərimə, 4)27 aprel 2019-cu il tarixli, №00632923 saylı müqavilə üzrə 254 manat əsas, 25,4 manat cərimə, 5)24 iyun 2019-cu il tarixli, №00740026 saylı müqavilə üzrə 273 manat əsas, 27,3 manat cərimə, 6)24 iyun 2019-cu il tarixli, №00739787 saylı müqavilə üzrə 64 manat əsas, 6,4 manat cərimə,7) xx xxxxxxxx 2019cu il tarixli, №00887843 saylı müqavilə üzrə 400 manat əsas, 40 manat cərimə, 8)xx xxxxxxx 2019-cu il tarixli, №00983701 saylı müqavilə üzrə 845 manat əsas borcu olmaqla, ümumilikdə 2854,7( iki min səkkiz yüz əlli dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdehdan tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2620/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2620/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver